Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müqəddəs Ərdəbili

Müqəddəs Ərdəbili - Hicri təqvimi ilə 10-cu əsrdə anadan olub.

Əhməd ibn Məhəmməddir. O, əhlibeyit (ə) aşiqi ailəsindən idi. Bir çox elmi mərhələləri ələ gətirdikdən sonra elm və mərifətini artırmaq məqsədi ilə Nəcəf əşrəfə səfər etdi. Orada müttəqilərin ağası həzrət Əli ibn Əbitalibin (ə) aramgahının kənarında əlm və mərifəti mənimsəməyə məşğul oldu.

O ustad seyyid Əli Saiğin və digər ustadların biliklərindən istifadə edərək hədis və fiqh elimlərini öyrəndi. Seyyid Əli Saiğ mərhum Şəhid Saninin seçilmiş şagirlərindəndir ki, ustadın ona çox məhəbbəti var idi. O həmişə, bütün ömrü boyu elm axtarışında idi. Hər bir yerdə bir alimin olmasından xəbərdar olsaydı, onun xidmətinə gedər, elm və mərifətindən istifadə edərdi. Bu səbəbdən bir müddət məşhur alim və filosof Cəmaləddin Məhmudinin məhzərindən istifadə etməq məqsədi ilə Şiraza səfər etdi. Bir müddət onun yanında qalıb əqli elmləri mənimsədi. O, təqvada və elmi araşdırmalarda elə bir dərəcəyə yetişdi ki, "Müqəddəs" və "Mühəqqiq" ləqəbləri ilə məşhur oldu.Mündəricat
1 Dahilərin nəzərində
2 Müqəddəs Ərdəbili və Səfəvi sarayı
3 Nəcəf elmi hovzəsinin dirçəldicisi
4 Müqəddəs Ərdəbilinin davranışları
5 Vəfatı
6 Tədris kürsüsündə
7 Əsərləri
8 İstinadlar


Dahilərin nəzərində

Müqəddəs Ərdəbili bir çox alim və fəqihlər tərəfindən hörmətlə qarşılanmışdır. Onunla eyni dövrdə yaşayan seyyid Mustafa Təfrəşi (تفرشی) belə yazır: "Əzəmət, etibar və əmanətdə çox məşhur və təsəvvürr olunmaq dərəcəsindən çox- çox ucadır. O öz dövrünün ən alicənab, ucaməqamlı və təqvalı idi."

Dinin böyük şəxsiyyətlərindən olan Şeyx Hür Amuli belə yazır: "Şeyx Bəhai ilə bir dövrdə yaşamış Əhməd ibn Mühəmməd Ərdəbili bilikli alim, ibadət edən mühəqqiq, inamlı, təqvalı, əzəmətli və uca məqamlı olmuşdur." Əllamə Məclisi yazır: "Mühəqqiq Ərdəbili təqva, müqəddəslik, fəzilət və zahidlikdə son dərəcəyə yetişmişdir. Keçmiş və indiki alimlər arasında belə bir böyük şəxsiyyəti tanımıram ..." Mühəddis şeyx Abbas Qumi yazır: "Mühəqqiq1 Ərdəbili adı ilə məşhur olan hörmətli və şöhrətli şeyx, ilahi alim, elm, fəzilət, ibadət, təqva və kəramətdə elə bir dərəcəyə yetişdi ki, təsəvvür etmək olmurdu ..."

