İnsan orqanizmində B12 vitamininin əskik olması iş və şəxsi həyata mənfi təsir göstərir.
Özünü davamlı yorğun hiss etmə B12 vitamininin əskikliyində ən çox rastlaşılan əlamət hesab olunur. Yuxusuzluq və yorğunluq unutqanlığın səbəblərindən biridir. Digər qarşıya çıxan əlamətlərə isə unutqanlıq, qan azlığı, konsentrasiya problemləri, depressiya, qəbizlik, ürək bulanması, köpmə, əl və ayaqlarda üşümə və s. aid edilir.
Bu problemin həlli zamanı ilk öncə düzgün qidalanmaya fikir vermək lazımdır.
Heyvan mənşəli qidalar B12 vitamini ilə zəngindir. Bura qırmızı ət, toyuq, balıq, dəniz məhsulları, yumurta, pendir, süd, qatıq gündəlik qida rasionunda uyğun miqdarda iştirak etməlidir.
Bişirmə üsulları qidalardakı B12 miqdarını azalda bilər. Ət bişirərkən qızartma və ya manqala üstünlük verməyin. Qaynatma seçimi edildiyində müddətini qısa tutmaqda fayda var, müddət uzandıqca vitamin əskikliyi artar. B12 vitaminin defisiti müalicə edilməzsə anemiya, mental problemlər, unutqanlıq, yaddaş itkisi hətta erkən ağlını itirməyə belə səbəb ola bilər. Bu səbəbdən nizamlı qan analizi etdirməli, B12 vitamini ilə kafi qidalanmalı, həkiminiz təklif etsə möhkəmlətmə almalısınız.
Tarix: 08.01.2015 / 13:09 Müəllif: Aziza Baxılıb: 53 Bölmə: Saglamliq