Bir az rahatlanmaq və yüngülləşmək üçün, fitness mütəxəssisi və “möhkəmləşdirici” Karine Baillet tərəfindənhazırlanan outdoor bir resept.
Bazar ertəsi, günorta yeməyi vaxtında qaçış.
Qaçmaq üçü şəhər kənarına artıq getmək lazım deyil. Günü-günden gözəlləşən Respublikamızda evimizə və ya iş yerimizə yaxın park tapmaq artıq problem deyil: Özünüzə 2-3 kilometrlik bir park seçməklə işə başlayın. İlk 10 dəqiqə boyunca qaçmayın, qısa və sıx addımlarla gedin. Daha sonra 20 dəqiqə boyunca qaçın. Konkret hədəflər təyin edin. Məsələn 200 metr uzaqlıqdakı ağaca qədər gedəcəyəm, digərinə qədər yerişimi templi davam edəcəm və sonra qaçacağam. Zaman və məsafəni eyni şəkildə nizamlayaraq bunu ən az on dəfə təkrarlayın. Kifayət qədər təlimli olduğunuza inanırsınızsa, elektrik dirəyi, ağac kimi hədəflərə doğru qısa və templi addımlarla gedin və digər hədəfə doğru sürətinizi davamlı artırın.
Şəhərdə: Bir parkı ya da az istifadə edilən yolları seçin. Hədəflər bir bank, bir dükan ya da bir məktəb ola bilər.
İdmandan sonra: Ombalarınızda və qıçlarınızda qırıqlıq olmaması üçün 5 dəqiqə daha gedin və rahatlama hərəkətlərini tətbiq edin.
Qıç arxaları üçün: Bir ağaca (divar da ola bilər) üzünüzü çevirib və əllərinizi gövdənizə yaslayın. Bir qıçınızı önə doğru bükün digərini gərgin saxlayın. Topuğunuzu yerdə saxlayaraq ağacı hərəkət etdirmək istəyirmisiniz kimi itələnin. 30 saniyə boyunca bu mövqedə dayanın. Daha sonra eyni hərəkəti digər qıç üçün tətbiq edin. Gövdənizi yumşaq hərəkətlərlə dizinizə doğru əyin və nəfəsinizi nizamlı və yavaş-yavaş alın. Mövqenizi 30 saniyə qoruyun və qıçınız dəyişdirərək davam edin.
Çərşənbə axşamı səhəri, velosipedlə gəzinti:
Şəhər kənarında: Velosipedi əvvəl 5 dəqiqə boyunca düz yolda sürün, sonra 30-40 dəqiqəlik bir gəzintiyə çıxın. Tezliyi aşağı salaraq pedalların daha yavaş fırlanmasını təmin edin. Beləliklə ürəyiniz daha çox işləyəcək va daha az yorulacaqsınız. Oturacaqda gərgin oturmayın və sükanı çox möhkəm tutmayın. Bədəninizin üst qisimini zəif tutun və bu zamanı qarınınızı çəkib itələyərək əzələlərinizin işləməsi üçün hərəkət etdirməkdə istifadə edin.
Şəhərdə: Əvvəl avtomobillərin keçmədiyi, sakit bir yol tapın. Bayaq açıqladığımız üsulla velosipedi sürün və basa-bas yollarda da konsentrasiyanızı qorumağa çalışın.
Ombalar üçün: Yenə bir ağaca və ya divara qarşı üzünüz dönük haldaykən, tək əlinizi dəstək almaq üçün ağacın gövdəsinə yaslayın. Digər əlinizlə ayaq biləyinizdən tutaraq topuğunuzu ombalarınızın xəttinə nə qədər qaldıra bilirsinizsə qaldırın. 30 saniyə bu mövqedə qaldıqdan sonra qıç dəyişdirərək davam edin.
Ombaların arxası üçün: Bir ağac kötüyünün ya da bir skamya üzərinə bir qıçınızı qoyun, digər qıçınız yerə basılmış qalsın.
İdmandan sonra: Qıçlarınızı çox yordunuz, rahatlaşdırmaq üçün bu bir neçə hərəkəti tətbiq edin:
Qıç arxaları üçün: Velosipedi aşağı bir tezliyə alaraq ayağı inkişaf etdirin. Əvvəl bir topuğu sonra digərini istifadə edərək velosipedi yavaşca sürün.
Gövşəmək üçün: Bir ayağınızı pedaldan çəkib qıçınızı silkələnin. Eynisini digər qıçınız üçün də tətbiq edin.
Çərşənbə axşamı rolik və ya trotinet
Şəhər kənarında: Sürüşə biləcək bir sahə tapın. Asfaltı yaxşı olan bir yol, dəniz sahilində bir səki uyğun ola bilər. 40 dəqiqə boyunca zaman zaman qıç dəyişdirərək sürüşün. Küləyə qarşı bir müqavimət yaratmaq üçün arada qollarınızı açıq saxlayın.
Şəhərdə: Bir supermarketin avtoparkında sürüşə bilərsiniz.
İdmandan sonra: Əzələlərinizi boşaltmaq üçün bu hərəkətləri tətbiq edin:
Rolik üçün
• Qarınınızı içəri çəkib, qollarınızı irəliyə doğru uzada biləcəyiniz qədər uzadın və elə sürüşün. Nizamlı nəfəs alıb verməyə davam edin.
• Qollarınızı önə doğru uzadıb qıçlarınızı bükün və qarınınızı içəri çəkin. Kürəyinizi bükün və mövqenizi bir neçə saniyə dayanın.
• Qıçlarınızı rahatlaşdırmaq üçün, roliklərinizi çıxardın və bazar ertəsi günü üçün təklif etdiyimiz gərmə hərəkətlərini edin.
Trotinet
• Trotinetin üzərinə bir qıçınızı qoyun və yavaş yavaş gedərkən digərini qaldırıb havada saxıayın. Arada qıç dəyişdirin.
• Ara verdiyinizdə bazar ertəsi günü üçün təklif etdiyimiz hərəkətləri edin.
Tarix: 28.12.2012 / 13:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 460 Bölmə: Saglamliq