Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

100 il yaşamaq üçün faydalı məsləhətlər

Sağlam və mənalı həyat, uzunömürlülük hamımızın arzusudur. Bəs bu arzuya çatmaq üçün nələri bilmək və reallaşdırmaq lazımdır. Bu bilgilərə müvafiq dərsliklərdə, kitablarda, jurnallarda, televiziyalarda və s. mənbələrdə rast gəlmək olur.
21-ci əsrdə isə insan ömrünü uzadan qida əlavəsinin satışa buraxılması xəbərindən tutmuş digər vacib xəbərləri də eşidirik.
Bu xəbərlərə qulaq asarkən bizi bir şey düşündürür, uzunömürlülüyün sirri nədədir? Daha çox hansı məsləhətlər faydalıdır?
Bu məsləhətlərə dəqiq riayət olunarsa gözlənilən effekti verərmi? və s.
Cambridge Universitetinin 20 min adam üzərində etdiyi tədqiqata görə insanlar siqaret çəkməməklə, nizamlı olaraq məşq və idman hərəkətləri ilə məşğul olmaqla, alkaqollu içkilər içməməklə, hər gün 5 pay tərəvəz və meyvə yeməklə ömürlərini 14 il uzada bilərlər.

Türkiyənin Sağlık Ekibi saytında yayımlanan məlumata görə isə 100 yaşın üzərindəki kəslərin həyat tərzlərini tədqiq edən elm adamları uzun bir ömrün düsturunu açıqlayıblar: "Pomidor, qırmızı üzüm, qırmızı bibər kimi qidalarla daha çox qidalanın, tək yatın deyə öz fikirlərini bildiriblər. Onların bu fikirlərini şərh edərkən bu nəticəyə gəlmək olar ki, insanlar birinci növbədə öz sağlamlıqlarını düşünməli, qidalanmalarına, günlük həyat tərzlərinə ciddi fikir verməli, bütün zərərli işlərdən uzaq olmalıdırlar.

Amerikanın uzun ömürlülük üzrə mütəxəssisi Dr. Marios Kyriazis, 100 yaşını aşan insanların həyat tərzlərini tədqiq edib. 100 yaşına qədər yaşamağın sirlərində bu mövzulara toxunub və məsləhətlərin vacib olduğunu bildirib. Bunlara aşağıdakılar daxildir:

• İdmanla məşğul olmaq (qaçış və s.), kifayət qədər hərəkət fəallığı;
• Pomidor, qırmızı üzüm, qırmızı bibər və s. orqanizim üçün daha çox faydası olan qidalar qəbul etmək;
• Banan kimi kalium baxımından zəngin olan qida və meyvələrlə bəslənmək;
• Əyləncəli, maraqlı bir şeylər oxumaq;
• Gündə 1 fincan çay içmək;
• Hər gün 1 saat erkən yatmaq;
• Həftədə 2 dəfə sekslə məşğul olmaq;
• Bol bol qatıq, ağartı məhsullarından istifadə etmək;
• Süd içmək;
• Diş ipi istifadə etmək;
• Evi həmişə təmiz saxlamaq;
• Soğan yemək;
• Fitnesslə məşğul olub, güclü əzələlərə sahib olmaq;
• Günəşlənmək;
• Gülümsəmək;
• Qida rasionunda lifli qidalardan istifadə etmək;
• Üzüm və böyürtkəndən istifadə;.
• Yoga ilə məşğul olmaq;
• Qidanı qəbul edərkən çox çeynəmək;
• Az duz istifadə etmək;
• Uşaq sahibi olmaq;
• Gecə saatlarına qədər televiziya izləməmək və yuxusuz qalmamaq;
• Sosiska əvəzinə basdırma yeməkləri yemək olar;
• Soğan yemək insan orqanizminə çox böyük faydası var;


Tarix: 08.01.2015 / 13:36 Müəllif: Aziza Baxılıb: 51 Bölmə: Saglamliq
loading...