Sağlam meyvələrdən bəhs edərkən bananda olan kaliumun digər meyvələrə nisbətən çox olmasından, orqanizmə daha çox fayda verməsindən və digər vacib xüsusiyyətlərindən ətraflı danışmaq lazımdır. Beləki, təzyiqi aşağı salmaq, ürəyi aritmiyalardən qorumaq, əzələ gücsüzlüyünün azaldılması kimi xüsusiyyətləri və onlarla faydası vardır. Bu məlumatlar həkim Prof. Osman Müftüoğlunun banana dair yazısından alınan qiymətli qeydlərdə öz əksini tapıb.
Yuxu dərdiniz varsa, təzyiqiniz balanslı deyilsə, əhvalınız yoxdursa və böyrək dərdiniz varsa banan sizlərə bu sahədə köməkçi olacaq.
Banan yemək sizi həqiqətən xoşbəxt edəcəkdir. Bananın tərkibində olan yüksək miqdarda serotonin beyində yalnız yaxşı hisslər (kef və s) formalaşdırımır, eyni zamanda daha yaxşı ünsiyyətdə olmağınızı təmin edir. Onuda qeyd etmək vacibdir ki, banan yeyənlər həddindən artıq iti düşünmə qabiliyyətinə malik olurlar. Banan, tez qərar verməyə, konsentrasiya və s. məsələlərdə insanlara kömək edir. Banan yorğunluğu və sinir zəifliyini də aradan qaldırır. Gündə 2 banan təzyiqi qaydaya salır. Bir bananda ortalama 400-450 mg kalium vardır. Kalium isə hər şeydən əvvəl ən əhəmiyyətli həyati minerallardan biridir. Təzyiqi salmaq və balanslaşdırmaqla bərabər son dərəcə əhəmiyyətli vəzifələri yerinə yetirir. Yaxın zamanda edilən bir tədqiqatda gündə iki banan qida rasionuna əlavə edən yüngül hiper təzyiqli insanların çoxunda hiper təzyiq dərman istifadə etmədəndə balanslaşdırılır.
Potasyumdan zəngin olma xüsusiyyəti olan banan ürəyi aritmiyalardan qorumanı, əzələ gücsüzlüyünün azaldılmasını, əzələ-sinir əlaqəsini yaxşılaşdırmağı təmin edir.
Bananda bir çox vitamin də var. Amma xüsusilə bol olan vitaminlərin başında B6 gəlir. Bilindiyi kimi B6 vitamini sinir sisteminin sağlamlığı xüsusilə stressə qarşı mübarizəsi üçün çox əhəmiyyətli təbii maddələrdən təşkil olunub. Bu səbəblə 'Stressə qarşı banan' qəbul etmək daha effektivdir. Sabahla günorta aralığında qəbul edəcəyiniz bir bananla daha kefli, sakit və stressiz bir gün keçirəcəyinizə əmin ola bilərsiniz.
Bilindiyi kimi bir çox xərçəng növü var. B6 vitamini ilə zəngin quruluşlu banan yaxşı bir xərçəng müdafiəçisidir. Xüsusilə qalın bağırsaq və rektumdan ibarət xərçənglə böyrək xərçənginə qarşı qorunmada banan olduqca təsirlidir.
Bir tədqiqat sübut edib ki, həftədə dörd banan yeyənlər böyrək xərçəngi riskini 50% azaldır.
Bir başqa tədqiqtada isə B6 vitamini ilə zəngin qidalanma qalın bağırsaq və rektum xərçəngi ehtimalını demək olar ki, 100% azaldır.
Banan həmdə bağırsağın funksiyalarını balanslaşdırır. Qəbizliyə və ishala olduqca yaxşı təsir göstərir. Ayrıca bağırsağın probiotik gücünü artırdığı və immunitet sistemini də gücləndirdiyi məlumdur.
Bananda B1 vitamini ilə yanaşı C, D və E vitaminləri ilə zəngin olan fol turşusu var.
Digər meyvələrlə müqayisədə dəmir və maqneziumdan da zəngin bir quruluşu var. Vitamin və mineral məzmunu çox meyvəylə müqayisə olduqca artıqdır. Bananın mədəyə çox böyük faydaları var. Reflüsü və xorası olanlara xüsusilə ara paylarda banan tövsiyə edilir. Banan, bitki mənşəli zülal baxımından da güclü bir meyvədir.
Banan cinsi gücə də müsbət təsir göstərir. Ancaq bir bananda ortalama 100-125 kalori olduğunu düşünsək bu artıq çəkidən azad olmaq istəyənlərə o qədər də problem törətməyəcək.
Tarix: 21.01.2015 / 12:41 Müəllif: Aziza Baxılıb: 73 Bölmə: Qidalanma və Dieta