Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

GÜNAHLARIN ZƏRƏRLƏRİ (birinci hissə)

Günahların olduqca pis, məzəmmət olunan təsiri vardır. Qəlbə, bədənə, insanın dünya və axirətinə zərəri vardır. Günahlar insanda davam etsə onun dünyasını və axirətini korlayır. Günahların qəlbə olan zərərləri zəhərin bədənə olan zərəri kimidir. Dünya və axirətdə hər bir şərrin və xəstəliyin günah və asiliklərdən başqa səbəbi varmı? Adəm və Həvva – əleyhimussəlam – ı ləzzət, nemət, gözəllik və xoşbəxtlik diyarı olan Cənnətdən – ağrılar, acılar və müsibətlər diyarına salan nə idi? İblisin Cəhənnəmə məhkum edilməsinə, lənətlənməsinə səbəb nə idi?

Onun yaxınlığını uzaqlıqla, rəhmətini lənətlə, gözəlliyini çirkinliklə, Cənnətini atəşlə, imanını küfrlə, Allaha olan dostluğunu ən böyük düşmənlik və kinlə dəyişən nə idi? Təsbih, Təqdis, Tövhid nidalarını küfr, şirk, yalan, iftira və söymə nidalarıyla, iman paltarını küfr, fasiqlik, üsyan paltarı ilə dəyişən nə idi? Beləcə onu Allah dərgahında ən xor və zəlil hala gətirən, onu rəhmətindən bütünlüklə uzaqlaşdıran, üzərinə qəzəbini nazil edib uçuruma salan, Onun qəzəbi hər bir qəzəbdən böyükdür, beləcə onu məhv edən nə idi? Sonda da hər bir fasiq və mücrimin öndəri edən nə idi? Ey Allahım! Əmrinə müxalif olub qadağanını etməkdən sənə sığınıram. Suyu dağların təpələrinə qədər yüksəldərək Nuh – əleyhissəlam – ın qövmünü suya qərq edən nə idi? «Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma!». (Nuh 26). Ad qövmünə küləyi göndərərək onları içi boş xurma kötükləri kimi məhv edən, yurdlarını, əkinlərini, heyvanlarını və onları Qiyamət gününə qədər insanlara ibrət edən nə idi? «Ad (qövmü) isə uğultulu, çox soyuq və şiddətli bir küləklə tar0mar oldu. Allah o, küləyi yeddi gecə səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi. Sən onların çürük, içi boş xurma kötükləri kimi yerə sərildiklərini görərdin!». (əl-Haqqə 6-7). Səmud qövmünə tük ürpədici səsin göndərilməsi ilə ən son fərdinə qədər hamısını məhv edən nə idi? «Biz onlara bircə dəhşətli, tükürpədici səs (Cəbrailin qışqırtısını) göndərdik, dərhal ağıl düzəldənin istifadə etdiyi quru ota döndülər». (əl-Qəmər 31). Lut – əleyhissəlam - qövmünü mələklərin itlərin səslərini belə eşidəcək qədər göyə qaldırılaraq altının üstünə çevirən, başlarına daşlar yağdıran, beləcə heç bir millətə verilməyən əzabın onlara verilməsinə yol açan nə idi? Belə ki, bu əzab onların etdiklərini edənlərə də gələcəkdir. «Əmrimiz gəldiyi zaman o, yurdun altını üstünə çevirdik və üzərinə odda bişmiş, bir-birinə bitişik bərk daşlar yağdırdıq». (Hud 82). Şueyb – əleyhissəlam - ın qövmünə kölgə kimi əzab buludlarını göndərərək başlarına od yağdıran nə idi? Firon və qövmünü dənizdə qərq edən, Qarunun evi, malı ilə yerə keçirilməsinə səbəb nə idi? «Nəhayət Qarunu sarayı ilə birlikdə yerə gömdük. Allaha qarşı ona yardım edə biləcək bir cəmaat da yox idi. O, özü də özünə heç bir kömək edə bilmədi». (əl-Qəsəs 81). Nuh – əleyhissəlam – dan sonra neçə-neçə nəsilləri əzablarla həlak edən və onları yer üzündən silən nə idi? Bəni İsrailin başına gələn müsibətlərə, onların meymunlara və donuzlara çevrilməsinə, Yəsin sahiblərinin məhv olmasına səbəb nə idi?
Heç şübhəsiz ki, bütün bu ümmətlərin məhv olmasına səbəb günahlar olmuşdur. «Biz onların hər birini öz günahı ilə yaxaladıq. Kiminin başı üstünə (qasırğa ilə) qızmar daş yağdırdıq, kimini dəhşətli, tükürpədici səslə yaxaladıq, kimini yerə batırdıq, kimini də suya qərq etdik. Allah onlara zülm etmirdi, onlar özləri özlərinə zülm edirdilər». (əl-Ənkəbut 40). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah insanları həlak etməz o, vaxta qədər ki, səbəb onlar tərəfindən olmayana qədər»
(Əbu Davud 4347, Musnəd 5/293, Bəğavi 3/348)
Ummu Sələmə - radıyallahu anuə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Əgər günahlar ümmətə zühr edərsə Allah əzabla onları bürüyər». Sələmə: «Ey Allahın Rəsulu! Onların içərisində saleh kimsələr olmayacaqmı?» deyə soruşdu. Peyğəmbər: «Bəli, olacaqdır» deyə buyurdu. Sələmə: «Onlara nə edəcəkdir» dedi. Peyğəmbər: «Onlara toxunan toxunacaqdır. Bundan sonra Allahın razılığına və məğfirətinə qovuşacaqlar» deyə buyurdu.
