Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qeybət barədə xüsusi bir suala İbn Bazın verdiyi faydalı cavab

Sual: Əs-salamu aleykum va rahmətullahi və bərəkətuhu.

Mən öz-özümə çox danışıram, xasiyyətim belədir və bunu tərk edə bilmirəm. Mən təkcə öz-özümə kiminsə xoşlamadığı bir şeyi danışsam bu qeybətdən sayılırmı? Mən bu barədə heç kəsə söyləmirəm, əksinə sadəcə özüməm.

Cavab: Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Qeybət- qardaşını xoşlamayacağı bir şeyi ilə yad etməkdir.” Odur ki, Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) kəlamından bəlli olur ki, burada qeybət ümumi mənada işlənir, istər tək, istərsə də camaatla olduğunuz zaman qardaşınızdan onun xoşlamayacağı bir tərzdə söz açırsınızsa bunların hamısı qeybət sayılır. Ona görə də, sizə məsləhətim budur ki, bundan həzər edin və tək olduqda özünüzü susmağa alışdırın. Yalnız Allah Azzə və Cəlləni zikr etməklə məşğul olun. İnsanlardan danışmayın. Rəbbinizi yad edin, Allahı zikr etməklə məşğul olun. Məsələn: Sübhənallah, Əlhəmduillləh, Lə iləhə illəllah, Vallahu Əkbar, Rabbiğfirli. İnsanlarla işiniz olmasın. Allah Sübhənahu və Təalanı zikr edərək, Ondan bağışlanma diləyərək və Ona dua edərək özünüz üçün edəcək kifayə qədər işiniz var.


Tarix: 03.04.2013 / 22:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 131 Bölmə: Maraqlı melumatlar
loading...