Bu zamanda az evlər var ki, orada televizor və ya ekranlı digər məişət əşyaları olmasın. Bu əşyaların yalnız az bir hissəsi fayda verməklə məşğuldur. Əksər hallarda isə bunlar zərər verməklə, mənəviyyatı korlamaqla məşğuldur. Xüsusilə, müsəlman torpaqlarına geniş surətdə sirayət etmiş əxlaqsız və batil fikirlərin təbliği ilə məşğul olan filmlərin nümayişi belə cihazların istifadəsinin dini hökmü barəsində fikirləşməyə əsas verir.
Aşağıda bu filmləri seyr etməyin yaratdığı fəsadlar və zərərlər barəsində söhbət açılacaq. Biz inanırıq ki, Allahın razılığını qazanmaq və Onun qəzəbindən uzaq olmaq istəyən hər bir kəs bunlar barəsində fikirləşdikdən sonra evində dəyişklik aparmağa səy göstərəcəkdir.
Əqidə baxımından:
Televiziyalarda nümayiş etdirilən əksər filmlər və proqramlar küfr əhlinin batil şüarlarının və dini ayinlərinin təbliği ilə məşğuldur. Məsələn, xaç, Buddanın heykəli, müqəddəs hesab etdikləri məbədlər, sevgi, xeyir, şər ilahələri və bir çox dini simvolların televiziyada nümayişi xristianlığı təzim etmək və bu dini yaymaq xarakteri daşıyan missiyadır.
Sehrli əsanın və ya xaçın köməkliyi ilə ölünü dirildən səhnələrin yer aldığı bəzi belə filmlər yaratmaq, diriltmək və öldürmək kimi məsələlərdə Allahla bənzərlik xüsusiyyətinə malik olma kimi batil fikirlərin meydana gəlməsinə səbəb olur.
Televiziyalarda əksər hallarda tövhidin əksi olan sehrbazlığın, falçılığın, kahinliyin nümayiş etdirilməsi sadə xalq kütləsində bu kimi batil inanclara maraq yaradır.
Belə filmlərdə müqəddəs ata, keşiş, rahib və xəstələri müalicə edib yaxşı işlər gərən rahibələr kimi batil dinin nümayəndələrinə göstərilən hörmət müsəlman tamaşaçısının hisslərinə təzyiq göstərir.
Əksər xarici filmlərdə Allahdan qeyrisinə and içənlərin səhnələri yer alır.
Allahın yenilməz qüvvətə malik olmasında şübhə toxumları səpir. Həmçinin, həyatın təsviri Allahla insan arasında mübarizənin üzərində qurulur.
Əcnəbi film və verilişlərə tamaşa edənlərin qəlblərində Allahın düşmənlərinə qarşı rəğbət yaranır. Belə ki, tamaşaçı əcnəbi cəmiyyətlərdəki dünya gözəlliyini görüb onlara yaxınlaşmaq istəyir. Və müsəlman kafir konfliktini unudur. Bu da mədəniyyəti kölə halına salır.
Sosial baxımdan:
Filmlərdə kafir şəxsiyyətlərin qəhrəman kimi nümayiş etdirilməsi tamaşaçıda onlara qarşı heyranlıq yaradır.
Qətl, qəsbkarlıq kimi kriminal səhnələrin nümayişi cinayətə hərislik yaradır.
Cinayətkar qrupların və bandaların təşkili, türmə həyatı və cinayətkar aləmin filmlər vasitsi ilə əks olunması tamaşaçını həvəsləndirir.
Oğurluq, fırıldaq, kələk və cəmiyyətin inkişafına mənfi təsir göstərən günahların edilmə qaydaları öyrədilir.
