Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxusuzluq ağrıları artırır

Yuxu mövzusunda edilən son bir araşdırma, qeyri-kafi yuxunun yorğunluq və halsızlıqla bərabər, uzun davamlı ağrılara da yol aça biləcəyini ortaya çıxarıb.
Belə ağrılar əsasən revmatizm xəstələrində olan ağrılardır.
Amerikanın Revmatizm Dərnəyi bildirib ki, yuxu pozğunluğu yaşlı insanlarda (50 yaşı tamam olan kəslərdə) bədən ağrılarını artıran əsas faktorlardan biridir.
Araşdırmalarda ağrı problemi olmayan 50 yaşın üzərində 4300-dən çox yetkinə aid psixoloji vəziyyət, ağrı və fiziki sağlamlıq məlumatları toplanılıb.
Nəticədə ağrıların artmasında təkcə yaşlanmanın deyil, fiziki və psixoloji sağlamlıq problemlərinin, hafizə zəifliyinin və keyfiyyətsiz yuxunun da təsir etdiyi məlum olub.
Tədqiqat ingiltərəli səhiyyə mütəxəssisi Dr. John tərəfindən icra edilib.
Dr. John sözlərinə görə oynaq iltihabı, bədəndə ağrıya səbəb olduğundan, yuxu pozuqluğu da yaranan ağrıların artmasına yol açır.
Bu problemlərin həlli üçün idman etmək, bədən sağlamlığını inkişaf etdirmək, ağrı və yorğunluğu azaltmaq, yuxu pozğunluqlarını aradan qaldırmaq və düzgün həyat tərzinə yiyələnmək lazımdır.
Aparılan tədqiqat "oynaq iltihabı və revmatizm" jurnalında dərc edilib.


Tarix: 08.01.2015 / 11:53 Müəllif: Aziza Baxılıb: 23 Bölmə: Saglamliq
loading...