Məlumata görə Türkiyədə Erciye universiteti tibb fakültəsinin baş dietoloqu kimi fəaliyyət göstərən Sunay Kütük, çox meyvə istifadəsinin doğru olmadığını ifadə edib.
Yay mövsümündə bədənin su ehtiyacının qarşılanması üçün meyvə qəbulunun faydalı olmasına baxmayaraq həddindən artıq istifadə düzgün deyildir.
Onun sözlərinə görə yay dövründə dəyişən qidalanma vərdişləri sayəsində çoxlu meyvə qəbulu artıq çəkinin formalaşmasına səbəb olur.
Karbohidrat və şəkər baxımından zəngin olan meyvələrin qəbulundan sonra hərəkətsiz qaldıqda yağa çevrilir. Bu da həddindən artıq çəkini özü ilə gətirir.
Eyni şəkildə yayda gecə saatlarında yemək yeyilməsi də artıq çəkiyə təsir edir. Yatmazdan ən az iki saat əvvəl kalorisi aşağı olan qidalar istifadə edilməlidir.
Yeməkdən sonra çay içildikdə isə ümumiyyətlə meyvə qəbulu məsləhət bilinmir.
Tarix: 21.01.2015 / 13:30 Müəllif: Aziza Baxılıb: 33 Bölmə: Qidalanma və Dieta