Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏRİMİZİN (s.a.s) İşçi həyatı

İşçi həyatı

Bilindiyi kimi Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) yetim olaraq doğuldu, sonra babası və əmisinin himayəsində oldu. Atasından özünə varlı edəcək bir mal qalmadı. İşləyə bilən hala gəldiyi zaman Səd oğulları arasındaykən, digər süd qardaşlarıyla birlikdə qoyunları otardı. Məkkəyə qayıtdıqdan sonra dabu işini davam etdirdi və bir neçə quruş (qiyrat) qarşılığında Məkkə xalqının qoyunlarını otarmağa başladı. İndiki pul ilə on reala (real- Ərəb pul vahididir) yaxın qarşılıq alırdı.

Qoyun otarmaq, yəni çobanlıq, Peyğəmbərlərin həyatlarının başlanğıcında etdikləri bir iş, bir sünnə olmuşdur. Allah (Cəllə Cəlaluhu) ona peyğəmbərlik nəsib etdikdən sonra da Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) belə buyurmuşdur : «Heç bir peyğəmbər yoxdur ki, çobanlıq etməmiş olsun.»

Gənclik çağında da ticarətlə məşğul olmuşdur. Saib b. Əbu Saib ilə ortaqlıq etmiş və ortağını olduqca məmnun etmişdir.

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) davranışlarında ehtiyatlılığı ilə bilinirdi. Etibar olunan, düzgün və iffətli bir şəxs olaraq tanınmışdır. Həyatın bütün sahələrində də beləydi. Ona "etibarlı" (əl-Əmin) ləqəbini vermələri də bu səbəbdəndir.


Tarix: 03.05.2013 / 19:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 58 Bölmə: Maraqlı melumatlar
loading...