Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vitaminlər və minerallar

A vitamini

A vitamini, ən çox qaraciyər, yer kökü, pomidor, qırmızı bibər, yonca və qozda olur.

A vitamini ən çox gözün görmə qabiliyyətinə təsir göstərir. A vitamini, normal boy atma üçün zəruridir. Çox miqdarda A vitamini qəbul etmək zərərlidir.
B1 vitamini

Maddələr mübadiləsinin bir sıra proseslərinə təsir edir.

Orqanizmdə sinir sisteminin normallığı üçün zəruridir. B1 vitamini taxılların, buğda, yer fıstığı, quru üzüm, portağal, lobya və heyvan ciyərinin tərkibində daha çoxdur.
B2 vitamini

Qidaların enerjiyə çevrilməsinə kömək edir. Orqanizmdə çatışmadıqda dəridə quruma və çatlama, görmə problemləri, işığa qarşı həssaslıq və iştahasızlıq yaranır. Heyvan ciyəri, yağsız süd, qatıq, toyuq və ıspanağın tərkibində bol miqdarda B2 vitamini olur.
B3 vitamini

Qidaların enerjiyə çevrilməsinə, iştahanın artmasına, həzmin asanlaşmasına kömək edir. Vitamin az olduqda qarın ağrısı və ağız yarası, həddindən artıq az olduqda isə pallegra xəsəliyi baş verir. Toyuq, balıq, yerfıstığı və pomidorun tərkibində bol miqdarda B3 vitamini olur.
B6 vitamini

Sinir sisteminin normal fəaliyyəti və sakitləşdirici kimi mühüm rolu var. Qidanı orqanizmin istifadəsinə hazırlayır. B6 vitamininin az olması, depressiya, ağızda quruluq, dəridə qaşıntıların başlamasına səbəb olur. Banan, toyuq, balıq əti, yumurta sarısı, yulaf əzməsi və içalatın tərkibində çox olur.
B12 vitamini

B12 vitamini bağırsaqların mikroflorasını sintez edir. Bu vitamin xüsusilə sinir və həzm sisteminin fəaliyyətini yaxşılaşdırır. Orqanizmdə çatışmazlığı qanazlığına səbəb olur. Ciyər, böyrək, pendir, beyin, ət və yumurta sarısında daha çox olur.
C vitamini

İmmunitetin və iştahanın artırılmasına, yara və iltihabların tez sağalmasına, diş ətinin sağlamlığına müsbət təsir edir.

Mənbəyi: Sitrus meyvələr, yaşıl bibər, çiyələk, pomidor, itburnu, kələm, turp, alma, moruq, dalaq,

qaraciyər, böyrək, beyin.
E vitamini

E vitamini hormonların, xüsusən cinsiyyət hormonu sintezini gücləndirərək nəsilartırma qabiliyyətini artırır. Bu vitamin ən çox dana ətində, kərə yağında və yumurta sarısında olur.
Kalsium

Sağlam, güclü sümüklər və dişlər, normal ürək funksiyaları, əzələlərin və sinir sisteminin yaxşı işləməsi üçün faydalıdır.

Mənbəyi: Badamın, süd məhsullarının, yumurta sarısının, lobya və sardalyabalığının tərkibində çox miqdarda Kalsium var.
Xrom

Xolestrin, yağlar və zülalların sintezi üçün həyati əhəmiyyət kəsb edir. İnsulinin düzgün istifadə edilməsi yolu ilə qanda şəkərin miqdarını stabilləşdirir.
Dəmir

Hemoqlobin istehsalı və qırmızı qan hüceyrələrinin oksigenlə zənginləşdirilməsi üçün zəruridir. Dəmir sağlam immun sistemi və enerji is-tehsalı üçün vacibdir.

Orqanizmdə dəmir çatışmamazlığının əlamətləri bunlardır: zəif dır-naqlar, saçların tökülməsi, tez yorulmaq, solğunluq, başgicəllənməsi və anemiya (qanazlığı). C vitamininin qəbulu dəmirin mənimsənilməsini 30% artırır.
Fol turşusu

Sağlam saç və dəri üçün vacibdir.

Mənbəyi: lifli yaşıl tərəvəzlər, kələm, portağal, taxıl.
Maqnezium

Kalsium və kaliumun sürətli həzmi üçün zəruridir. Maqneziumun çatışmamazlığı əsəb və əzələ impulslarının ötürülməsinə maneə yaradır ki, bu da öz növbəsində qıcıqlanma, əsəbilik vəziyyəti, depresiya, başgicəllənməsi, əzələlərin süstlüyü, qıcolmalar, ürək xəstəlikləri və yüksək təzyiqlə nəticələnir. Ona görə də bəzən maqneziumu stresə qarşı element də adlandırırlar.
Yod

Artıq piyi əritməyə kömək edir, zehnin inkişafında əhəmiyyətli rol oynayır. Yod qalxanvari vəzinin sağlamlığı üçün vacibdir və bazedov xəstəliyinin qarşısını alır. Yod çatışmamazlığı zehni qabiliyyəti zəiflədir və döş xərçənginə gətirib çıxara bilir.


Tarix: 27.12.2012 / 11:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 657 Bölmə: Saglamliq
loading...