(İmam Əhməd «Musnəd» 6/304 4/294, Əbu Nuaym «Hiylə» 10/218)
İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah bir qövmə bəla göndərdikdə bəla o, qövmə məxsus olan hər bir kəsə toxunar. Onlar həşr olunduqdan sonra isə hərə öz əməlinə (niyyətinə) görə mükafatlandırılar. «Sizdən zalimlərə toxunmayacaq bəladan qorxun». (əl-Ənfal 25)»
(Müslim 2878)
Həsənul Bəsri – rahmətullahi aleyhi – deyir ki: «İnsanlar elmli olduqlarını deyib əməli zay edərlərsə (əməl etməzlərsə), dilləri ilə bir-birilərini sevdiklərini deyib qəlbləri ilə nifrət edərlərsə, qohumluq əlaqələrini kəsərlərsə Allah onlara lənət edər, onları kar edər və qəlblərini də kor edər». İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən əvvəlki ümmətlərdən biri günah etdikdə digəri gələrək ona: «Ey insan! Allahdan qorx. Səhəri sanki onu günah edərkən görməmiş kimi onunla birlikdə oturar, yeyər və içər. Allah onların belə etdiklərini gördükdə qəlblərini bir-birinə bənzədər və sonra da onları Peyğəmbərləri Davud və İsa – əlehimussəllam – ın dili ilə lənətləyər. Bu onların üsyan etmələri və həddi aşmalarına görə idi. Muhəmmədin nəfsi əlində olana and olsun ki, ya siz yaxşılığı əmr edib, pislikdən çəkindirər, zalımı əlindən tutaraq pislikdən çəkindirər, ya da Allah qəlblərinizi bir-birinizə bənzədər, sonra da onları lənətlədiyi kimi sizi də lənətləyər»
(Əbu Davud 4337, Tirmizi 3047, İbn Məcə 4006, Musnəd 1/392, Təbərani «Kəbir» 10264-10268)
İbn Əbi Dunya İbrahim b. Amr əs-Sənani deyir ki, Allah Yuşa b. Nuna: «Mən qövmünün ən xeyirlilərindən 40 min, ən şərlilərindən 60 min nəfəri həlak edəcəyəm» deyə vəhy etdi. O: «Ya Rəbbim! Bunlar pislərdir, bəs yaxşılar nə üçün?». Allah: «Onlar mənim qəzəb etdiklərimə qəzəblənmir, pislərlə birlikdə yeyib-içirlər» deyə buyurdu. Əbu Ömər b. AbdulBərr, Əbu İmrandan rəvayət edir ki, Allah bir mələyi bir qəsəbəni əhalisi ilə birlikdə həlak etmək üçün göndərdi. Mələk o, qəsəbədə məsciddə bir namaz qılan gördü və: «Ya Rəbbim! Bu qəsəbədə sənin namaz qılan bir qulun vardır» dedi. Allah: «O, qəsəbəni də, onu da onlarla birlikdə həlak edin (Başqa rəvayətdə: İlk öncə ondan başlayın). Çünkü onun üzü mənim rizam üçün bir dəfə də qızmamışdır». İbn Əbi Dunya Vəhb b. Munəbbih rəvayət edir ki: «Davud xəta etdikdə: Ya Rəbbim! Məni bağışla» dedi. Allah: «Səni bağışladım, o xətanın ayıbını da İsrail oğullarına yüklədim» deyə buyurdu. Davud: «Ya Rəbbim! Sən heç kimsəyə zülm etməyən adil bir Hakimsən, bu necə ola bilər?» dedi. Allah: «Sən xətanı etdikdə onlar bu xətanı düzəltmədilər». Məlik b. Dinar rəvayət edir ki: «Hikmətli Allah buyurdu: «Mən hökmüdarlar hökmüdarı olan Allaham. Hökmüdarların qəlbləri mənim əlimdədir. Elə isə kim mənə itaət edərsə hökmüdarları onlara qarşı mərhəmətli edərəm. Kim də mənə üsyan edərsə hökmüdarları onların başına bəla açarlar. Buna görə də hökmüdarlara küfr etməyin. Lakin mənə tövbə edin ki, onları sizə qarşı şəfqətli edim». İmam Əhməd və digərləri Qatadədən rəvayət edirlər ki, Yunus – əleyhissəlam – buyurdu: «Ya Rəbbim! Sən göydəsən, bizlər isə yerdə. Sənin qəzəbinin və rizanın əlaməti nədir?». Allah: «Sizə ən xeyirli idarəçiləri başçı təyin etmişəmsə bu sizdən razı olduğumun əlamətidir. Əgər ən şərli idarəçini sizə başçı təyin etmişəmsə bu da sizə olan qəzəbimdir». İbn Əbi Dunya, İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Nəfsim əlində olan and olsun ki, Allah yalançı idarəçilər, günahkar vəzirlər, xain məmurlar, qəlbləri leşdən daha iyrənc, fasiq din adamlarını göndərmədikcə Qiyamət qopmaz. Allah bu din adamlarına bulanlıq bir fitnə göndərir ona da uyarlar. Muhəmmədin nəfsi əlində olana and olsun ki, İslamın dayaqları silinəcək sonda isə Allah, Allah deyən qalmayacaqdır. Ya yaxşılığı əmr edib pislikdən çəkindirəcəksiniz, ya da Allah sizə ən şərlilərini göndərər və onlar da sizə əzabın ən şiddətlisini daddırarlar. Sonra xeyirliləriniz dua etsə də belə qəbul olunmaz. Ya yaxşılığı əmr edib pislikdən çəkindirəcəksiniz, ya da Allah sizə kiçiklərinizə rəhm etməyən və böyüklərinizə də hörmət göstərməyən kimsələri göndərər». Sələflər deyirlər ki: «Allah bir millətə xeyir diləyərsə idarəçiliyi həlim olanlara, xəzinələrini də comərd olanlara verər. Bir millət pislik edərsə idarəçilərini ağılsız səfehlərə, xəzinələrini də simiclərə verər». Fydeyl b. İyad – rahmətullahi aleyhi – deyir ki: «Allah bir Peyğəmbərinə belə vəhy etmişdir: Məni tanıyan birisi mənə üsyan etdikdə ona Məni tanımayan birisi ilə imtahan edərəm». Yer yalnız onun üzərində günahların olmasına görə titrəyir, həlak edici külək, suya qərq olmaq, qasırğalar, yerin altının üstünə çevrilməsi halları yalnız günahların nəticəsinə görə baş verir. O, Allahdan qorxaraq titrəyir. Ömər b. AbdulAziz – rahmətullahi aleyhi – öz vəlilərinə məktub yazaraq deyir ki: «Bu titrəyiş elə bir şeydir ki, Allah bununla bəndələrini danlayır, onlara xitab edir…». İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir qövm tərəzidə aldadarsa Allah onlara yağışın yağmasını kəsər. Bir qövmdə zina zühr edərsə onların içərisində ölüm zühur edər. Bir qövmdə riba ortaya çıxarsa Allah onların üzərinə dəlilik salar. Bir qövmdə bir-birini öldürmək ortaya çıxarsa Allah onların üzərinə düşmənlərini salar. Bir qövümdə Lut qövmünün əməli ortaya çıxarsa Allah onları yerə keçirər. Bir qövm yaxşılığı əmr edib, pislikdən çəkindirməyi tərk edərlərsə onların əməlləri qaldırılmaz, duaları da eşidilməz»