Peyğəmbərin (s) hədisinə açıq-aşkar müxalif olan kişilərin özlərini qadınlara, qadınların da kişilərə oxşatması əcnəbi filmlərdə tez-tez nümayiş etdirilir. Belə filmlərdə kişilər pariklər taxır, qadın kimi səs çıxar, qadın geyimləri geyib, qadına aid bəzək əşyaları taxırlar. Həmçinin, qadınlar da bu sahədə kişilərdən geri qalmırlar. Onları kişiyə oxşamaq üçün süni bığdan, saqqaldan istifadə edirlər. Səslərini qalınlaşdırıb kişilər kimi danışırlar. Bu da cəmiyyətdə üçüncü cinsin inkişafını sürətləndirir.
Peyğəmbərlərdən, səhabələrdən, alimlərdən nümunə götürmək əvəzinə müğənnilər, aktyorlar və rəqqasələrə oxşamağın dəbi artır.
Ailədə məsuliyyət hissləri itir. Ailə üzvlərinin bir-birilərinə hörməti azalır. Əcnəbi filmlərdən örnək alaraq övladlar valideynlərə qarşı çıxır, valideynlərinə qarşı haqsız tələblər irəli sürülər. Halbuki, rəsulullah (s) buyurur: “Sən və sənin mülkün atanındır”. (Əbu Davud 3530 “İrvaul qarib” 3/323)
Filmlərə baxmaqdan və televiziya qarşısında davamiyyətli oturmaq ailəvi ziyarətlərin və qohumluq əlaqələrinin zəifləməsinə səbəb olur.
Tənbəllik yaradır, iş görmə qabiliyyətini azaldır, vaxtı səmərəsiz istifadəyə istiqamətləndirir.
Ərlə arvad arasında münaqişələrin yaranmasına səbəb olur, qarşılıqlı nifrət hissləri yaradır. Məsələn, kişi televiziyaya baxan zaman gördüyü qadındakı keyfiyyətləri aşkarcasına arvadına deyir. Qadın da eynilə ərinə belə münasibət göstərir. Nəticədə, arada nifrət yaranır.
Əcnəbi filmlərdə nümayiş etdirilən əsassız haqq iddiaları qadınların özlərini naməhrəm ünsürlərdən qoruma təfəkkürünə mənfi təsir göstərir.
Əxlaq baxımından:
Qadınların göstərilməsi kişilərdə, kişilərin göstərilməsi isə qadınlarda şəhvani hisslər yaradır.
Açıq-saçıq geyimlər geyinərək ayıb yerlərini göstərən qadınların televiziyalarda nümayişi abırlı insanların da geyiminə mənfi təsir edir.
Nümayiş etdirilən filmlərin əksəriyyətində iki cinsin nümayəndələri arasında tanışlıq əlaqələrinin qurulmasına çağırışlar var. Tanış olmaq, başlanğıcda nə etmək, münasibəti necə davam etdirmək, sevgi söhbətləri aparmaq və sair haram əməllər təbliğ olunur.
Filmlərdə nümayiş etdirilən zina səhnələri real həyatda da zinanın yaranmasına səbəb olur. Hətta, bəziləri belə filimlər nümayiş etdirilərkən onların etdiyi çirkin əməlləri təkrarlayırlar.
Qadınlara ayib yerlərini açıqda qoyan və kişiləri yoldan çıxardan rəqslər öyrədilir.
Televiziya qarşısında oturaraq filmlərin və verilişlərin aludəçisi olmaq şəxsiyyəti alçaldır. Komediya filmlərinə baxmaq isə qəlbdə fəsad törədən gülüş xəstəliyi yaradır.
Əksər filmlərdə istifadə olunan söyüşlər və ədəbsiz sözlər insanların gündəlik danışığına sirayət edir.
İbadət baxımından:
Gecə yarısına qədər televiziyaya baxmaq sübh namazını qılmaqdan məhrum edir.
Qəlbin seriallar və digər filimlərlə sıx bağlanması namazları vaxtında qılmağa mane olur. Xüsusilə, kişiləri məscidlərdə camaatla qılınan namazlardan uzaqlaşdırır.
