Alimlər hesab edirlər ki, bəşəriyyətin ən böyük arzusu olan ölməzlik tezliklə reallaşa bilər.
Alimlərin proqnozuna görə tezliklə insanların qocalıq, yəni ayrı-ayrı hüceyrələrin, hətta üzvlərin məhvi nəticəsində ölməsi prosesi dayanmış olacaq. Artıq qarşıya qoyulan məsələ mühəndis layihələrinin tərkibindədir.
Ölməzlik - insanın əbədi yaşamaq qabiliyyətidir. Müasir elm bu nailiyyətləri necə əldə edə bilər? Bu məsələyə 3 cür yanaşma mövcuddur:
Orqanizmin qocalmasının dayandırılması. Qocalığı isə gövdə hüceyrələri, nanotexnologiya və gen mühəndisliyinin köməyi ilə dayandırmaq olar.
Krionika - İnsanın uzun müddətə dondurulması və bir əsrdən sonra donunun açılması.
Klonlaşdırılma - insanın ayrı-ayrı orqanlarının yetişdirilməsi və ya onun bütünlüklə «ehtiyat» oxşarını yaratmaq.
Gövdə hüceyrələri - qocalığa qarşı ən perspektivli vasitədir.
Məsələ burasındadır ki, bu xüsusi hüceyrələr hər bir insanın bədənində var. Orqanizmin istənilən hissəsini dəyişmək, yeniləşdirmək mümkündür, məsələn, bədəndə olan çapığı sağlam toxuma ilə əvəz etmək. Alimlər artıq ürək qapaqlarını yetişdirmiş, beyin toxumasının özünün gövdə hüceyrələrinin artıb-çoxalmasını təmin etmişlər ki, bu insultdan sonrakı bərpa prosesinə kömək edir. Bundan başqa, orqanizmin öz hüceyrələrindən sprey hazırlanmışdır ki, bu da yanıqlar zamanı müalicə edir, bir sözlə, gövdə hüceyrələri orqanizmin qocalmış hüceyrələrini yeniləri ilə əvəz etməyə qadirdir. Əlbəttə, orqanizmin özünü bərpa etmək xüsusiyyətlərinin də bu işdə əhəmiyyəti böyükdür. Əgər bu mexanizm öyrənilərsə və insan bunu idarə edə bilərsə, o zaman hər hüceyrə gövdə hüceyrəsi rolunu oynaya bilər və nəticədə tam illərlə fəaliyyətdə olmuş və ömrünü başa vurmuş orqanları yeniləri ilə əvəz etmək mümkün olacaq!
Həkim-robotlar
Deyirlər tezliklə insan orqanizminin daxilində yaşaya bilən molekulyar həkim-robotlar hazırlanacaq. Onlar bütün zədələri aradan qaldırmağa və qarşısını almağa qadir olacaqlar. Nanotexnologiyanın köməyi ilə müalicə və profilaktika üçün bir neçə addım atılmalıdır: molekulyar həkim-robotlar hazırlanmalı, nanomaşınlarla işləyən nanokompüterlər hazırlamalı və insan bədənində olan bütün molekulların təsvirini aparmaq lazımdır. Başqa sözlə, atom səviyyəsində insan orqanizminin xəritəsini - sağlamlıq etalonunu yaratmaq ki, bunu da robotlar müdafiə edəcək. Alimlər hesab edirlər ki, bu məsələlər yaxın 30 il ərzində işlənib hazırlana bilər.
Qocalığı blokada etmək
Daha bir üsul – gen mühəndisliyidir. Burada əsas məsələ – irsiyyətin idarə edilməsi üsullarını axtarıb tapmaqdır. Alimlər aşkar ediblər ki, insan bədənindəki hüceyrələrdə onların yaşama müddətini tənzimləyən «bioloji saatlar» işləyir. Xromosomların uclarında olan telomerlər bu bioloji saatlardandır. Hüceyrənin hər bölünməsi ilə telomerlər qısalır. Onlar müəyyən ölçüyə qədər qısaldıqca hüceyrənin ölümünə gətirib çıxaran mexanizm işə düşür. Belə ki, xərçəng hüceyrələri - öz yaşama müddətini özləri tənzimləyirlər. Bu da onların qeyri-məhdud şəkildə bölünməsinə və qocalma prsesinə məruz qalmamasına imkan verir. Əgər sağlam hüceyrəyə DNT-nin xüsusi ardıcıllığı yeridilərsə, bu hüceyrə ölməyəcək. Alimləri düşündürən əsas məsələ isə həmin hüceyrələrin təhlükəsiz olmasıdır.
