İslamın bu məsələdə dünya miqyasında bir iman qardaşlığına nə dərəcədə əhəmiyyət verdiyini çox yaxşı bir şəkildə anlayırıq. Bu bölümdə isə, bu İslam qardaşlığının fərqlərindən bir qismini təqdim etməyə çalışacağıq .
İslam qardaşlığının xüsusiyyətlərindən bəzilərini bu şəkildə məzmunlara ayırmağımız mümkündür:
1 – Mənbəsinin Ucalığı.
İslam qardaşlığının möminlərin qəlbləri arasındakı əlaqəsi Allah (c.c) tərəfindən . Həqiqətən də, buna işarə olaraq bu ayədə deyilmişdir: ”Allah onların qəlblərini birləşdirdi. Əgər sən yer üzündə olanların hamısını sərf etsəydin belə, onların qəlblərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi.” (Ənfal-63)
Bu təməl üzərində İslam qardaşlığının kamilləşməsi üçün bəzi bəşəri cəhdlər də olmuşdur. Ancaq bu an üçün bu cəhədlərlə Allahın bütün insanlar üçün qoyduğu sevgi və qardaşlıq əlaqələri arasında müqayisələr etmək niyyətində deyilik. Çünki, İslami anlayış özündə bir çatlaqlıq ilə nöqsanlığın yayılmasının imkansız olduğu ilahi dinin hər hansı bir tərəfini, mükəmməl olması imkansız olan və əksikliklər daşıyan bəşəri düşüncə ilə qiyas olunmağı mümkünsüz edir. Bax bu müqayisə düşüncəsi möminin zehnindən və araşdırma anlayışından çox uzaqda dayanır. Çünki, Allahın metodu ilə bəşərin metodu arasında yalnız bir qiyas etmək, İslami düşüncə nöqteyi-nəzərindən tam bir çöküş və Allahın dinində bir əksiklik olduğunu iddia etməklə bərabər, insanlıq düşüncəsini bundan daha üstün və uca görmək mənasını da daşıyır.
Deməli, İslam qardaşlığının ayırd edici ən böyük xüsusiyyəti, ilahi qaynaqlı olmasıdır. Uca Allah dünya və axirətdə hansı şeylərin insanlığın xeyrinə olduğunu ən yaxşı biləndir.
2 – Qəlbləri bir-birinə isindirməklə mükəmməl bir güc təşkil etməsi
Uca Allah : ” Allah onların qəlblərini birləşdirdi. Əgər sən yer üzündə olanların hamısını sərf etsəydin belə, onların qəlblərini birləşdirə bilməzdin.” (Ənfal / 63) sözüylə bütün ərəblərin qəlblərinin – hansı ki, onlar bütün müsəlmanların birləşdirilməsində ilk kərpiclərdir – Tək bir hədəf istiqamətində olmasının imkansızlığına işarət edir. Hətta, insanların qəlblərini təsirləmək kimi seçilmiş xüsusiyyətləri olan Peyğəmbər (s.a.s)`in belə bu yolda yer üzündəki bütün xəzinələri xərcləsə belə onun bunu gerçəkləşdirməsinin mümkün olmadığını ifadə edir. Bu halı bütün dünyanın və ərəblərin Peyğəmbər (s.a.s)`in gəlməsindən əvvəlki vəziyyətləri ilə Peyğəmbər (s.a.s)`in göndərilişi və İslamın yayılmasından sonrakı vəziyyətləri gücləndirməkdədir.
3 – Köklü Quruluşu və Dərinliyi
Həmçinin, İslam qardaşlığının dərinliyi və könüllərdə kök atması kimi xüsusiyyətləri də vardır. Bu səbəbdən də, Allah rızası üçün qardaş olanlar arasında belə bir yaxınlıq gerçəkləşdiyi zaman qəlbə yerləşir və qəlbi öz nəzarətinə alır. Bu uca əlaqəyə əməl edildiyi müddətcə, artıq o qəlbdə bundan qeyri bir münasibətə yer qalmır.
