Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yel çıxması barəsində şəkk edirəm, nə edim?

Sual: Xahiş edirəm mənə dəstəmaz əsnasında və ya sonra yel çıxmasına dair hədislər barəsində, həmçinin qarında hərəkət olduqda və anusdan yel çıxarkən səs eşitdikdə mütləq dəstəmaz almaq lazımdır haqqında ətraflı məlumat verin. (Bu hədisləri mən şəxsən oxumamışam, lakin mənə bu barədə deyiblər və bu hədislərin səhihliyi barəsində həqiqətən də bilmirəm)

Cavab: Həmd Allaha məxsusdur.

İnsan özündən yel xaric olduğundan əmindirsə dəstəmaz almaq ona vacib olur. Lakin qarnında sadəcə qazlar hərəkət edirsə və yaxud o güman edir ki, ola bilsin ki ondan yel xaric olub, o zaman buna fikir verməsin. Qarında sadəcə qazın hərəkət etməsi və yaxud yelin xaric olduğunu mücərrədn olaraq güman etməsi dəstəmazı pozmur. Buna dəlil Abdullah ibn Zeydin Allah ondan razı olsun rəvayət etdiyi hədisdir. Hədisin səhihliyi barəsində ittifaq var. Abdullah ibn Zeyd radiyallahu anhu demişdir:

“Peyğəmbərdən sallallahu aleyhi və səlləm “Bir kişi namaz əsnasında qarnında bir şeylər hiss edir, o namazı dayandırmalıdır?”-deyı soruşdular. O dedi: “Səs eşitməyincə və yaxud qoxu hiss etməyincə xeyr”. (Əl-Buxari 1915; Müslim 540).

Əl-Nəvəvi demişdir: Bu hədis, əksi baş vermədikçə, əşyaların (məsələlərin) hökmünün əslində (əvvəlki vəziyyətində) qalacağına dair bir qaydadır; şübhələr hökmü qaldırmır.

İbn Həcər demişdir: alimlərin əksəriyyəti (cumhuru) bu hədisi əsas götürmüşdürlər.

Bu cür şübhələrə fikir verdikdə insan şeytanın vəsvəsələrinin təsiri altına düşə bilər. Ona görə biz bu cür vəsvəsələrə fikir verməməliyik. Sadəcə yelin qəti şəkildə çıxdığından əmin olduğumuz hallar bundan istisnadır. Bu halda dəstəmaz vacibdir.

Əl-Nəvəvi “Səs eşitməyincə və yaxud qoxu hiss etməyincə xeyr” ibarəsi barəsində demişdir: “Biri və yaxud digərinin baş verdiyini bilmək kifayətdir; müsəlmanların icmasına (yekdil rəyinə) görə həm səs, həm də qoxunun (hər ikisinin eyni zamanda) mövcud olması şərt deyil”. Burada bilməkdən qəsd olunan, əminlik (yəqinlikdir). Allah daha yaxşı bilir.


Tarix: 06.04.2013 / 14:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 180 Bölmə: Maraqlı melumatlar
loading...