Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqlar üçün faydası saymaqla bitmir

Məktəb çağındakı uşaqlara süd məhsulları daha çox faydalıdır. Uzunömürlülük, sağlam böyümə, inkişaf üçün lazım olan enerji və qida elementləri süd məhsullarında yetərincədir.Bu möcüzəvi içkidə protein, karbohidrat, yağ qrupu mineralları, kalsium, fosfor, sink, vitaminləri və s. qida elementləri var. Əzələ çəkisinin inkişafı və böyümə baxımından proteinə daha çox uşaqlar, gənclər və yetkin insanlar ehtiyac duyur.
Süd həzm sistemini nizama salır, böyümə və inkişafı dəstəkləyir, dişləri qoruyaraq çürüklərin qarşısını alır. Beynin inkişafında və işində faydalıdır.
Hüceyrə və toxuma əmələ gəlməsində və bərpasında effektlidir. Sümüklərə və immunitet sisteminin güclənməsinə kömək edir.
Mütəxəssislərin fikrincə kalsium qəbulu və böyümə arasında xətti əlaqə var. Hər gün süd içən uşaqlar və gənclər, südü az içənlərə nisbətən daha hündür və uzun boylu olur. Bu səbəbdən hərtərəfli inkişaf üçün uşaqlara lazımi miqdarda süd verilməlidir. Nizamlı olaraq gündə ən azı bir stəkan süd içmək lazımdır.
Süd məhsulları uşaqlarda mücərrəd düşüncə, problem həll etmə, yaddaş, diqqət, konsentrasiya kimi zehni qabiliyyətlərin inkişafı baxımından da vacibdir.
Süd içən uşaqların içməyən uşaqlarla müqayisədə südün müvəffəqiyyətli olmağa kömək etdiyi müəyyən edilmişdir.
Məlumata görə ibtidai məktəb çağındakı bir uşağın gündə ən azı 500 ml, yəni iki su stəkanı süd içməsi ideal hesab olunur.
Bundan əlavə süd məlhəm olaraq da istifadə edilir.Yaraların tez bağlanmasına yardımçı olur.


Tarix: 21.01.2015 / 13:39 Müəllif: Aziza Baxılıb: 50 Bölmə: Qidalanma və Dieta
loading...