Müqəddəs Ərdəbili və Səfəvi sarayı

Səfəvi padşahları dini, siyasi dəlillərə əsasən öz mövqelərini qorumaq, fəqih və alimlərin göstərişlərinə boyun əyən şiə cəmiyyətinin himayəsindən istifadə etmək məqsədilə din alimlərinə ehtiram edərək onlarla müxtəlif işlərdəməsləhətləşirdilər. Digər tərəfdən alimlər də bu şəraitdən istifadə edərək şiə məktəbinin inkişafı və yayılması üçün çoxlu işlər görürdülər. Həqiqətdə alimlərlə Səfəvi şahları arasında olan əlaqənin şiə məktəbinin genişlənməsi və inkişaf etməsində mühüm rol oynaması inkar olunmazdır. Bu işin rəsmi şəkildə yayılması və şiə əqidələrinin təbliğinə səbəb oldu. Mühəqqiq Sani, Şeyx Bəhai və Əllamə Məclisi kimi böyük alimlər Səfəvi sarayının siyasətindən istifadə edərək şiə məzhəbinin təbliğ olunması və genişlənməsində islam və şiə aləminə bənzərsiz xidmətlər etmişlər. Ona görə də bu dövr şiə əqidələrinin genişlənməsi dövrlərindən sayılır. Müqəddəs Ərdəbili Səfəvi sarayı ilə əlaqə yaratmaqla şiə məzhəbinin genişlənməsi və şiələrin problemlərinin həllində çoxlu zəhmətlər çəkmişdir. Baxmayaraq ki şah Abbas Səfəvinin Nəcəf şəhərini İrana hicrət etmək məqsədi ilə tərk etməsi istəyini rədd etdi, şiələrin məsləhəti yolunda daimən Səfəvi sarayına məsləhətlər verərdi. Tarix həmin hadisələrdən bəzilərini qeyd etmişdir, o cümlədən, qeyd ediblər ki, bir zaman Səfəvi sarayının xidmətçilərindən biri şah Abbasın qəzəbinə düçar olmuşdu və həmin şəxs Müqəddəs Ərdəbiliyə pənah aparmışdı. Müqəddəs Ərdəbili onun günahından keçməsi üçün şaha bir məktub yazaraq ona verdi. Məktubun məzmunu belədir: "Müvəqqəti mülkün banisi Abbas! Bil ki, baxmayaraq bu kişi əvvəl zalim olub, indi məzlumdur. Əgər onun təqsirindən keçsən, ola bilsin ki, Allah təala sənin təqsirlərinin bir qismindən keçər. Vilayət şahının bəndəsi Əhməd Ərdəbili" Bu heyrətamiz məktubda tərif olunmamışdır və Müqəddəs Ərdəbili onda özünü şahın xidmətçilərindən deyil imam Əlinin (ə) davamçısı və qulamı ünvanında tanıtdırmışdır. Şah Abbas gecikmədən Müqəddəs Ərdəbilinin göstərişini icra edir və cavab olaraq bu ünvanda məktub yazır;

"Xidmətinizə çatdırıram Abbas buyurduğunuz göstərişləri canla başla qəbul etdi. Diqqətinizə çatdırıram ki, bizləri xeyir dualarında unutmayasınız. Əli (ə) qapısının iti-Abbas"

Nəcəf elmi hovzəsinin dirçəldicisi

İllər boyu təqva və pərhizkarlıq əsasında aparılan təhqiqatlar və təhsil nəticədə Müqəddəs Ərdəbilini bənzərsiz alim və fəqihə çevirdi. O, çox keçmədi ki, şiə və Nəcəf elmi hovzəsinin rəhbərliyini öz öhdəsinə götürdü. Müqəddəs Ərdəbili təbliğ və elmi fəaliyyətlərə başlayan zaman Nəcəfdə çox az sayda şagird təhsil alırdı. Bu zaman başdan- başa pak niyyətə sahib olan bir şəxs qiyam edərək təqva əsasında bütün çatışmamazlıqların qarşısında durdu, təqva və səbrlə Nəcəf hovzəsinə yeni ruh bəxş etdi. Bu müqəddəs şəhəri elm və tələbələrin vətəni təyin etdi və elm arxasınca olanları bu şəhərə cəlb etdi. Ayətullah seyyid Həsən Sədr bu barədə yazır: "Müqəddəs Ərdəbilinin zamanında Nəcəf şəhərinə elmi səfərlər yenidən dirçəlməyə başladı. Elmi hovzə qüvvətləndi və camaat digər məntəqələrdən və şəhərlərdən ora üz tutdular və bu şəhər ən böyük elmi mərkəzə çevrildi."