(Təbərani həsən hədis)
Aişə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ey insanlar! Allah sizə buyurur: «Sizlər yaxşılığı əmr edib pislikdən çəkindirin. Yoxsa siz dua edərsiniz Mən də sizin dualarınıza cavab vermərəm, Məndən kömək istəsəniz sizə kömək etmərəm, Məndən istəsəniz sizə vermərəm»
(İmam Əhməd «Musnəd» 6/159, Heysəmi «Məcma» 7/266)
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanlar zalımı görüb onun əllərini zülmdən çəkməzlərsə (Başqa rəvayətdə: Yaxşılığı əmr edib pislikdən çəkindirməzlərsə) aradan çox vaxt keçməz ki, Allah onları bir cəza ilə hamısını məhv edər (Başqa rəvayətdə: Sonra Ona dua etsəniz də O, sizin duanızı qəbul etməz)»
(əl-Albani «Səhihul Cəmi» 1969, 6947)
Zahid Öməri deyir ki: «Öz nəfsindən qafil olub Allahdan üz çevirənin əlaməti: Allahın qəzəb etdiyi bir şeyi görüb lakin ona heç bir zərər və fayda verə bilməyən birisindən qorxduğu üçün yaxşılığı əmr etmədən və pislikdən də çəkindirmədən çıxıb getmək». Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Günah gizli olarsa yalnız sahibinə ziyan verər. Əgər günah açığa çıxarsa və (insanlar onu dəyişdirməzlərsə) bu zərər (müsibət) hamını bürüyər»
(Heysəmi «Məcma», Təbərani «Əvsat»)
İbn Əbi Dunya, İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Elə bir zaman gələcək ki, möminin qəlbi duzun suda əridiyi kimi əriyəcəkdir». «Nə üçün belə olacaq ey Allahın Rəsulu?» deyə soruşdular. Peyğəmbər: «Pisliyi görüb və onu dəyişdirmədiyinə görə (Başqa rəvayətdə: Qüvvətli və çox olduqları halda.
(Musnəd 4/761, Beyhəqi «Sünən» 10/91, Tahavi «Müşkil» 2/25, Heysəmi «Məcma» 7/268)
)». Sələflər deyirlər ki: «Günahlar küfrün dəhlizi, öpmə yaxınlığın, musiqi zinanın, baxma sevginin, xəstəlik də ölümün dəhlizidir». İmam Əhməd – rahmətullahi aleyhi – deyir ki, bizə Vəlid Əvzainin, Hilal b. Sadın belə deiyini eşitdim: «Günahın kiçikliyinə baxma. Lakin kimə üsyan etdiyinə bax». Fudeyl b. İyad – rahmətullahi aleyhi – deyir ki: «Günah nə qədər sənin gözündə kiçilərsə Allahın dərgahında bir o, qədər böyüyər və nə qədər sənin gözündə böyüyərsə bir o, qədər də Allah qatında günah kiçilər. Rəvayətlərdə gəlir ki, Allah, Musa – əleyhissəlam – a vəhy edir: «Yaratdıqlarım içərisində ilk ölən İblisdir». Musa: «Nəyə görə?» deyə buyurdu. Allah: «O, Mənə asi olduğuna görə. Mənə asi olanı mən ölülərdən sayıram». İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki: «Ey günahkar! Günahın fitnəsindən və onun pis aqibətindən əmin olma. And olsun ki, günahdan sonra günah etmək etdiyin günahdan daha böyükdür. Günah edərkən sağında və solunda olan mələklərdən utanmamağın etdiyin günahdan daha böyükdür. Allahın sənə nə edəcəyini bilmədiyin halda gülməyin etdiyin günahdan daha böyükdür. Günahı etdikdə günahınla sevinmək daha böyük günahdır. Edə bilmədiyin günahdan ötrü üzülməyin daha böyük günahdır. Günah etdiyin zaman küləyin qapının pərdəsini əsdirdiyi zaman qorxmağın Allahın səni daima görüb və qəilbinin bundan qorxmamasından daha böyükdür. Vay olsun sənə! Əyyubun günahı nə idi ki, Allah bədəninə xəstəlik və malına isə yoxluq göndərdi? Bir kimsə zalıma qarşı ondan kömək istəmiş o, da zalımı zülmündən çəkindirməmişdi. Bu üzdən də Allah onu müsibətə qərq etdi». Vəhb rəvayət edir ki: «Allah Bəni İsrail Peyğəmbərlərinə buyurmuşdu: «Mənə itaət edildikdə razı qalıram. Razı qaldıqda bərəkət verirəm. Bərəkətimin də sonu yoxdur. Mənə asilik ediləndə isə qəzəblənirəm. Qəzəbləndikdə isə lənət edirəm. Lənətimdə yeddi (nəsilə) uşağa da çatır». Aişə - radıyallahu anhə – Muaviyə - radıyallahu anhu – ya məktub yazaraq deyir ki: «Əgər bəndə günah edərsə insanların ona olan tərifi məzəmmətə çevrilər». Əbu Darda - radıyallahu anhu – deyir ki: «Hər bir insan özü də hiss etmədən möminlərin qəlblərinin onu lənətləməsindən çəkinməlidir. Bu nədən baş verir bilirsinizmi? Bəndə heç kimsənin görmədiyi bir yerdə Allaha qarşı üsyanlar edir və heç fərqinə də varmadan Allah möminlərin qəlblərinə ona qarşı nifrət hisslərini qoyur». Abdullah b. Əhməd atasının Zuhd kitabında Muhəmməd b. Sirin– rahmətullahi aleyhi – dən bunu zikr etmişdi: Muhəmməd b. Sirin – rahmətullahi aleyhi – götürdüyü borca görə üzüldü və dedi: «Mən bu qədərin 40 il əvvəl etdiyim bir günah üzündən olduğunu bilirəm». Sələflər deyirlər ki: «Hər kim Allahdan qorxarsa Allah onu hər şeydən qoruyar, Kim də Allahdan qorxmazsa O, da onu hər şeydən qorxudar. Allah məxluqatı yaratdıqda belə təqdir etmişdi: Qorxu və günah bir-birinə bağlıdır». Həmid Muhəmməd əl-Muslih deyir ki: «Bu günlərdə meydana gələn və əmin-amanlığın qalxması, insanların qorxu və fəsad içərisində yaşamalarına səbəb olan müharibələrin səbəbi dünyanı dolduran bir çox günah və üsyanlardır. «Allah bir şəhəri misal gətirir. O, şəhər əmin-amanlıq və arxayınçılıq içində idi. Ruzisi də hər yerdən bol-bol gəlirdi. Lakin əhalisi Allahın nemətini inkar etdi, Allah da həmin şəhərin sakinlərinə etdikləri əməllərə görə aclıq və qorxu bəlası daddırdı». (ən-Nəhl 112).
