Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarpızı ac qarına tumu ilə yeyin

Mütəxəssislər qarpızın faydalarından maksimum dərəcədə faydalanmaq üçün qarpızın ac qarına tumu ilə birlikdə yeməyi tövsiyə edirlər. Qarpızın qan təzyiqi və böyrək funksiyalarını tənzimlədiyi həmçinin xərçəngdən qoruduğu söylənilir.
"Science" jurnalının verdiyi məlumata görə, qarpız tumunda qan təzyiqi və böyrək funksiyasını tənzimləməyə köməkçi olan "cucurbocitrin" adlı maddə var. Tumlar ağızda parçalananda faydası daha çox olur. Qarpız tumu ürəyə də faydalıdır.
Qarpızın lif cəhətdən çox zəngin olduğunu və bağırsaq hərəkətlərinin təşkiledici və xərçəngdən qoruyucu xüsusiyyəti olduğunu vurğulayan mütəxəssislər, qarpızda yağ və xolesterol olmadığı bildirirlər. Buna görə də, qarpızın tez-tez istehlak olunmasını təklif edən mütəxəssislər, bunda heç bir qorxu olmadığını, əksinə faydası olduğunu bildirirlər. Qarpızın böyük hissəsinin su olması yay aylarında su sərfini də önləyir. Bu xüsusiyyəti ilə böyrəkləri işlədir. B və C vitamini olaraq qarpız həmçinin gümrahlıq və enerji anbarıdır. Həmçinin arıqlamağı da asanlaşdırar.

AC QARINA YEYİN

Qarpızı ac qarına istehlak edilməsinin əhəmiyyətli olduğunun vurğulayan mütəxəssislər, ac qarına istehlak olunan qarpızın maksimim fayda verəcəyini vurğulayırlar. Həmçinin mütəxəssislər, qarpızı yeməklərdən sonra deyil, yeməkdən əvvəl, ya da yeməkdən çox bir müddət sonra yeyilməsini məsləhət görürlər. Yeməkdən dərhal sonra istehlak edilsə, həzm çətinliyi əmələ gəir. Ancaq ac qarına istehlak edildikdə maksimum fayda verir.


Tarix: 21.01.2015 / 12:19 Müəllif: Aziza Baxılıb: 24 Bölmə: Qidalanma və Dieta
loading...