Müqəddəs Ərdəbilinin davranışları

Müqəddəs Ərdəbili çox təvazökar bir insan idi və həmişə şagirdləri ilə ehtiramla davranar və onlara hörmət edərdi. Deyilənlərə görə Müqəddəsin şagirdlərindən olan şeyx Həsən təhsilini bitirdikdən sonra Lobnana qayıtmaq qərarına gəldi. Usatadının yanına gələrək ona nəsihət etməsini istədi. Müqəddəs Ərdəbili bi neçə hədis toplayıb vərəqlərə yazaraq ona verdi və hədislərin davamıda belə qeyd etdi: "Bu mətləbləri Allahın bəndəsi öz ağasına yazmışdır, ta onun göstərişlərini yerinə yetirə. Bu ümidlə ki, nəsihətə səbəb olar." Təlim və tədris işində xalis niyyətli olmaq Müqəddəs Ərdəbilinin aşkar xüsusiyyətlərindən biri idi. Nümunə olaraq aşağıda bir hadisəni nəql edirik. Müqəddəs Ərdəbilinin şagirdlərindən olan molla Abdullah Şuştəri bir məclisdə ustadından bir məsələ barədə sual edir. Müqəddəs Ərdəbili onun cavabını verir, amma şagirdi qani olmadıqda onlar arasında sual- cavab başlayır. Bir anlıq ustad sakit olduqdan sonra şagirdinə deyir: Bu məsələnin davamı sonraya qalsın, gərək kitaba müraciət edim. Sonra məclisdən qalxdı və şagirdinə onunla birgə bir yerə getməsini dedi. Məclisdən çıxdıqdan sonra Müqəddəs şagirdinə çox dərin və dəqıq bir cavab verdi. Şagird bu cavabdan qane oldu və heç bir şübhəsi qalmadı. Bu zaman şagird ustaddan soruşdu: Ustad, nə üçün bu gözəl cavabı həmin məclisdə açıqlamadın? Mühəqqiq buyurdu: Orada (məclisdə) camaat arasında olduğundan təkəbbürə və qürura səbəb olma ehtimalı var idi, amma burada təklikdə bu ehtimal yoxdur və yalnız Allah təala bizə nəzarətçidir. Məhrum və kimsəsizlərə kömək etmək Müqəddəs Ərdəbilinin digər gözəl və bəyənilmiş xüsusiyyətlərindən biri idi. Müqəddəs Ərdəbilinin kəramətləri Böyük arif və fəqih olan alimin həyatından çoxlu kəramətlər nəql olunmuşdur ki, burada onların bir nümunəsinə işarə edirik. Müqəddəs Ərdəbilinin şagirdlərindən olan Mirqulam adlı alim və təqvalı olan bir şəxs deyir: mən Əmirəl möminin Əlinin (ə) ziyarətgahında yerləşən mədrəsənin otaqlarının birində sakinləşərək elm öyrənməyə məşğul idim. Qaranlıq gecələrin birində mütaliəni bitirdikdən sonra otaqdan çölə çıxdım və ətrafı seyr edirdim. Təsadüfən bir nəfərin sürətlə günbəzə tərəf getdiyini müşahidə etdim. Öz-özümə həmin şəxsin oğru olduğunu düşündüm ki, hərəmin çıraqlarını oğurlamaq üçün gəlmişdir. Əlacsız yavaş-yavaş onu izləməyə başladım. Hərəmin qapısına tərəf getdiyini gördüm, bir anlıq dayandı və həmin an qapının qıfılı açılaraq yerə düşdü. Qapı açıldıqdan sonra həmin şəxs içəri girdi, həmən qayda ilə ikinci və üçüncü qapılar açıldı və imamın qəbrinin kənarına gedərək imama salam verdi, qəbrdən salamın cavabı verildi. Səslərindən eşitdim ki, elmi bir məsələ barədə İmamla (ə) söhbət edirdilər. Sonra ziyarətgahdan xaric olaraq Kufə məscidinə tərəf yola düşdü. Mən də onun arxasınca gizlincə hərəkət edirdim. Məscidə yetişdikdə mehraba yaxınlaşdı və yenidən həmin elmi məsələ barədə böyük bir şəxsiyyətlə söhbət edirdi. Cavabını aldıqdan sonra oradan çölə çıxdı, mən də onun arxasınca hərəkət edirdim. Şəhərin darvazasına yetişdikdə hava işıqlanırdı. Darvazadan çıxmadan öncə ən onu uca səslə səsləyərək dedim: Ey bizim rəhbərimiz! Mən işin əvvəlindən hər şeyi izləyirdim, mənə elmi məsələ barədə söhbət etdiyin o iki böyük şəxsiyyətlərin kim olduğunu deyin. Müqəddəs Ərdəbili mənim bu istəyimi eşitdikdə, məndən o həyatda olana kimi bu barədə heç bir şəxsə bir söz deməməyim barədə etiraf aldıqdan sonra buyurdu: Ey mənim övladım! Çox vaxt bir sıra məsələlər mənim üçün naməlum qalır, bu zaman gecələr Əmirəlmömininin qəbrinin kənarına gedir, bu məsələləri o həzrətə deyir və ondan cavab alıram. Bu gecə də belə bir məsələ üçün həzrətin yanına getdim və o həzrət məni İmam Zamanın (əc) hüzurunə göndərərək buyurdu: Övladım Məhdi (əc) Kufə məscidindədir, onun hüzuruna yetiş və sualının cavabını o həzrətdən istə. Kufə məscidində gördüyün o böyük şəxsiyyət həzrət Məhdi (əc) idi.

