Sual: Salehlik yoluna təzə qədəm qoyan gəncə nə nəsihət edirsiniz?
Cavab: Həmd Allaha məxsusdur.
Doğru yol ilə gedən bu gəncə bizim nəsihətimiz inşəAllah budur:
1. Onu sabit-qədəm etməsi və doğru yolda tutması üçün həmişə Allaha dua etsin;
2. Xeyli Quran oxusun və ayələrin mənaları üzərində təfəkkür etsin, çünki bu Quranın qəlbin üzərində böyük təsiri vardır. Bir insan Qurani diqqətlə oxuyarsa və ayələrin mənaları üzərində düşünərsə ona böyük təsiri olar;
3. İbadət əməllərini müntəzəm şəkildə sıxılmadan, bezmədən və yaxud tənbəlliyə yol vermədən etməyə cəhd etsin. Çünki Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) acizlik və tənbəllikdən Allaha sığınardı;
4. Yaxşı insanlar ilə dostluq etməyə və pis yoldaşlar ilə dostluq etməkdən uzaq durmağa çalışsın;
5. Nəfsi ona təsir etməyə başladıqda özünə nəsihət edərək belə söyləsin: Məsafə uzaq yol isə uzundur. Özünə sabit-qədəm olmağı təlqin etsin. Çünki Cənnətə gedən yol məşəqqətlər, çətinliklər ilə əhatə olunub, Cəhənnəm isə həva, istək, şəhvətlər ilə əhatə olunub;
6. Pis dostlardan uzaq dursun. Hətta dostluq etdiyi kəslər islamdan öncə onun dostları olsalar belə. Çünki pis dostlar ona mənfi istiqamətdə təsir edəcəkdir. Elə bu səbəbdəndir ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Pis dostun bənzəri körük işlədənin bənzəridir, o ya sənin paltarını yandıracaq, ya da onun pis qoxusundan sənə dəyəcəkdir.” Sitatın sonu.
-------------
Şeyx Muhəmməd ibn Üseymin, Allah ona rəhmət etsin
Tarix: 11.04.2013 / 20:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 74 Bölmə: Maraqlı melumatlar