Allahın Rəsulu (s.a.s.) bu qardaşlığın gücünü belə ifadə etmişdir: ”Əgər Allahdan başqa bir dost seçsəydim, mütləq Əbu Bəkri dost seçərdim. Ancaq, onunla aramızda İsalm qardaşlığı və onun sevgi bağlantısı vardır.” "Bir başqa rəvayətdə isə "(bu ümmətdən) Bir dost seçməli olsaydım, Əbu Bəkri dost seçərdim. Ancaq, İslam qardaşlığı dostluqdan daha çox üstündür"
(Buxari, Kitabu Fədailus-Səhabə 3-5.)
İslam qardaşlığının gücünü artıran səbəblərdən biri də Allahın öz rızası üçün qardaş olanlara hazırladığı uxrəvi mükafatdır. Bu səbəbdən, müsəlman axirətdə savabını umaraq İslam qardaşlığına və bunun töhvəsi olan gözəl davranışlar etməyə daha çox yönələr. O, bunu sırf qarşılıqlı hislər üçün gözəl davranışlar etdiyi zaman bunu mükafatlandıran kimsələrin mükafatını almaq üçün etməz. Əgər bu davranışları Allah rızası və axirət savabı qazanmaq niyyətindən uzaq olaraq İslam qardaşlığı üzərinə bina edilməmişsə, o zaman bu edilənlər ticari mənfəət istəyinə dönər ki, bu da dərinlik, (qardaşlığın qəlblərdə kök atması) və sağlamlıq xüsusiyyətləri daşımaz .
İslam qardaşlığının dərinliyini təsvir edən örnəklərdən biri də Musab ibni Umeyr (r.a)`in Bədr döyüşündəki davranışdır. Musab qeyri-müslimlərin səflərində olan qardaşını Ənsardan birinin əsir etdiyini görərkən əsla öz qardaşlıq hissinə qapılmadı, əksinə, öz qardaşlıq hissiylə İslam qardaşlığı hissindən söhbət gedirdisə, İslam qardaşlığı hissi şaha qalxdı.
Musabın qardaşı Əbu Əziz hadisəni belə rəvayət edir: "Qardaşım Musab ibni Umeyr məni əsir edən Ənsarın yanına gəldi və dedi ki: Onu bərk tut, çünki, anasının mal-mülkü çoxdur, ola bilsin ki, sənə ondan fidyə verər. -Bundan sonra Əbu Əziz: Mənim üçün edəcəyin tənbeh budurmu? dedi.
Musab (r.a) belə qarşılıq verdi: Sən qardaşım deyilsən, əslində o mənim qardaşımdır.
4 – Gedişatdakı Təsiri
İslam qardaşlığının bir başqa ayırd edici xüsusiyyəti də insanın bu yolu izləyərkən onun ortaya qoyduğu fəal təsiridir. Bu fəallıq, bu qardaşlıq üçün yardımlaşma , sevgi, mərhəmət, özünə istədiyini başqasına istəmək kimi bəzi fitri xüsusiyyətlərin ortaya çıxarılmasında özünü göstərməkdədir. Rəsulullah (s.a.s) bunu: "Müsəlman müsəlmanın qardaşıdır, ona zülm etməz, onu köməksiz buraxmaz və onu həqir görməz"
sözündə də olduğu kimi tam doğru yolla əlaqədar bir çox istiqamətləndirmələrin üzərində bina edilən əsas şərt etmişdir. Bu cür bir İslam qardaşlığına səhabələr (Allah onların hamısından razı olsun)`in Mədinə dövründə qurduqları cəmiyyəti nümunə olaraq göstərmək olar. Allahın Rəsulu (s.a.s) Evs və Həzrəc qəbilələrini bir-biriylə, onları da mühacirlərlə qardaş edərkən, bu qardaşlığın fəallığı cəmiyyətin ümumi inkişafında özünü göstərdi. Belə ki, bəşər tarixində öz istədiyini qardaşı üçün istəməyin ən şahanə nümunələrinə şahid olundu. Uca Allah: ”Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar.” (Həşr / 9) ayəsiylə Ənsarın bu gözəl əxlaqını tərifləmişdir. Bu isə, öz istədiyini başqası üçün istəməyin ən yuxarı dərəcəsidir.
