"Eşqimə hər qədri göstərsən də sən biganəlik"
Eşqimə hər qədri göstərsən də sən biganəlik,
Eylərəm ey şəmüzarım hüsnünə pərvanəlik.
Dönməz eşqindən mənim qəlbim deyildir çünki qəlp,
Eşq ayarıylan vurulmuşdur ona mərdanəlik.
Gözlərin könlümdə məskən tutduğundan bilmişəm,
Kim həramilər yatağı, həqq imiş viranəlik.
Nazü qəmzən kim sənin dil anlamır qanmazdır,
Başqa ağlım yox, mənə nöqsan deyil divanəlik.
Bağlama əğyarə bel, uyma rəqibin qövlünə,
Onda vardır yağlı dil, bunda quru fərzanəlik.
Zahidi sərməst ilən qovğadə gördüm, haqq üçün,
Aşiqəm huşyarlıq var məndə, həm məstanəlik.
Ey Mücahid, ol sənəm çəkdirməyincə hicr ilən,
Vardı şerində nə kamillik, nə də dürdanəlik.
Tarix: 31.03.2013 / 17:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 105 Bölmə: Qezeller
loading...