Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu məhsullar çəki azaltmağa kömək edir

Bəzi qidaların özəlliyi onların çəki azalmasına kömək etməsidir. Arıqlamağa kömək edən 7 məhsulun adını təqdim edirik.

Qara lobya
Bu məhsul lif və proteinlə zəngindir. Lakin buna baxmayaraq tərkibində yağ yoxdur. Onun tərkibində flavonoid var. Bu maddənin qarın bölgəsindəki yağ yandırılmasını sürətləndirir.

Partlayan qarğıdalı
Nə qədər yağlı və duzlu olsa da partlamış qarğıdalı arıqlamağa kömək edir. Taxıllar tərkibindəki zəngin minerallar və faydalı maddələrə görə, sağlamlıq üçün vacibdir.

Alma sirkəsi
Alma sirkəsi yağ yandırmaqda populyardır. Amma həddindən artıq istifadəsi məd də problem yarada bilər. Salat souslarında istifadəsi məsləhətdir.

Çərəzlər
Çərəzlərin tərkibindəki yağlar doymamış yağlardır. Bunun üçün də çəki artımına yol açmırlar. Əksinə piylənmənin qarşısını alır və yağ toplanmasına mane olur.

Soyuq kartof
Soyuq kartoflardan hazırlanmış salat mayonez istifadə edilməyəcəyi təqdirdə daha faydalıdır. Bu tərəvəz soyuyanda tərkibindəki liflər daha asan həzm edilir.

Armud
Armudun bütün növləri liflərlə zəngin, kaloridən kasaddır. Bu meyvəni səhər, günorta, axşam yeməyində belə yeyə bilərsiniz. Tərkibindəki antioksidantlar sayəsində qarın bölgəsindəki yağların yandırılmasını sürətləndirir.

Çay
Çayın arıqladıcı xüsusiyyəti elmi araşdırmalarla təsdiqlənib. Xüsusilə yaşıl çayın bu sahədə faydası danılmazdır.


Tarix: 21.01.2015 / 17:30 Müəllif: Aziza Baxılıb: 46 Bölmə: Qidalanma və Dieta
loading...