İmam Buxarinin bu ayənin nazil olma səbəbi ilə əlaqədar Əbu Hüreyrədən (r.a.) gələn belə bir hədis rəvayət etmişdir. "Bir nəfər Peyğənbər (s.a.s)`in yanına gəlib: ”Maddi sıxıntıya düşmüşəm”, deyərkən, Peyğənbər (s.a.s) xanımlarına xəbər göndərdi, ancaq, onların yanında yeməyə bir şey tapılmadı. Bundan sonra o belə buyurdu: ”İçərinizdə bu şəxsi bu axşamlığa müsafir edəcək bir şəxs varmı ki, beləcə Allah da onu bağışlasın?” – Ənsardan biri qalxıb: Ya Rəsulullah, mən müsafir edərəm!”... dedi və bu şəxsi götürüb evinə apardı. Evinə çatanda xanımına: ”Bu şəxs Allah Rəsulunun qonağıdır. Ondan heç bir şeyi əsirgəmə” dedi. Xanımı da: ”Uşaqların axşam azuqəsindən başqa bir şeyim yoxdur.”dedikdə, Ənsari: ”Uşaqlar axşam yemək istəyəndə onları yatızdır və gəlib işığı söndür. Qoy bu gecə də ac yataq.” – Xanımı da deyilənləri olduğu kimi etdi. Ənsari ertəsi gün də Allah Rəsulunun hüzuruna gəldikdə Allah Rəsulu: ”Falan və Filanın etdiyindən Allah (c.c) güldü)” dedi. Bu hadisədən sonra Uca Allah "Hətta özləri ehtiyac içində olsalar belə," ayəsini nazil etdi.(Buxari, Kitabut-Təfsir 4889; Müslimin bir rəvayətinə görə bu Ənsari Əbu Təlha (r.a)`dır.)
Davamlı və Sağlam Olması
Sağlamlıq və davamlılıq, İslam qardaşlığının digər bir fərqli xüsusiyyətidir. Bu qardaşlıq zaman keçsə də ardıcıl hadisələr ortaya çıxsa da zədələnməz, əksinə, bu onun sağlamlığını və dərinləşməsini artırır.
Bunu təməl səbəbi isə sadecə Allah üçün sevmək və Allahın rizasını ummaqdır. Bu səbəb nəbzin vurması və canlılıqla dəstəkləndiyi müddətcə bu qardaşlıq nə zəifləyər, nə də yox olar. İslam qardaşlığı xaricindəki əlaqələrə gəldikdə isə, bunlar bir sıra bəsit səbəblərin əsiridirlər, bu vasitələr isə keçicidirlər. Bundan dolayı vəsilələr kəsintiyə uğradıqda əlaqələr də kəsintiyə uğrayır. İslam qardaşlığı sadəcə bu dünya həyatıyla məhdud deyil. Əksinə, bu qardaşlıq axirətdə də davam edir. Mömin, dünyada möminin qardaşıdır və Uca Allahın: "Biz onların köksündəki kin-küdurəti çıxarıb kənar etdik. Onlar taxtlar üzərində qarşı-qarşıya əyləşən qardaşlar olacaqlar." (Hicr / 47) ayəsində də işarə etdiyi kimi bu qardaşlıq, qiyamət günündə də, cənnətdə də əbədidir. Ancaq, möminlərin cənnətdəki qardaşlıqları dünyadakı qardaşlıqlarından daha mükəmməldir. Burdakı qardaşlıq qərəzin və kinin silinib atılmasından sonrakı saf və səmimi bir qardaşlıqdır. İslam qardaşlığı xaricində, insanlar arasında var olan digər əlaqələr isə, uzun sürsə də dünya həyatının sona çatmasıyla gedir və Allahu Təalanın: "O gün Allaha qarşı asi olmaqdan çəkinənlər istisna, dost olanlar bir-birilərinə düşmən kəsilərlər." ayəsinə müvafiq olarlar.
Dostlar bir-birilərini sevən kimsələrdir, sevgi isə, dostluğun təməlində duran səbəblərdəndir. Dünyəvi mənfəət üçün bir-birini sevənlər, axirətdə bir-birinə düşmən olduqları halda, Allah üçün bir-birilərini sevənlərin dostluğu axirətdə də eynilə davam edəcəkdir.
