Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gündən qorunun!

Respublika ərazisində isti hava şəraiti gözlənilir. İyun ayının son günlərində respublika ərazisində isti və əsasən yağmursuz hava şəraiti ehtimal edilir ki, bu da ümumən taxılın və bağlarda meyvələrin yığımına, çoxillik otların biçininə hətta aqrotexniki işlərin görülməsinə müsbət təsir edəcək. Bununla yanaşı isti hava şəraiti suvarılan əkinçilik zonasında olan tarlalarda və bağlarda suvarmaların aparılmasında ehtiyac yaradacaq, dəmyə zonasında isə torpaqda məhsuldar rütubət ehtiyatlarının azalmasına gətirib çıxara bilər.
Bakıda və Abşeron yarımadasında iyunun 29-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 30-35 dərəcə isti olacağı gözlənir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 18-23, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.


Tarix: 08.01.2015 / 12:26 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: Saglamliq
loading...