Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qripdən qorunmaq üçün yaxşı qidalanma tövsiyələri

Bildiyimiz kimi, immuniteti zəif olan bəzi insanlarda mövsüm dəyişmələr zamanı qrip və soyuqdəymə olur. Türkiyəli pəhriz mütəxəssisi Təkamül Güngör qripdən qorunmaq üçün peyvənd və digər üsullardan əlavə qidalanmanın da vacib olduğundan danışıb. Güngörün sözlərindən aydın olur ki, yaxşı qidalanmaq, soyuqdəymə və qripə qarşı effektlidir. Bunu Dünya Sağlamlıq Təşkilatı da bildirib. Qripdən qorunmağın sadə həlli kimi düzgün qidalanmaq, immuniteti möhkəmləndirmək, idmanla məşğul olmaq və orqanizmə faydalı olan fəaliyyətlərə üstünlük vermək vacibdir. Qida rasionu tərtib edərkən qripə faydası olan bütün qidalar nəzərə alınmalıdır.
Bəzi qidalar var ki, soyuqdəymə və qripə qarşı hər gün istifadə edilə bilər. Həmin qidalara yaşıl yarpaqlı tərəvəzlər, yağlı balıqlar, qatıq, yumurta sarısı, quru paxlalılar, meyvələr, müxtəlif çərəzlər, sarımsaq və soğan kimi məhsullar daxildir.
Yaşıl yarpaqlı tərəvəzlər: Məlumata görə yaşıl yarpaqlı çiy tərəvəzlər 200 kaloridən az olmasına baxmayaraq qida dəyəri yüksəkdir.
Qan damarlarını qorumağa, iltihabı azaltmağa və xəstəliklərə yol aça biləcək faktorları uzaqlaşdırmağa kömək edir.
Bu baxımdan istəyə uyğn hər gün iki boşqab az yağlı salat yemək məsləhətdir.
Yağlı balıqlar: Yağlı balıqlara omega 3 və selenium daxildir. Omeqa 3 bədəndəki iltihabı azaltmağa, ağciyərləri qorumaqla ora hava axınını artırmağa, qanı təmizləməyə kömək edir. İmmunitet sisteminin güclənməsi üçün somon və ton balığı, lüfer, istavrit və palamut kimi yağlı balıqlardan ən azı həftədə iki dəfə istifadə etmək olar.
Soğanlar: Sarımsaq, soğan, yaşıl soğan kimi qidalarda hüceyrələrin zərər görməsinə maneə törədən ünsürlər var. Bunlar iltihab önləyici olmaqla bakteriyalara, infeksiyalara qarşı mübarizə aparır və immunitet sistemini gücləndirir. Bu səbəblə gündə həmin tərəvəzlərdən 4 yemək qaşığı istifadə etmək olar.
Qatıq: Qatığın təbii quruluşundakı bakteriyalar bədənimiz üçün son dərəcə faydalıdır. Bunu təbii antibiotik olaraq adlandırmaq olar. Gündə bir kasa qatıq yemək bağırsaqlarda olan zərərli ünsürlərin sayını azaldır.
Yumurta: Ən keyfiyyətli zülalın yumurtada olduğu deyilir. A vitamini anbarı hesab oluan yumurta sarısı immunitet sisteminə və müqavimətə xeyirlidir. Yumurtada xolin adlı bir maddə olduğundan yuxusuzluğa, halsızlığa və müqavimətə xeyirlidir. Bağırsaqlardakı iltihablanmağı önləyici təsiri baxımından bu qidadan həftə ərzində (naharda) istifadə etmək olar.
Quru paxlalılar: Məlumata görə bədənin əsas enerji qaynaqlarından biri sinklə zəngin olan quru paxlalılardır. Qidalanmada əsas karbonhidrat qaynağı olan bu məhsullar qrip və soyuqdəyməyə qarşı faydalıdır. Xüsusən mərcimək, lobya, makaron, düyü plovu və digər paxlalılar vacib karbonhidratlar hesab olunur.
Sink sayəsində bədən infeksiyalarla güclü olur. Bu baxımdan həftədə 2-3 dəfə qida rasionunda quru paxlalılardan istifadə etmək olar.
Meyvələr: Çiyələk, moruq, zoğal, quş üzümü və s. meyvələr bədəndəki iltihablanmaları azaldır. Zərərli hüceyrələrin bədəndə yayılmasını əngəlləyir, hüceyrələrin təmirində iştirak edirlər. Bu meyvələrdən gündə ən azı 1 boşqab istifadə etmək lazımdır.
Çərəzlər: Qovrulmamış çərəzlərin tərkibində yüksək miqdarda faydalı yağlar var. Antioksidant tərkibi də yüksəkdir. Tərkibində olan faydalı qida elementləri həm ürək sağlamlığına, həm də artıq çəkiyə faydalıdır. Həmçinin çərəzlər sink, selenium və maqnezium kimi minerallarla zəngindir. İnfeksiyalara qarşı faydalı olduğu da bildirilir. Hər gün ən azı 1 ovuc çərəz yemək faydalıdır.


Tarix: 08.01.2015 / 12:09 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: Saglamliq
loading...