Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ayağınız tərliyir? Müalicəyə başlayın…

Ayaqların tərləməsi istər qadın, istər isə kişiyə diskomfort hissini yaşatdırır. Lakin bir çox zamanlar kişinin ayaqları tərləyəndə, bunu gülüş ilə qarşılayırlarsa, qadın ayaqlarının tərləməsini pintilik kimi də qiymətləndirənlər olur.

Bu yazımızda sizlərə ayaq tərləməsinin qarşısını almaq üçün müxtəlif vannaların hazırlanma üsullarından danışacayıq. İlk öncə qısa qeyd edək ki, çox tərləyən insanlar, çoxlu maye qəbulundan uzaq olmalıdırlar. Ayaqlarınızın tərləməsinin qarşısını almaq üçün müxtəlif prisıpkalardan istifadə məsləhət görülür. Ev şəraitində prisıpkanı kartof kraxmalı da əvəz edə bilər.

Şam ağacından vanna

Lazımdır: 500 qr şam ağacının iynələri, 5 litr su…

İynələri xırdaladıqdan sonra qaynar suyu əlavə etmək. 2 saat saxladıqdan sonra süzmək, balaca tazda ayaq vannası düzəltmək lazımdır. Ayağınızı tam suya batırın, 20-30 dəqiqə ayaq vannası qəbul edin…

Dazıotu ilə ayaq vannası

Lazımdır: 1 stəkan xırdalanmış dazıotu, 2 litr qaynar su…

Dazıotu üzərinə qaynar suyu töküb, od üzərində 20 dəqiqə saxlamaq lazımdır. Ardınca 1 saat oddan kənar saxladıqdan sonra süzmək lazımdır. Vanna qəbulu zamanı yaxşı olardı ki, suyun temperaturu 34-37 dərəcə olsun. Prosedur 20 dəqiqə davam etməlidir və bir gündən bir həyata keçirilməlidir.

Gicitkən-Sürvə vannası

Lazımdır: 100 qr gicitkən, 100 qr sürvə, 5 litr qaynar su…

Otları təmizləmək, su ilə 30 dəqiqə qaynatmaq lazımdır. Oddan kənarda 1 saat saxladıqdan sonra süzmək və qəbul edəcəyiniz vannaya tökmək. Gündəlik olaraq, 20 dəqiqə vanna qəbulunu həyata keçirilməlisiz. Suyun optimal temperaturu 34-36 dərəcə olmalıdır. Bunu həmçinin eyni qayda ilə tərləyən əllərlə də mübarizədə istifadə edə bilərsiz.


Tarix: 27.12.2012 / 18:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 218 Bölmə: Saglamliq
loading...