Bəzi insanlarda istəmədən də olsa dini ayinlərə qarşı hirs yaranır. Həmin insanlar bəzən namazın vaxtı girdiyi zaman filmi yarımçıq tərk edib namaz qılmağa getdiklərinə görə pis olurlar.
Bəzi oruclu olanların savabını azaldır və ya bütünlüklə savabı əlindən alır.
Əksər hallarda xarici filmlər və telekanallar hicabı və çoxarvadlılığı tənqid edir.
Tarixi baxımdan:
Bəşəriyyət tarixini göstərən filmlərdə Islam tarixi saxtalaşdırılır, həqiqətlər gizlədilir, müsəlmanların əldə etdikləri nailiyyətlər heçə sayılır.
Zalımın məzlum kimi nümayiş etdirilməsi isbatını tapmış tarixi həqiqətləri təhrif edir. Yahudilərin dünya xalqları arasında ən adil xalq olduğunun nümayiş etdirilməsi tarixin təhrif edilməsinə ən bariz nümunədir.
Səhabələrin, İslam fatehlərinin və alimlərinin surətini canlandıran bəzi belə filmlər tamaşaçının gözündə İslam qəhrəmanlarını kiçiltmək xarakteri daşıyır. Əslində bu filmlər həmin şəxsiyyətləri bir vəhşi, acımasız insanlar kimi qələmə verir. Bu da tamaşaçıda yalnız şübhə toxumları səpir.
Müsəlmanları psixoloji məğlubiyyət altında saxlayır və qəlblərinə qorxu salır. Həqiqətən də kafirlərdə müasir hərbi texnikanın nümayiş etdirilməsi müsəlman tamaşaçısında yalnız məğlubiyyət hissləri aşılıyır.
Psixoloji baxımdan:
Qan, mərmi və odlu silahlarla dolu olan döyüş filimlərinin nümayişi tamaşaçıda qəzəb və nifrət hislərinin yaranmasına səbəb olur.
Qorxunc filmlərə baxanların qəlbində qorxu hissləri yaranır. Hətta, bəziləri baxdıqları qorxunc filmlərin təsiri altından çıxa bilməyib yuxudan qışqıraraq oyanır.
Reallıqda çox uzaq olan filmlərin nümayişi uşaqların təxəyyülünün formalaşmasına mənfi təsir göstərir. Bəzi multfilmlərdə və fantastik filmlərdə nümayiş etdirilən qeyri-reallıq prakrik həyatda insan psixikasına mənfi təsir edir.
Tibbi baxımdan:
Gözün görmə qabiliyyətinə xələl gətirir. Göz elə bir nemətdir ki, qul onun barəsində mütləq sorğu-sual ediləcəkdir.
Qorxu və qan olan filmlərə baxmaq ürəyin döyüntülərini sürətləndirir, qan təzyiqini və əsəb gərginliyini artırır.
Gecə səhərə kimi televizora baxmaq bədən rahatlığına ziyandır. Halbuki, insan Qiyamət günü onun barəsində də sorğu-sual ediləcəkdir.
Uşaqlar supermen, telminator, rembo və sair film qəhrəmanlarını yamsılayarkən zədə almaları, yıxılmaları və yaralanmaları bu filmlərin təsirindəndir.
Maddi baxımdan:
Bu cür cihazların, kasetlərin və sair əşyaların alınması cibə də ziyandır. Qul qazandığı pul barəsində də sorğu-sual olunacaqdır.
Bir məsələyə müxtəlif aspektlərdən yanaşmaq, ziyanlarını bir-bir bəyan etmək günahdan çəkindirməyin ən gözəl yoludur. Buna görə də biz bu məsələyə məhz bu tərzdə yanaşdıq ki, hər şey bəyan olsun!
Tarix: 17.04.2013 / 13:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 446 Bölmə: Maraqlı melumatlar