Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dırnaq və saç yeyənlərin diqqətinə

Yer üzərində canlı orqanizimlərin ən yüksək pilləsi hesab olunan insanı bəzi məlumat mənbələrində yaradılmışların ən üsütünü olaraq qeyd edirlər.
Onuda vurğulamaq lazımdır ki, insan sosiologiya, psixologiya, fiziologiya, pedaqogika, təbabət və s. elmlərin tədqiqat obyektidir. İnsanın hərəkətləri, düşüncə tərzi, yaşadığı obyektiv şəraitdən, şüurlu və şüursuz sürətdə təmsil etdiyi sosial qrupun və sinfin xüsusiyyətlərindən asılı hesab olunur. Bu baxımdan şüursuz olaraq pis vərdişlərə yiyələnən insanlar mühitin təsirini bəhanə etməməli, həmin vərdişlərdən əl çəkmək üçün müəyyən işlər görməlidirlər. Bu işlərdə ilk növbədə sağlamlıqla əlaqədar vacib hesab etdikləri fəaliyyətləri planlaşdırmalı, gün ərzində şəxsi gigiyenaya ciddi fikir verərək, sağlamlığı, gümrahlığı, uzunömürlüyü təmin edən gündəlik rejimi, idman fəaliyyətlərini, təmiz hava qəbulunu, rejimlə qidalanmayı və s. unutmamalıdırlar. Sağlamlığın prioritet mövzularından hesab olunan asudə vaxtda müxtəlif əyləncə xarakterli işlərlə məşğul olmaq da faydalıdır. (Fitness, şahmat, turizim və s.). Bütün bunlar isə sağlamlığa müsbət təsir göstərməklə bərabər, sözügedən pis vərdişlərdən də insandan uzaq olmasını təmin edəcək. Əks təqdirdə bu müxtəlif xəstəliklərin yaranma səbəbinə çevrilə bilər. Türkiyənin Samsun şəhərinin Böyük Anadolu Çiftlik Xəstəxanası ümumi cərrahiyyə üzrə klinika mütəxəssisi həkim Müzəffər Al, şəxsi gigiyenada dırnaq və saç yemə kimi vərdişi olan kəslərin "bezoar" təhlükəsi ilə qarşı-qarşıya olduqlarını söyləyib.
Bezoarın insan ilə heyvanların mədə və bağırsaqlarında bəzi maddə liflərinin yığılıb sərtləşməsi ilə ibarət olan daş olduğunu ifadə edən həkim Müzəffər Al, dırnaq və saç yemə xəstəlikləri olan insanlarda bezoarın şübhəsiz meydana gəlm’sinin baş verə biləcəyini, müalicə edilmədiyi təqdirdə isə böyük sağlamlıq problemləri ilə qarşı-qarşıya olacaqlarını bildirib.
Verilən məlumata görə 2 ildir mədə narahatlığından əziyyət çəkən 35 yaşındakı Şahin bəyin şikayəti üzərinə aparılan tədqiqata və endoskopik müayinəyə görə onda "bezoar" adlı xəstəlik təsbit etdiklərini ifadə edən həkim Müzəffər Al, bildirib ki, xəstəmiz klinikaya 2 ildir mədədə ağrı və həzmsizlik şikayəti ilə müraciət edir. Aparılan işlərin nəticəsində mədədə yerləşən bezoar müəyyən edilib. Reallaşdırdığımız əməliyyat ilə mədəsindəki 10 sm və 4 sm boyunda təxminən 180 qr. ağırlığında bezoarı müvəffəqiyyətlə çıxartmışıq deyib. Dırnaq yemə vərdişi olan xəstəmiz, diaqnozdan sonra bu vərdişini buraxdığını söyləyib.
Meyvə və tərəvəzlərin tumlarına da fikir vermək lazımdır. Ümumi Cərrahiyyə üzrə mütəxəssis həkim Kərim Gözəl isə saç, dırnaq və tük yemə vərdişi xaricində meyvə və tərəvəzlərin tumlarının alınmasını məsləhət görüb. O, həzm olunmayanda bezoarın meydana gəlməsinə yol aça biləcəyinə diqqət çəkən mütəxəssis həzm edilməyən lifli qidaların da bezoar xəstəliyinin meydana gəlməsinə yol açdığını bildirib. Bu pis vərdişə sahib olan şəxslərdə erkən doyma və mədədə ağrı şikayəti olduğunu ifadə edən ümumi cərrahiyyə üzrə klinika mütəxəssisləri, bulantı və qusma, həzmsizlik, halsızlıq, artıq çəki və pis ağız qoxusu, mədə və bağırsaqda baş verən tıxanmalar, xora və mədə deşilmələri olan xəstələrin saç, dırnaq və tük yemə vərdişini tərk etmələrini və mütləq müalicə olmaları lazım olduğunu sözlərinə əlavə edib.


Tarix: 08.01.2015 / 13:31 Müəllif: Aziza Baxılıb: 66 Bölmə: Saglamliq
loading...