Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kivinin möcüzəvi xüsusiyyətləri

Məlumata görə kivi meyvəsi vitamin, flavonoid və minerallar baxımından zəngindir. Bütünlüklə isə kivi C vitamini mənbəyi hesab olunur.
Bir günlük alınması lazım olan C vitamininin məhz kividə olduğu bildirilir. Kivi meyvəsinin tərkibində C, E, və A vitamini olduğundan bədənimizi qoruduğu sübut edilmişdir. Bir sıra yapon alimləri hesab edirlər ki, kivi qədər faydalı ikinci meyvə yoxdur. Onlar bir çox qida maddələrini, meyvələri tədqiq edərək, kivinin tərkibinə görə portağal, limon, almanı da üstələdiyini aşkar ediblər.
Alimlərin fikrincə kivi yüksək antioksidant xüsusiyyətlərə malik olduğundan bir çox təhlükəli xəstəliklərin inkişafının qarşısının alınmasında mühüm rol oynayır.
Kivi meyvəsinin aktinida (yemişan) ilə birlikdə istifadə edildikdə isə xolesterinə kömək etdiyi bildirilir.
Bunun kiviylə bəslənən və yüksək xolesterini olan siçanlar üzərində aparılan təcrübələrdə müəyyən olunduğu bildirilir.

Digər faydalarına isə aşağıdakılar daxildir:

• Astmanın qarşısını almağa kömək edir;
• Xüsusilə uşaqlarda asqırma və öskürməni azaldır;
• DNT mutasiyalarına mane olur;
• Bol miqdarda antioksidant və vitamin saxlayır;
• Yüksək lif xüsusiyyəti sayəsində təhlükəli xəstəliklərə qarşı bədəni qoruyur;

Kivi və ya aktinidanın təkcə sağlamlıq üçün deyil, bəzən dekorativ məqsəd üçün də becərildiyi bildirilir.


Tarix: 21.01.2015 / 13:20 Müəllif: Aziza Baxılıb: 28 Bölmə: Qidalanma və Dieta
loading...