6 – Ümumi və Hərtərəfli Olması
İslam qardaşlığının ən seçilən xüsusiyyətlərindən biri də ümumi və hərtərəfli olmasıdır. Müsəlman eyni dinə mənsub olmaq şərtiylə Allah rızası üçün bütün insanları qardaş qəbul etməklə və cahiliyyə dəyərlərindən hansı biri olursa-olsun, bunlardan heç biri üçün müsəlmanlar arasında fərq qoymadan hamısıyla münasibətlərində qardaşlıq üzrə rəftar etməklə əmr olunmuşdur. Çünki, İslam dini sadəcə bəzi kütlələrə deyil, bütün insanlara xitab etməkdədir: ”Ey insanlar! Sizi və sizdən öncəkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə Allahdan qorxasınız.” (Bəqərə / 21). Allahu Təalanın da buyurduğu kimi: ” Biz səni bütün insanlara müjdə verən və xəbərdarlıq edən bir peyğəmbər kimi göndərdik. Lakin insanların çoxu bunu bilmir.” (Səba / 28) Allahın Rəsulu (s.a.s) sadəcə ərəblərə deyil ,bütün insanlığa göndərilmişdir.
Cabirdən (r.a) gələn rəvayətə görə Rəsullulah (s.a.s) belə buyurmuşdur: ”Mənə məndən öncə heç kimsəyə verilməyən 5 (şey) cəhət verildi; Bir ay əvvəlcədən düşünmənin qəlbinə qorxu salmaq ...Əvvəlki qövmlər sadəcə öz qövmlərinə göndərildikləri halda, mən bütün insanlara göndərildim.”
(Buxari, Kitabut-Təyəmmüm 335.)
Bu səbəblə qurandakı xitablar əsasən ”Ey İsrailoğulları”, ”ey qövmüm”şəklində xüsusi olaraq deyil, ”Ey insanlar”, ”Ey iman gətirənlər” şəklində ümumi bir ifadə tərziylə gəlmişdir. Hərtərəfli olan bu son dindəki ”İslam qardaşlığı” anlayışı tarixdə ilk dəfə cins fərqliliklərinə baxmayaraq insanları bir araya gətirən qardaşlıq anlayışıdır.
7 – Məsuliyyət Hissiylə Yaşamağın Vacibliyi
İslam qardaşlığının bariz xüsusiyyətlərindən bir digəri isə, İsalmın müsəlmanlara İslam qardşlığı ilə əlaqədar məsulliyyət hissini zəruri etməsidir. Bu səbəbdən, müsəlman öz müsəlman qardaşına görə məsulliyyət daşıyır. Buna görə də tam doğru yolla əlaqədar peyğəmbəranə istiqamətləndirmələr iman qardaşlığı ilə birlikdə xatırladılmışdır.Bunun ən gözəl nümunələrindən biri isə Allahın Rəsulu (s.a.s)`nun bu sözüdür. ”Müsəlman müsəlmanın qardaşıdır. Ona zülm etməz, onu həqir görməz və onu yardımsız qoymaz”
İslam dini, müsəlmanların bir-birlərinə yardım etməsini də eyni şəkildə zəruri etmişdir. Bu isə məzlumun üzərindəki zülmü qaldırmaq, zalımı da zülmdən çəkindirməklə olur.Bu mənada Peyğəmbər (s.a.s) belə buyurmuşdur: ”Zalım da olsa, məzlum da olsa, qardaşına yardım et.n ”Buna cavab olaraq səhabə: ”Ya Rəsulullah, məzluma məzlum olduğu üçün yardım edəcəyik, lakin, zalıma necə yardım edə bilərik? Peyğəbbər (s.a.s) zülmündən çəkindirməklə” dedi. Müsəlmanın, zalımların daşqınlarını azaltmaq və zəifləri qurtarmaq üçün içində olduğu cəmiyyətdə cərayan edən hadisələrdən xəbərdar olması gərəkdir.
Tarix: 11.04.2013 / 20:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 464 Bölmə: Maraqlı melumatlar