Bu yaxınlarda Çin alimləri qocalmada təqsirkar olan daha bir geni – «P16» aşkar etmişlər. Tədqiqat nəticəsində bu genin nəinki qocalma ilə birbaşa əlaqəsi, həmçinin onun telomerlərin ölçüsünə təsiri aşkar olunmuşdur. Buradan belə nəticə çıxır ki, hüceyrələrin məhvinin qarşısını almaq üçün onlarda P16 genini blokada etmək lazımdır.
Ukrayna Elmlər Akademiyası gerontologiya institutundan belə söyləyirlər ki, gövdə hüceyrələrində artıq müəyyən müddət istifadə edilsə də, onları orqanizmə yerləşdirmək o qədər də asan iş deyil. Çünki köhnə hüceyrələr yenilərinə əks təsir edir və ona görə də yeni hüceyrələr yeni şəraitə uyğunlaşa bilmir.
Krionika - hazırda insanın bədənini yalnız bir üsulla qocalmadan qorumaq olar. Bu – ölümə məhkum olunmuş bədənin xəstəlikdən və ölümdən qorumaq o vaxta qədər ki, insan öz həyati vacib funksiyalarını bərpa edə bilsin, xəstəlikləri müalicə edə bilsin, qocalığa qalib gələ bilsin. Bunun üçün elə şərait yaradılmalıdır ki, insan bədəni mikroorqanizmlərin hücumuna məruz qalmasın. Bu isə maye azotun dondurulma temperaturu həddində olmalıdır (-196 dərəcə Selsi).
Hazırda dünyada bir neçə krioqoruma mərkəzləri var ki, onlardan biri də Rusiyada yerləşən Kriorus dondurulma mərkəzidir. Bu mərkəz bir neçə variant təklif edir:
Pasiyentin beyninin klonlaşdırılması. Bu zaman beyin konteynerlə müddətsiz qorunmağa yerləşdirilir. Qiyməti – 9 000 dollar
Bədənin bütünlüklə maye azot temperaturuna qədər dondurulması şərtləşdirilmiş vaxta qədər saxlanılır. Qiyməti – 25 000 dollar
Daha bir variant: ABŞ Krionika institutunda dondurularaq saxlanılma. Bunun üçün bədənin hazırlanması və quru buz temperaturuna qədər dondurulması prosesi Rusiyada həyata keçirilir və bədən Amerikaya göndərilir. Qiyməti – 49 000 dollar.
Hazırkı dövrə qədər 200 –dən artıq pasiyent dondurulmuş, daha çox insan isə növbədədir. Bir çox alimlər bunu qəbul etmirlər. Onların fikrincə, uzun müddət buzda qalan orqanizm öz qüvvələrini bərpa edə bilməz.
Beyin kompüterdə
Ölməzliyin əldə edilməsi üçün ən qeyri-adi üsullardan biri də şüurun kompüterə köçürülməsidir.
Şüur baş beyində yerləşdirilmiş kodlaşdırılmış informasiya şəklində mövcuddur. Başqa sözlə, baş beyində saxlanılan fayldır. Onun cansız əşyaya köçürülməsi isə artıq insanın işidir. Necə köçürməli?
Alimlər hesab edirlər ki, informasiyanı saymaq və şifrini açmaq (şərh etmək) sonra yeni daşıyıcıda yenidən kodlaşdırmaq lazımdır. Məsələ bir qədər mürəkkəbləşir ona görə ki, alimlər təkcə informasion kopiyanı yaratmaq deyil, şüuru işlək vəziyyətdə saxlamaq istəyirlər. Yəni elə etmək istəyirlər ki, insan birbaşa kompüterdə fikirləşmək istəsin. Digər alimlər təklif edirlər ki, şüuru bədəndən ayrı yerə köçürmək lazım deyil, yalnız tədricən beyində bir-bir hüceyrələri süniləri ilə, yəni əbədiləri ilə əvəz etsinlər.
Şüurun kompüterə köçürülməsi prosesi elmi texniki proqres nəticəsində 2020-2035-ci illərdə bəlkə də mümkün ola bilər.
Ehtiyat üçün klonlaşdırılma
Əslində klonlaşdırılma mənəvi və dini baxımdan mübahisəli məsələdir. Lakin onun inkişafındakı nailiyyətlər göstərir ki, bədənin öz hüceyrələrinin yetişdirilməsi və onlardan istifadə daha mürəkkəb və çətindir. Bəlkə də əsrin ortalarında qocalmış insanların şüurunun birbaşa, yaxud dolayı yolla cavan bioklonlara köçürülməsi baş tuta bilər?
Tarix: 10.01.2013 / 13:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 355 Bölmə: Saglamliq