Sual: Şeyx ibn Fauzandan (Allah onu hifz etsin) sehri sehr ilə açmaq barədə soruşduqda belə cavab vermişdir:
Cavab: Sehri başqa bir sehr ilə çözmək məsələsinə gəldikdə alimlərin bir çoxundan bunun icazəli olmadığı sabit olmuşdur. Çünki tədavi (müalicə) yalnız halal və mübah (şəriətdə icazə verilən) yol ilə olmalıdır. Allah təala haram etdikləri şeylərdə müsəlmanlar üçün şəfa qoymamışdır (haram şeyləri müalicə üçün səbəb, vasitə etməmişdir). Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Müalicə (tədavi) olunun, lakin haram ilə müalicə olunmayın”.
Həmçinin İbn Məsudun (Allah ondan razı olsun) belə dediyi rəvayət olunmuşdur: “Allah təala sizə haram etdikləri şeylərdə sizin üçün şəfa qoymamışdır”.
Haram olunan şeylər arasında ən böyüklərindən biri də sehrdir, ona görə bununla müalicə etmək və yaxud bunun vasitəsilə (bir insana edilmiş) sehri (cadunu) çözmək olmaz. Əksinə, sehri icazəli vasitələr (ədviaylarla), Quran ayələri və Sünnədə (Peyğəmbərin sallallahu aleyhi və səlləm hədislərində) rəvayət olunan dualar ilə müalicə etməyə icazə verilir. Bunlar sehrin çözülməsi üçün icazə verilən vasitələrdir. (Sitatın sonu. Muntaqa min Fətəəvə Fadilətiş Şeyx Salih əl-Fauzan, 2/132, 133)
Tarix: 03.04.2013 / 23:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 159 Bölmə: Maraqlı melumatlar