Türkiyə mətbuatında yayımlanan məlumata görə İsveçdə fəaliyyət göstərən bir sıra elm adamları 24 il davam edən araşdırma aparıblar.
1 milyondan çox gənc adamın iştirak etdiyi bildirilən bu araşdırmada aşağı əzələ gücü, zəif ayaq və qol əzələlərinə sahib olan kişilərin erkən ölüm risklərinin daha çox olduğu müəyyən olunub.
British Medical Journal (BMJ) jurnalında dərc olunan araşdırmada, əzələ gücünün ümumi sağlamlığı əks etdirdiyi bildirilir.
Əzələ gücü ortalamanın üzərində olan gənc kişilərin, hər hansı bir səbəbdən ürək və damar xəstəlikləri səbəbi ilə baş verən erkən ölüm ehtimallarının 20% ilə 35% nisbətində daha aşağı olduğu qeyd olunub.
Əzələli gənc kişilərin şizofreniya, depressiya kimi əsəb pozğunluqları göstərmə risklərinin 65% daha aşağı olduğu, 20-30 % daha az intihar ehtimalı daşıdığı bildirilir.
Həmçinin araşdırma 50 yaşlardan əvvəl ölmə riskinin ən aşağı əzələ gücünə sahib gənc kişilərdə olduğunu üzə çıxarıb.
Zəif və kök kişilər üzərində aparılan araşdırmalarda da bənzər nəticələr əldə edilib.
Məlumatda oda vurğulanır ki, güclü bədən quruluşuna malik kişilər orta çəkiylə belə əzələ gücü aşağı olanlara nisbətdə daha uzun yaşayırlar.
Tarix: 08.01.2015 / 13:11 Müəllif: Aziza Baxılıb: 20 Bölmə: Saglamliq