İnsanlar etdikləri günahın təsirini həmən o, anda görməzlər. Bəzən də günahın təsiri, zərəri sonra ortaya çıxır. Lakin onlar etdikləri günahı unutmuş və zənn edirlər ki, Allah onların etdiklərindən ötrü qəzəblən-məmişdir. Şair deyir ki: «Divar yıxıldıqda toz qalxmırsa, yıxıldıqdan sonra artıq onun tozu olmaz». Subhənəllah! Bu qara nöqtə neçələrini həlak etdi, neçə nemətləri yox etdi, neçə əzabları gətirdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qul bir günah etdiyi zaman qəlbinə qara bir nöqtə düşər. O, günahdan çəkinib tövbə edər və istiğfar diləyərsə o, nöqtə silinər və qəlbi yenə də parlayar. Lakin günahını təkrar etdiyi zaman o, qara nöqtə artar. Nəhayət bütün qəlbini tutar. Allahın ayəsində olan: «Xeyr, əslində onların qəlblərini qazandıqları günahlar qaplamışdır». (əl-Mutaffifin 14) budur»
(Tirmizi 3334, İbn Məcə 4344, Musnəd 2/197, Beyhəqi «Sünən» 10/189, İbn Hibban 2448, Həkim 2/517, əl-Albani «Səhih Sünnən Tirmizi» 3/127)
Əbu Darda - radıyallahu anhu – deyir ki: «Sizlər Allaha Onu görür kimi ibadət edin və özünüzü ölülərdən sayın. Bilin ki, sizə bəs edən az mal, sizi azdıran çox maldan daha xeyirlidir. Bilin ki, yaxşılıq əskilməz, günah da unudulmaz». Süleyman ət-Teymi – rahmətullahi aleyhi – deyir ki: «Bir kimsə gizlində günah edərsə sabahladıqda o, (günahın) zəliliyi onun üzünə çökər». Zinnun – rahmətullahi aleyhi – deyir ki: «Bir kimsə gizlində Allaha xəyanət edərsə, Allah da onun örtüyünü aşkarda açar». Bütün bəlalar insanlara öz günahlarına görə baş verir. İbrət alan isə yalnız mömindir.
İbn Qeyyim – rahmətullahi aleyhi – öz dəyərli kitabı olan «əl-Cəvabul Kəfi» adlı kitabında bu günahların zərərlərini qeyd edir.
1. Günahların zərərlərindən elmdən məhrum olmaqdır. Çünki elm Allahın qəlblərə atdığı bir nurdu. Günah isə bu nuru söndürür. İmam Şafii – rahmətullahi aleyhi –, İmam Məlik – rahmətullahi aleyhi – nin yanında idi. Onun elmi, fəhmi və zəkası İmam Məliki – rahmətullahi aleyhi – heyrətləndirmişdir. İmam Məlik: «Mən görürəm ki, Allah sənin qəlbinə bir nur vermişdir. Sən də bu nuru günahın zülməti ilə söndürmə». Buna görə də İmam Şafii – rahmətullahi aleyhi – deyir ki: «Şikayət etdim Vəkiyə hifzimin zəyifliyindən, tövsiyəsi bu oldu: «Əl çək asiliyindən». Sonra bəyan eylədi: «Elm deyərlər nura», Bil ki, Allahın nuru verilməz asi qula»
(«Məalimu fi tariqi tələbəil elm» səh. 31)

2. Günahlar ruzidən məhrum olmağa səbəbdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Həqiqətən də qul etdiyi günahına görə ruzidən məhrum qalır»
(Əhməd 5/277-280, Tirmizi 2/20, İbn Məcə 4042)
» . İnsan öz əlləri ilə etdiyi günahlarına görə ruzidən məhrum olur. Allahdan qorxmaq ruzini gətirdiyi ki, Təqvanı tərk etmək fəqirliyi (kasıblığı) gətirir. Ona görə də Allahın ruzisini gətirən şey günahları tərk etməkdir. «Əgər şükür etsəniz sizə olan nemətimi artıracağam. Yox əgər nankorluq etsəniz mənim əzabım həqiqətən də şiddətlidir». (İbrahim 7).

3. Günahlar insan ilə Allah arasında sıxıntının (soyuqluğun) yaranmasına səbəbdir. Günahlar elə bir sıxıntı verir ki, heç bir ləzzət bunun yerini verə bilməz. Hətta bütün dünyanın ləzzətləri toplansa da belə bu sıxıntını aradan qaldıra bilməz. Günahları tərk etmək sadəcə bu sıxıntıya görə olsaydı ağıllı insan bunu tərk edərdi. Bir kişi sələflərdən birinə qəlbində olan sıxıntıdan şikayət edir. O, da deyir ki: «Əgər sən sıxıntını tapmısansa bu günahlardandır. Günahları tərk et ki, sıxıntıdan qurtarasan». Qəlbə yalnız günaha görə sıxıntı gəlir. Kömək istənilən isə Allahdır.

