Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Seyyid Kutubun kitablarını oxumaq bizə tövsiyə edilir? Nə nəsihət edirsiz?

"Bu qiymətsiz boş bir sözdür! O nəyə görə tələbələrinə Sələf Salehin kitablarını oxumağı tövsiyə etmir? Halbuki o kitablar elm cəhətdən daha faydalı və daha yaxşıdır?! Əgər o tələbələrinə nəsihət verəndirsə nəyə görə o tələbələrinə elm əhli olan imamların və onlara tabe olanların xeyirli kitablarını oxumağı tövsiyə etmir? Onun xüsusi bir kitabı tövsiyə etməsinə gəlincə isə, bu onu göstərir ki, o həva əhlidir. Sənin də müasirlərdən hər hansı bir şəxsi xüsusiləşdirib kiməsə "Onun kitablarını oxu» demən, sənin də həva əhlindən olmasına dəlildir. Əgər sənin qəsdin tələbələrin faydalanmasıdırsa nəyə görə onlara Şeyxulislam ibn Teymiyyənin, imam Ibnul Qeyyimin kitablarını, içərilərində xeyr, tövhid və şirki tanıma, ibadətləri bilmə, fikhi əhkamları olan elm əhlinin kitablarını oxumağı tövsiyə etmir? Əgər biz Seyyid Kutubun kitablarını oxusaq, oradan nə ilə faydalanarıq? Tovhidi bilməkdə faydalanarıqmı? Şirki bilməkdə faydalanarıqmı? Ibadətləri bilməkdə faydalanarıqmı? Fikhi əhkamları bilməkdə faydalanarıqmı? Mən zənn eləmirəm ki, biz elmin bu əzəmətli növlərindən faydalana bilərik. Onun kitablarından ancaq ümumi müsəlmanları təkfir eləmək, partlayış fikriləri barəsində tapa bilərik. Nəsihət verən qoy tələbələrinə onlara əqidələrində kömək, ibadətlərində, müamələlərində kömək edəcək nəsihətlər versin»

Şeyx Saleh ibn Fouzan əl Fouzanın "Əl Icabat muhimmə fil məşakil əl mulimmə» kitabından götürülmüşdur


Tarix: 05.04.2013 / 20:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 143 Bölmə: Maraqlı melumatlar
loading...