Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu meyvələr "dərman" kimidir

Yay meyvələrinin insan sağlamlığı baxımından nə qədər əhəmiyyətli olduğunu bilirik. Xüsusilə istilərə görə bədənin müqavimətini artırmaq üçün bol-bol meyvə istifadə etmək lazımdır.
Albalı: C vitamini baxımından zəngin bir meyvə hesab olunur. Onun tərkibində B1, B2, B5 vitaminləri, maqnezium və kalsium da olur. Albalının ağrı kəsici xüsusiyyəti də var.
Üzüm: Bədəni zərərli maddələrin təsirlərinə qarşı qoruyur. Qan azlığının müalicəsində təsirlidir. Yüksək təzyiqə nəzarət etməyə köməkçi olur. Ürək və s. xəstəliklərə qarşı qorumanı təmin edir.
Şaftalı: Tərkibində bol miqdarda A və C vitaminləri var. Su, mineral duzlar və şəkər baxımından zəngin olduğu bildirilir. Qəbizliyi aradan qaldırmağa da kömək göstərir. Həzmi asanlaşdırmağa, sidik yollarını təmizləməyə kömək edir. Öd kisəsi və böyrəklər üçün faydalıdır.
Qarpız: Qarpızın tərkibində olan laykopen maddəsi xəstəliklərə qarşı qoruyucudur. Verilən məlumata görə A və E vitaminlərindən daha təsirlidir.
Qovun: Tərkibində bol miqdarda B vitamini, brom və yod olan bu qida əsəblərə də kömək edir. Həmçinin asan bir yuxu təmin etdiyi də bildirilir. Damar tıxanmaları və qan azlığı üçün təsirli hesab olunur.
Moruq: Yaşlılıqdan qaynaqlanan yaddaş itkilərinə qarşı çox təsirlidir. İshal önləyici, yara müalicə edici və ayaq yorğunluğuna yaxşı gəlir. Ayrıca, gözəllik qaynağı olaraq bilinir.
Çiyələk: Tərkibində bol miqdarda A, B1, B2, C və K vitamini, zülal, şəkər, meyvə turşusu, dəmir, fosfor, natrium, kalsium və kalium olduğu bildirilir.
Ərik: Beynin nizamlı işini təmin etməyə, stressi azaltmağa kömək edir. Qaraciyərin sıradan çıxan hissələrini təmir edir. Sümüklərin və dişlərin daha düzgün və möhkəm olmasında əhəmiyyətli rol oynayır. Qan yaranmanı artıraraq, qan azlığına mane olduğu bildirilir. Həmçinin cinsi gücü artırmağa da kömək edir.
Alça: Həzm sistemi üzərində müsbət təsiri var. Yaxşı bir antioksidant və C vitamini qaynağı olaraq ürəyin dostu hesab olunur.


Tarix: 21.01.2015 / 13:28 Müəllif: Aziza Baxılıb: 88 Bölmə: Qidalanma və Dieta
loading...