4. Günahların zərərlərindən günahkarın özü ilə insanlar arasında sıxıntı (soyuqluğun) yaranmasıdır. Elm əhlinə, xeyir əhlinə qarşı olan sıxıntıdır. Görürsən ki, belə bir insan özü ilə onlar arasında bir sıxıntı duyur. Hər dəfə də bu sıxıntı çoxaldıqda o, kimsə xeyir əhlindən uzaqlaşır. Onların məclislərindən, onlardan faydalanmaq bərəkətindən məhrum olur. Şeytanın dəstəsinə yaxınlaşır. Nə qədər Rəhmanın dəstəsindən uzaqlaşarsa bir o, qədər də şeytanın dəstəsinə yaxınlaşar. Bu sıxıntı o, qədər güclənər ki, artıq ona hakim kəsilər. Hətta bu sıxıntı özü ilə yoldaşı, uşaqları və qohum əqrabaları arasında yaranar. Hətta özü ilə nəfsi arasında soyuqluq yaranır. Artıq sən belə bir kimsəni özündən uzaqlaşmış, tək (yalqız) qalmış görürsən. Sələflər deyirlər ki: «Mən Allaha asi oluram, günah edirəm və bunun təsirini də həyat yoldaşımın və heyvanımın əxlaqında görürəm».

5. Günahlar işlərin ona qarşı çətinləşməsinə səbəbdir. İşlərinin çətinliyə düşməsi. Hər hansı bir işə yönəlirsə ya onun bağlı olduğunu görür, ya da çətinləşdiyini görür. Kim ki, Allahdan qorxarsa Allah onun işlərini asanlaşdırar. Kim də Təqvanı (Allah qorxusunu) tərk edərsə Allah da onun işlərini çətinləşdirər. Çox təəccüblüdür ki, insan xeyir qapılarının onun üzünə bağlandığını görür, çətinlikləri görür lakin bu çətinliklərin haradan gəldiyini və nəyə görə işlərin ona qarşı bağlandığını görmür və bilmir.
6. Günahlar insanın qəlbində zülmətin hiss olunmasına səbəbdir. Qaranlıq gecədə gözü ilə zülməti hiss etdiyi kimi qəlbində də o, zülməti hiss edir. Artıq bu zülmət hissi zülmətə çevrilir. Həqiqətən də itaət nurdur, günahlar isə zülmətdir. Nə qədər zülmət çoxalarsa insanın heyrəti, çaşqınlığı da artar. O, kimsə bimədən bidətə, zəlalətə, həlak edici günahlara düşər. Artıq o, kimsə gecənin qaranlığında tək başına dolaşan kor kimidir. Bu zülmət qəlbdə o, qədər güclənər ki, gözündə də büruzə verər. Sonra daha da gücləndikcə zülmət üzünə hakim olar. Artıq insanın üzündə hər bir kəsin görə biləcəyi bir qaraltıya dönər. İbn Abbas - radıyallahu anhu – deyir ki: «Həqiqətən də yaxşı əməllər üzə nur, qəlbə nur, ruzini çoxaldır, bədənə qüvvət verir və insanların qəlbində sənə qarşı məhəbbət yaradır. Pis əməllər isə üzdə zülmət, qəlbdə və qəbirdə qaranlıq, ruzini azaldır, bədəni zəyiflədir və insanların qəlbində sənə qarşı nifrət yaradır».
7. Günahlar qəlbi və bədəni zəiflədir. Qəlb o, qədər zəifləyir ki, həyat oradan qalxır. Artıq o, ölü qəlb olur. Bədənə gəldikdə isə möminin qüvvəsi qəlbindəndir. Qəlbi nə qədər güclü olarsa bədəni də bir o, qədər güclü olar. Günahkarın isə bədəni nə qədər güclü olarsa ehtiyac vaxtı bədəni ona xəyanət edər. Sən Farslar və Rumlular haqqında fikirləş. Bu qədər səltənətin, var-dövlətin sahibləri iman əhlinin qarşısında necə zəlil oldular.
8. Günahlar insanı itaətdən məhrum edir. Günahlar insanı itaətdən yayındırır. İtaətə aparan yolun qarşısını kəsir. İtaətdən məhrum olur. Günahların səbəbi ilə bir çox itaətdən məhrum qalır. O, itaətlər ki, onun üçün dünya və içindəkilərdən də xeyirli idi. Günahın insanı itaətdən məhrum etməsindən başqa heç bir cəzası olmasaydı da belə, bu cəza olaraq kifayyət edərdi. Günah insanın itaət yolunu kəsər. Onu bir, iki, üç və s. itaətlərdən məhrum edər. Nəticədə günah hər biri dünya və içindəkilərdən də xeyirli olan bir çox itaətin edilməsinə əngəl olar. İbnul Covzi – rahmətullahi aleyhi – deyir ki: «Günahkar kimsə bədəninin sağlam və malının çox olmasına baxaraq etdiyi günahın cəzasının verilməyəcəyini zənn edir. Halbuki cəzalandırılmasından xəbəri olmaması belə bir cəzadır». Vəhb b. Vərdədən soruşurlar: «Günah edən biri ibadətin dadını ala bilərmi?». O: «Xeyr, dada bilməz. Hətta günaha niyyətlənən belə ibadətin dadını ala bilməz». İbn Məsud - radıyallahu anhu – dan: «Gecə namazlarına dura bilmirəm?» deyə soruşdular. O: «Günahlar qoymur» dedi. Sufyan əs-Souri – rahmətullahi aleyhi – deyir ki: «Etdiyim bir günaha görə beş ay gecə namazından məhrum qaldım».
