Çox kofe içmək süd vəzisini kiçildir
İsveçdə fəaliyyət göstərən The Local qəzetində dərc olunan bir xəbərə görə: İsveçin şimalında yerləşən Lund Universitetinin professoru onkoloq Helena Jernstrom
apardığı bir araşdırmada həddən artıq çox kofe içən qadınların döşlərinin balacalaşdığını iddia etmişdir. O, bu vəziyyətin yalnız qadınlarda mövcud olan bir genin
təsiri nəticəsində olduğunu söyləyib. Gündə 3 fincan kofenin xərçəng risqini azaltdığını söyləyən Dr. Helena Jernstrom həmçinin kofenin süd vəzi xərçəngi risqinidə azaltdığını lakin bununla yanaşı çox kofe içdikdə döşlərin kiçilməsi ilə nəticələndiyini bildirmişdir.
Onun 270 qadın üzərində aparılan bu araşdırması “British Journal of Cancer” jurnalında dərc olunmuşdur.
Tarix: 21.01.2015 / 11:32 Müəllif: Aziza Baxılıb: 31 Bölmə: Qidalanma və Dieta
loading...