Qatıq hüceyrələri gücləndirir
Qatıq, xəstəlik və infeksiya ilə mübarizədə rol oynayan T hüceyrələrini daha güclü və aktiv bir hala gətirdiyi, içindəki dost bakteriyaların isə mikroblarla döyüşərək immunitet sistemini gücləndirdiyi bildirilir. Qatığın insan sağlamlığı baxımından müxtəlif faydaları vardır.
Vyana Universiteti tərəfindən qatığın immunitet sistemi üzərinə təsiri ilə əlaqədar aparıldığı bildirilən bir araşdırmada, gün ərzində 3-4 boşqab qatıq yeməyin, immunitet sistemi üçün əhəmiyyət daşıdığı qeyd olunur.
Qatığın həzm baxımından kalsium və protein miqdarını yüksəltdiyi də bildirilir. Daha çox isə evdə mayalanmış qatıqdan istifadənin uyğun olduğu göstərilir.
Tarix: 21.01.2015 / 13:01 Müəllif: Aziza Baxılıb: 53 Bölmə: Qidalanma və Dieta
loading...