9. Günahlar insanın ömrünü qısaldır və ömrün bərəkətini silir. Yaxşı əməllər ömrü uzatdığı kimi, günahlar da ömrü qısaldır. Alimlər bu mövzuda ixtilaf ediblər. Bir qrup deyir ki: «Ömrün qısaldılması onun bərəkətinin getməsi və silinməsidir. Bu da günahın təsirinin bir növüdür. Bu görüş doğrudur. Çünkü ömrün bərəkətinin getməsi günahların səbəbindəndir». Bir qrup da demişlər ki: «Günahlar ruzini azaltdığı kimi, ömrü də azaldır. Allah ruzinin artırılması üçün çoxlu səbəblər qoymuşdur ki, bu da ruzini artırır və çoxaldır. Həmçinin ömrün də çoxalması üçün çoxlu səbəblər vardır ki, onu artırır və çoxaldır. Ömrün bəzi səbəblərdən azalması kimi, bəzi səbəblərlə artması da vardır. Ruzi, əcəl, xoşbəxtlik, bədbəxtlik, xəstəlik, şəfa, zənginlik və kasıblıq hər nə qədər Allahın qədəri ilə olsa da bütün bunlar səbəblərə bağlı olaraq təqdir edilmişdir». Üçüncü qrup isə demişlər ki: «Günahların təsiri deyildikdə, ömrün bərəkəti silinir deyildikdə buradan qəlbin həyatının yox olması qəsd olunur. Buna görə də Allah – subhənəhu və təalə – kafiri diri deyil ölü saymışdır: «Onlar ölüdürlər, diri deyillər…». (ən-Nəhl 21). Həqiqi həyat qəlbin həyatıdır. İnsanın ömrü də onun həyatının müddətidir. Onun ömrü də Allaha bağlandığı, Allaha yönəldiyi və Allaha itaətlə keçirdiyi günləri onun ömründən sayılır. İnsanın ömrünün anları, saatları yalnız bu anlardır. Yaxşılıq, təqva, itaət insanın ömrü olan bu vaxtları artırır. O, da onun ömrünün həqiqətidir. Bu anlardan geridə qalanları isə onun ömrü deyildir. Əgər insan Allahdan üz döndərərsə, günahlarla məşğul olarsa onun həqiqi həyatının günləri yoxa çıxaraq zay olar. Bunun da (itirdiyinin) səmərəsini Qiyamət günü bu sözləri dediyi zaman tapacaqdır: «Kaş ki, mən həyatım üçün əməl təqdim edərdim». (əl-Fəcr 24). Əgər o, xeyir əməllərə yönəlməzsə artıq o, kimsə ömrünün hamısını itirmişdir. Ömrü boşa getmişdir. Əgər onun dünya və axirət xeyirlərinə çalışması varsa və əgər o, kimsə günahlara davam edərsə günahlar sayəsində onun yolu uzanar. Çünki günahlar sayəsində maneələr yaranır və xeyir səbəbləri də onun üçün çətinləşir. Onun ziddi, günahlarla məşğul olduğuna görə. Bu da insanın ömründən həqiqi naqisləşməkdir.
Bu məsələnin sirri nədir. Həqiqətən də insanın ömrü yaşadığı günlərdir. Onun həyatı ancaq Rəbbinə yönəlməsi, Allahı sevməklə, Allahı zikr etməklə və Allahın razılığını qazanmaqla sevinc və bolluq içində yaşamasından ibarətdir. Bu vaxt da onun həyatı sayılar.
10. Günahlar günah doğurur. Günahlar onun mislində başqa günahları əkir. Hətta o, dərəcəyə çatır ki, insanın o günahdan çıxması, uzaqlaşması çətinləşir. Sələflər deyir ki: «Günahların cəzalarından biri də o, günahdan sonra bir günahın da meydana gəlməsidir. Yaxşı əməlində mükafatı ondan sonra başqa bir yaxşı əməlin meydana gəlməsidir».
Əgər insan yaxşı əməl edərsə digər yaxşı bir əməl deyər: «Məni də et!». Ona da əməl edərsə üçüncü yaxşı bir əməl deyər ki: «Məni də et!». Beləliklə də o, kimsənin savabı artar və qazancı çoxalar. Günahlar da belədir. Hər dəfə insan günah etdikdə digər bir günah deyər: «Məni də et!». Yaxşı əməl edən insan itaətləri tərk edərsə nəfsi sıxılar. Bu geniş dünya ona dar gələr. Özünü sudan çıxan balıq kimi hiss edər. İtaəti tərk edən insan da itaəti tərk etdikdə o, balığa oxşayır. Bu vəziyyətdən yalnız ona (itaətə) döndükdə qurtular. Ona dönüncə rahatlaşar, hüzur tapar və sevinər.
Günahkar insanda günahı tərk edib itaətə yönələrsə yenə də onun nəfsi sıxılar, sinəsi daralar. Hətta günaha qayıdana qədər. Bəzi fasiqlər vardır ki, onlar günahları heç bir ləzzət tapmadan, ona yönəldən heç bir səbəb olmadan sırf günahdan ayrı qalmağın verdiyi acıdan ötrü günaha qayıdırlar. Nəyə görə bunu edirlər? Nə ləzzət vardır, nə də ona aparan bir yol. Ondan (günahdan) uzaq olduğuna görə ağrı çəkir və ona yönəlir. Bəndə bu itaətdə o, qədər çalışar, əziyyət çəkər ki, artıq bu itaət onun qanına keçər, itaəti sevər və ona vərdiş edər. Onu hər şeydən üstün tutar və Allah – subhənəhu və təalə – ona Öz rəhməti ilə mələklər göndərər ki, onu doğru yola yönəltsinlər, onu həvəsləndirsinlər. Mələklər onu yatdığı və oturduğu yerdən qaldırıb itaətə yönəldərlər. Günahkar insan isə günaha öyrəndiyinə görə Allah – subhənəhu və təalə – ona şeytanlar göndərər ki, onu davamlı olaraq günahlara sövq edərlər. Bu da bəndəyə ən qorxulu olanıdır.
11. Günahlar qəlbin iradəsini zəiflədir. Artıq qəlb zəifləyərsə günaha olan istək (iradə) güclənər. Get-gedə onun tövbəyə olan istəyi də zəifləyər. O, qədər zəifləyər ki, artıq tövbəyə olan istəyi bütünlüklə qəlbindən çıxar. Hətta o, dərəcəyə çatar ki, onun yarısı ölsədə belə tövbə etməz. Artıq bu kimsə etdiyi bir çox günaha görə dil ucu yalançıların tövbəsini edər, qəlbi isə günaha bağlıdır, günaha davam edir, fürsət tapan kimi ona qayıdır. Bu da xəstəliklərin ən böyüyüdür və həlaka ən yaxınıdır.
