Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fastfood qidalar astma riskini artıra bilər

Qaradəniz Texniki Universiteti (KTÜ) tibb fakültəsi uşaq sağlamlığı və xəstəlikləri sahəsində fəaliyyət göstərdiyi bildirilən müəllim və professor həkim Əli Baki, həddindən artıq şokolad yeməyin, kakaolu qidalardan istifadənin, kolalı içkilər içməyin, kartof qızartması, cips, ketçup, mayonez, tərkibində sıx ədviyyat olan fast food qidalarla qidalanmağın astma riskini artırdığını söyləyib.
Baki, uşaqların qidalanmasında son illərdə getdikcə yayılan, heç bir bəsləyici dəyəri olmayan bəzi qidaların zaman keçdikcə astma riskinin inkişafına səbəb olduğunu da ifadə edib.
Uşaqlarda görülən astmanın qidalanmaya bağlı olaraq artım göstərdiyini ifadə edən Baki, ''Dünyada fast food qidalarından istifadənin gedərək yayıldığını söyləyib.
Almaniyanın Ulm Universitetindən Gabriele Nagel'in etmiş olduğu araşdırma mövzularının diqqət çəkici olduğunu yazan Baki, bir sıra məlumatlara diqqət çəkərək bildirib ki, ''20 ölkədən 8-12 yaşları arasındakı 50 min uşaq üzərində aparılan iş sayəsində, həftədə bir və ya daha çox hamburger yeyən uşaqlarda heç yeməyənlərə görə astma riski çoxdur. Həftəlik olaraq yeyilən hamburger sayı 3 və ya daha çox olduqda asma riskini 40% nisbətində artırdığını da bildirib. Onun sözlərindən oda aydın oldu ki, kənddə yaşayan uşaqlarda, şəhərdə yaşayanlara nisbətən astma daha az müşahidə edilib.


Tarix: 21.01.2015 / 13:02 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: Qidalanma və Dieta
loading...