Vəfatı

Nəhayət Ərdəbil şəhərində islam səmasına ucalmış şiə aləminin günəşi hicrətin 993-cü ili rəcəb ayında Nəcəf şəhərində batdı. Baxmayaraq ki, o böyük alim cismi cəhətdən aramızdan getmişdir, amma onun müqəddəs ruhu və qiymətli əsərləri islam dünyasında nur saçır. O böyük alimin mübarək cəsədi İmam Əlinin (ə) hərəmində şiələr və o alimi sevənlər tərəfindən dəfn olunmuşdur.

Tədris kürsüsündə

Mühəqqiq Ərdəbili öz həyatı boyu şiə aləmi üçün böyük xidmətlər etmişdir. O yüksək dərəcəli elmləri ələ gətirdikdən sonra tam diqqət və hövsələ ilə şagirdlərə təlim verirdi. Müqəddəs Ərdəbili öz nəfsini təmizlədiyi kimi, hövzəvi dərslik kitablarında olan əlavələri dərslikdən çıxarırdı və faydasız mətləblərin təlim və tədrisindən çəkinirdi. O, öz pak qəlbi sayəsində öyük şiə cəmiyyətində elə şəxsiyyətlər tərbiyə etdi ki, onların hər biri islam aləmi üçün dəyərli alim və mühüm əsər sahibi oldular. Nümunə olaraq o böyük alimin bəzi şagirlərini adlarını qeyd edirik.
Şeyx Həsən (vəfat 1011 hicri qəməri), şəhid Saninin oğlu. (Məalimul üsul və əlmüntəfi kitablarının müəllifi)
Seyyid Mühəmməd (vəfat 1009 hicri qəməri), şəhid Saninin qız nəvəsi. (sahibi Mədarik)
Mirfeyzullah təfərşi
İnayətullah Kuhpayei. Bəzi rical kitablarının tərtibçisi.
Molla Abdullah Şuştəri (vəfat 1021)

Əsərləri

Ali dərəcəli Mühəqqiq Ərdəbili tədrislə yanaşı kəlam, fiqh, üsul və Əhli beytin (ə) yolu kimi mövzularda dəyərli kitablar yazmışdır ki, onlardan bəziləri aradan getmişdir. Burada nümunə olaraq onlardan bir qisminə işarə edirik.
İstinasul mənəviyyə (kəlam elmi barədə)
Bəhrul mənaqib.
Şərhi təcridə haşiyə.
Risaleye xəraciyə.
Zübdətul bəyan fi ayatil əhkam.
Mənasik həcc. (həcc əməlləri)


Tarix: 24.02.2013 / 17:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 580 Bölmə: Maraqlı melumatlar
loading...