12. Günahların zərərlərindən bir də qəlbin günahları çirkin görməməsidir. Qəlbdə günaha qarşı olan nifrət azalır. Artıq günah adətə çevrilir. Artıq insanların onu görmələri və haqqında danışmaları onu qorxutmaz və bunu pis də qarşılamaz. Bu hal fasiqlərə görə əyləncənin zirvəsi və zövqüdür. O, dərəcəyə çatır ki, günahı etdikdə onu pis də qarşılamır. Bu günahla fəxr edir. Bilməyənlərə onu danışır. Ey filankəs! Mən belə-belə günah etmişəm! Bu növ insanlar bağışlanılmayacaqlar. Nəyə görə? Belə bir insanların qarşısında çox vaxt tövbə yolu bağlanır. Tövbə etməyə müvəffəq olmurlar. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ümmətimin hər bir üzvü (Allah) tərəfindən) əff olunmuşdur. Yalnız aşkara günah edənlərdən başqa. Onlar əff olunmamışlar. Günahı aşkara edənlərdən biri gecə vaxtı günah edər. Sonra Rəbbi o, günahı insanlaın gözündən örtmüş olduğu halda səhərə çıxar. Səhəri o, qul: «Ey filan! Mən bu gecə belə-belə günahlar etdim» deyər. Halbuki Rəbbi onun günah işini örtbasdır edərək gecələmişdir. Səhəri isə Allahın örtdüyü gizlilik pərdəsini qaldırmışdır»
(Müslim 2990)
13. Bu günahların hər biri Allah – subhənəhu və təalə – nin həlak etdiyi ümmətlərdən bir mirasdır. Lut qövmünün əməli bu qövümdən qalıb, yer üzündə fitnə-fəsad, təkəbbürlük Fironun qövmündən qalıb, təkəbbürlük, lovğalıq Hud – əleyhissəlam – ın qövmündən qalmışdır. Günahkar insan bu ümmətlərin bəzilərinin paltarını geyinmişdir. Onlar da Allahın düşmənləridirlər. Abdullah b. Əhməd öz atasından «Zuhd» kitabında Məlik b. Dinardan rəvayət edir ki: Allah İsrail oğullarından bir Peyğəmbərə vəhy etdi: «Qövmünə söylə, düşmənlərimin girdikləri yerə girməsinlər, düşmənlərimin paltarlarını geyinməsinlər, düşmənlərimin mindiklərinə minməsinlər və düşmənlərimin yedikləri yerlərdə yeməsinlər. Yoxsa onlar kimi düşmənlərim olarlar». Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim bir qövmə oxşayarsa o, da onlardandır»
(Buxari, Müslim, Musnəd 2/50-92, əl-Albani səhih)
14. Günahlar qulun Allah qatında dəyərsizləşməsinə və Allahın gözündən düşməsinə səbəbdir. Həsənul Bəsri – rahmətullahi aleyhi – deyir ki: «Onlar Allaha dəyərsiz olduqları üçün Ona asi oldular. Onun yanında dəyərləri olsaydı Allah onları qoruyardı». Qul Allaha görə dəyərsizləşərsə ona heç kimsə dəyər verməz. «Allahın alçaltdığı kimsəni heç kəs yüksəldə bilməz. Həqiqətən Allah dilədiyini edər». (əl-Həcc 18). Hətta insanlar o, alçalmışlara ehtiyaclarından və ya şərlərindən qorxduqlarından ötrü zahirən onlara hörmət göstərsələr də həqiqətdə isə o alçaqlar insanların qəlblərində ən aşağı kimsələr olaraq qalırlar.
15. Qul nə qədər çox günah edərsə günahlar onun gözündə balacaşar, yüngülləşər. Günah etməkdən insanın gözündə günahın kiçilməsi həlakın əlamətindəndir. Günah insanın gözündə nə qədər kiçik görünərsə bir o, qədər Allah qatında böyük və əzəmətli olar. İbn Məsud - radıyallahu anhu – deyir ki: «Mömin günahlarını dağ boyda görər və sanki o, dağın üstünə düşəcəyindən qorxar. Günahı kiçik görən facir isə işlədiyi günahı burnun üzərinə qonan milçək kimi görər»
(Buxari)
16. Günahkarın etdiyi günahın zərərləri özündən başqa insan və heyvanlara da toxunar. Günahlarının səbəbinə görə özü və başqaları da yanır. «Əgər Allah insanları etdikləri günahlara görə cəzalandırsaydı, yer üzündə bir canlı da belə qoymazdı». (Fatir 45, ən-Nəhl 61). İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir qövm zəkat malını verməzlərsə onlara səmadan yağış yağması əngəllənər və əgər heyvanlar olmasa onlara heç bir şəkildə yağış yağmazdı»
(Əhməd, əl-Albani «Səhih Silsilə» 106)
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Günahkar bir qul öldüyü zaman qullar da, ölkələr də, ağaclar da, heyvanlar da ondan rahat olarlar»
(Müslim 2/656, H. 950)
Əbu Hureyrə - radıyallahu anhu – deyir ki: «Nəfsim əlində olan Allaha and olsun ki, hətta quş da zalımın zülmünə görə yuvasında ölür». Mücahid – rahmətullahi aleyhi – deyir ki: «Həqiqətən də heyvanlar Adəm övladının günahkarına lənət edirlər. Quraqlıq şiddətlənəndə heyvanlar günahkara lənət edirlər. Bunlar Bəni Adəmin günahlarına görədir» deyərlər. İkrimə – rahmətullahi aleyhi – deyir ki: «Yerin heyvanları, həşəratları, hətta böcək və əqrəblərdə deyirlər ki: «Adəm övladının günahlarına görə biz yağışdan məhrum qaldıq». Beləcə insana günahının cəzası azmış kimi biri də heç bir günahı olmayanların lənətinə məruz qalır.
17. Günahlar insanda zəlillik yaradır. Həqiqi izzət Allaha itaətdədir. «Hər kəs (dünyada) izzət-qüdrət, şərəf-şan istəsə (bilsin ki, dünyada da. Axirətdə də) bütün izzət-qüdrət, şərəf-şan ancaq Allaha məxsusdur…». (Fatir 10). O, izzəti Allaha itaət etməklə axtarın. İnsan itaəti yalnız Allaha itaətdə tapar. Buna görə də sələflər dualarında deyərdilər ki: «Allahım Sən məni itaətinlə izzətləndir, günahlarla zəlil etmə». Allah mütləq Ona asi olanı zəlil edəcəkdir. Həsənul Bəsri – rahmətullahi aleyhi – deyir ki: «Allah ona üsyan edənləri mütləq zəlil edər». Abdullah b. Mubarək – rahmətullahi aleyhi – deyir ki: «Mən gördüm ki, günahlar qəlbi öldürür. İnsana zəlillik gətirir. Günahları tərk etmək isə qəlbin həyatıdır. Sənə xeyirli olan odur ki. günahlara qarşı çıxasan. Dini korlayan padşahlar, pis alimlər və pis abidlərdən başqasıdırmı?».
