Pəhriz saxlamaq bir o qədər asan deyil. Bunun üçün güclü iradə sahibi olmaq lazımdır. Bu sahədə çətinliyi olanlar pəhriz içkilərindən başlaya bilərlər.
Sadə pəhriz üsullarından biri olan maye qəbulu pəhriz saxlayanlar üçün vacibdir. Pəhriz içkilərinə yağlılığı çox olmayan süd, adi və mineral sular, tərəvəz suları, kofe və çay kimi içkilər daxildir:
Süd
Südün tərkibində zülal olduğundan toxluq hissini təmin edir və maddələr mübadiləsini sürətləndirməyə faydalııdr. Süddə olan kalsium mineralının nizamlı alınması göbək ətrafında meydana gələn artıq yağlanmalara təsir göstərir.
Tam yağlı südlərə görə daha az kalorisi olan südün tərkibində doymuş yağ və xolesterol var. Gündə 2 stəkan süd içmək sümük sağlamlığına faydalıdırdır.
Yağlılığı çox olmayan süd artıq çəki probleminə kömək edir.
Adi və mineral sular
Adi su: Əvvəla onu qeyd etmək lazımdır ki, su pəhriz üsulları arasında vacib olanıdır. Uzun müddət toxluq hissi ilə bərabər insan orqanizmində maddələr mübadiləsini sürətləndirməyə kömək edir. Onuda qeyd etmək lazımdır ki, bədəndə qeyri-kafi mayenin olması orqanizimdə müxtəlif problemlər yaradır və maddələr mübadiləsini yavaşladır. Qəbizlik probleminin həll yollarından biri olan su, bədənin şişkin olmasının qarşısını alaraq qan dövranının düzgün olmasını təmin edir. Bütün bu müsbət təsirləri ilə yanaşı zəifləmə əsnasında bədənə yığılan zərərli elementlərin bədəndən uzaqlaşdırılmasını təmin edir. Bu baxımdan pəhriz tutarkən gündə ən az 1.5 litr su içmək tələb olunur.
Mineral su: Bu su tərkibində olan minerallar ilə sağlamlığı qorumağa və inkişaf etdirməyə kömək edir. Eyni zamanda çoxlu qida qəbulunda faydalıdr.
Lakin hipertəzyiqi olan xəstələrin mineral sulardan içməsi məsləhət görülmür.
Tərəvəz suları
Kalorisi aşağı olan və toxluq hissinə köməkçi olan tərəvəz suları pəhriz saxlayanlar üçün ideal hesab olunur. Tərəvəz suları tərkibində olan vitamin, mineral və antioksidantlarla insan orqanizminə yaxşı təsir göstərir. Bəzi növlərində natrium yüksəkdir. Bu baxımdan hipertəzyiqi olan xəstələrə tərəvəz sularından çoxlu içmək məsləhət görülmür.
Kofe
Gündə 3-4 fincan kofe içmək konsentrasiyanı gücləndirməklə maddələr mübadiləsini sürətləndirməyə kömək edir. Yüksək xolesterol və hipertəzyiq xəstələrinin gündə 1 fincan kofe içməsi məsləhət görülür.
Çaylar
Yaşıl çay: Tərkibində olan kate maddəsi ilə maddələr mübadiləsini sürətləndirməyə kömək edir və yaşlanmanı gecikdirir. Gündə 2 fincan istifadə etmək lazımdır. Reflüksu və ya hipertəzyiqi olanlar üçün uyğun deyil.
Meyvə çayları: Bu çayların iştah azaldıcı təsirləri var. Meyvə çayları kalori xərci olmayan içki növüdür. Pəhriz saxlayanlar üçün qida rasionunda olması problem deyil.
Tarix: 21.01.2015 / 17:25 Müəllif: Aziza Baxılıb: 112 Bölmə: Qidalanma və Dieta