18. Günahlar sahibinin ağlını ifsad edər. Həqiqətdə isə ağlın bir nuru vardır. Günah isə ağlın nurunu söndürər. O, nur sönərsə artıq ağıl naqisləşər. Sələflər deyirlər ki: «Heç kəsin ağlı yox olmadıqca Allaha asi olmaz». Bu açıqca görülən bir şeydir. Çünki ağlı başında olsaydı onu günah etməkdən çəkindirərdi. O, günahkar bilir ki, Allahın ovcunda və nəzarəti altındadır, mələklər onun əməllərinə şahiddirlər yenə də günahlara davam edir. Günah səbəbilə qaçırdığı dünya və axirət xeyirləri, günahı etməklə əldə etdiyi sevinc və zövqdən qat-qat çoxdur. Heç də ağıllı insan bu ləzzətləri buraxaraq bir parça zövq ilə dəyişə bilərmi?
19. Günahlar qəlbi möhürləyir. Günahlar çoxalarsa sahibinin qəlbini möhürləyər və o, kimsə qafillərdən olar. Sələflər bu ayə barəsində demişlər: «Xeyr, əslində onların qəlblərini qazandıqları günahlar qaplamışdır (pasla örtmüşdür)». (əl-Mutəffifin 14). Bu da günahdan sonra günahın işlənməsidir. Həsənul Bəsri – rahmətullahi aleyhi – deyir ki: «Günahın üstündən günahın işlənməsi qəlbin kor olmasıdır». Qəlb günahdan, Allaha asi olmaqdan pas atır. Əgər günah çoxalarsa pas qəlbə hakim olar və nəticədə: «RAN» - pas adlanan hala gələr. Bütün qəlbi bürüyər. Pas o, qədər çoxalar ki, sahibinin qəlbinə damğa və kilit kimi vurular. Artıq qəlb örtük, pərdə içərisində olar. Əgər bu günah işləmək ona düz yolu tapdıqdan sonra hasil olarsa artıq o, qəlb əksinə çevrilər. Bu şəkildə altı üstünə çevrilmiş olar. Bu anda onun düşməni onu dost tutar və istədiyi yerə onu yönəldər.
20. Günahlar insanı Peyğəmbər – sallallahu aleyhi və səlləm – in lənəti altına daxil edir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – böyük günah sahiblərini lənətləmişdir. Belə ki, böyük günah sahibləri bu lənətin altına girməsinə daha layiqdirlər.
1) Riba yeyən, verən, yazan və iki şahid: İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah riba yeyəni, verəni də lənət etsin. Dəllala və iki şahidədə»
(Müslim 1597,1598, Bəğavi «Şərhu Sunnə» 8/54)
2) Rüşvət alan və verən: (Abdullah b. Amr) Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah lənət edib rüşvət alana da, verənə də»(İmam Əhməd 2/212, İbn Məcə 2313, Tirmizi 13337, Əbu Davud 3080)
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Məhkəmədə rüşvət alan və rüşvət verənə Allah lənət etsin»
(İmam Əhməd «Musnəd» 2/387, əl-Albani «Səhihul Cəmi» 5069)
3) Oğruluq edənə: Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yumurta oğurladıqda və ip oğurladıqda əli kəsilən oğruya Allah lənət etsin»
(Buxari. Fəthul Bəri 12/81)
4) Allahdan qeyrisinə qurban kəsənə: Amir b. Vəsilə - radıyallahu anhu – deyir ki: «Bir dəfə mən Əli b. Əbu Talib - radıyallahu anhu – nun yanında idim. Bir kişi onun yanına gələrək soruşdu: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – sənə sirr olaraq bir heç nə deməyib?». Əli - radıyallahu anhu – qəzəblənərək dedi: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – gizli olaraq mənə heç bir şey deməyib. Yalnız bu dörd şeydən başqa». Kişi: «Ey əmirəlmöminin onlar nədir?» deyə soruşdu. Əli: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allahdan qeyrisinə qurban kəsənə Allah lənət etsin»
(Müslim 1978, İmam Nəvəvi «Şərh səhih Muslim» 13/150.)
» . 5) Valideyinləri lənətləyənə: Əli - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – mənə dörd şeyi buyurdu: «Allah lənət etsin valideyinlərini lənətləyənə»
(Müslim 1978, İmam Nəvəvi «Şərh səhih Muslim» 13/150.)
» . Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Valideynləri təhqir etmək ən böyük günahlardandır (Başqa rəvayətdə lənətləmək)». Səhabələr: «Ya Rəsulullah! Məgər insan öz valideynlərini təhqir edə bilərmi?» deyə soruşdular. Peyğəmbər: «Bu onun valideynlərini təhqir edir, o da qayıdaraq onun valideynlərini təhqir edir» deyə buyurdu.
(Buxari 10/338, Müslim 90, Əhməd 2/164. )
6) Yenilik edənə (bidətçiyə) sığınacaq verənə: Əli - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – mənə dörd şeyi buyurdu: «Allah lənət etsin yenilik edib dinini dəyişən (bidətçiyə, cinayətkara) sığınacaq verənə»
(Müslim 1978, İmam Nəvəvi «Şərh səhih Muslim» 13/150.)
7) Yerin əlamətlərini dəyişənə (torpaq sərhədlərini): Əli - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – mənə dörd şeyi buyurdu: «Allah lənət etsin ərazilərin sərhədlərini dəyişdirən kimsəyə»
(Müslim 1978, İmam Nəvəvi «Şərh səhih Muslim» 13/150. )
8) Bir-birinə bənzəmək istəyən kişi və qadınlara: İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – lənət edib kişiyə bənzər qadınlara və qadınlara bənzər kişilərə (və ya bir-birilərinə oxşamaq istəyənlərə)»
(Fəthul Bari 10/332)


Tarix: 14.04.2013 / 14:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 947 Bölmə: Maraqlı melumatlar
loading...