Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı melumatlar → Allaha Israrla Dua Etmək..

Deyerler.org: Şeytanın yolları müxtəlifdir. İblis bəndənin Allahla rabitəsini kəsmək istəyir, bəndənin Allaha bağladığı ümidi piç etmək istəyir. Bunun üçün də müxtəlif vasitələrdən istifadə edir. Bir dəfə bəndənin zehninə təlqin edir ki, “”nə qədər dua etməlisən ki? Heç sənin duaların qəbul olunmur? Bir dəfə dedin bəsdir. Allah istəsəydi, indiyə qədər verərdi”. Bu, şeytandır. (Ayətullah Müctəba Tehraninin Ramazan ayında etdiyi xütbələrdən). İnsan Xaliqlə məxluğu müqayisə etməməlidir. Allah bunu bəyənmir ki, əgər mən çətinliyə düşmüşəmsə, əvvəl mənim kimi bir məxluqun yanına kömək üçün gedəm. Bəlkə əksinədir. Allah sevir ki, ilk növbədə bəndəsi

Ondan kömək diləsin. Bəziləri deyilrər ki, Allahım! Sən buyurmusan ki, çətinliyin olan Ardı »

Maraqlı melumatlar → əl-Ələq surəsi

Bismillahir–rəhmanir-rəhim!

1.(Ya Peyğəmbər! Qurani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!

2.O, insanı laxtalanmış qandan yaratdı.

3.(Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir!

4.O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi.

5.(O Rəbbin ki) insana bilmədiklərini öyrətdi.

6.Xeyr, insan azğınlıq edər,

7.Özünün dövlətli olduğunu gördüyü üçün!

8.Axı sənin axır dönüşün Rəbbinədir!

9.Gördünmü o kimsəni (Əbu Cəhli) ki, mane olur

10.Bir bəndəyə (sənə) namaz qıldığı vaxt?

11.Bir de görək, əgər o doğru yoldadırsa,

12.Yaxud (xalqa Allahdan) qorxmağı əmr edirsə, (sən belə bir əməl sahibinin namaz qılmasına nə üçün mane olur, ona ibadət etməyi niyə qadağan edirsən? Bundan da rəzil Ardı »

Maraqlı melumatlar → İman günahlarla birgə ola bilərmi?

Soruşula bilər ki: “ Həşrə, Cənnət və Cəhənnəmə şübhə etməyən qəti iman işlərdə xətaya necə yol verə bilər? Insan təbiəti izn verə bilərmi ki, qul onu ya cəzalandıracaq ya da mükaflandıracaq Hökmdar qarşısında sabah dayanacağını bilərək arsızcasına yatsın? O Hökmdarın qarşısında necə duracağı və cavaba hazırlaşmaması barədə düşünmürmü?

Allaha and olsun ki, bu insanların çoxunda yaranan düzgün sualdır. İmanla xətanın bir yerdə olması -ən təəcüblü hadisədir. Belə insan xətaları bəzi səbəblərə görə edir.
Onlardan biri – elmin kamil və əminliyin kifayət qədər olmamasıdır və kimsə zənn edirsə ki, elm həcmə görə fərqlənmir, o böyük səhv edir.
Allahın sevimlisi İbrahim Rəbbindən ölüləri necə diriltdiyini göstərməyi Ardı »

Maraqlı melumatlar → ZƏKAT-Zəkat kimə vacibdir?

Zəkat kimə vacibdir?
Zəkata düşən mal-dövlət növləri
Birinci; Qızıl və gümüşün zəkatı
İkinci; bitki və meyvələrin zəkatı
Üçüncü; Heyvanların zəkatı
Hansı malı zəkat götürmək olmaz?
Bir neçə adamın qarışmış heyvanlarının hökmü:
Dördüncü; Tapıntı malın zəkatı

Zəkat kimə vacibdir?

Zəkat, nisaba[1] (müəyyən miqdar mal-dövlətə) sahib olan, hər bir azad müsəlmana vacibdir. Lakin müsəlmanın sahib olduğu malın üzərindən bir il keçməlidir ki, zəkat versin. Amma bitkilər istisnadır. Demək bitkilərin zəkatı belədir: əgər toplanan məhsul zəkatın tələb etdiyi miqdara yetişirsə elə yığılan günü zəkatı çıxarılır. Uca Allah buyurur: «...yığım günü haqqını (zəkatını, sədəqəsini) ödəyin…»[2]

Zəkata düşən mal-dövlət növləri
Zəkat bu növləri əhatə edir: qızıl, gümüş, bitkilər, meyvələr, heyvanlar və tapıntılar.

Birinci; Qızıl və gümüşün zəkatı

Nisabı və Ardı »

Maraqlı melumatlar → ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR)ŞƏKİR - ŞƏKUR

əş-Şəkir – Allah Özünü Şəkir və Şəkur deyə İsimləndirmişdir. Şükr edənləri də bu iki İsimlə adlandırıb onlara Öz sifətini vermiş və onları bu İsimlə isimləndirmişdir. Allah şükr edən qullarından razı olur. «Hər kəs könüllü olaraq yaxşı bir iş görərsə Allah razı qalan (ŞƏKİR) və biləndir». (əl-Bəqərə 158). «Əgər şükr etsəniz sizdən razı olur». (əz-Zumər 7). Şükr edənlərin kainatda az olması, onların seçilmiş qullar olduğu da bəllidir. «Lakin qulları içində şükr edən azdır». (əs-Səbə 13). Peyğəmbər (s.a.v)ayaqları şişənə qədər namaz qılmış və ona: «Allah sənin keçmiş və gələcək günahlarını bağışlamışdır. Sən nə üçün bu qədər ibadət edirsən?» deyildikdə. O: «Allaha şükr edən Ardı »

Maraqlı melumatlar → Bismillahir Rəhmanir Rəhim!!!

BiSMiLLAHiR RƏHMANiR RƏHiM.
RƏBBIMIN adı ilə söhbəti açım
Gərək ki,hər yerdə şeytandan qaçım
Muhamməd ümməti ayağa qalxsın
şeytanın qəlbini yandırıb yaxsın.
şeytanı qovlamaq deyildir asan
Nəfsi ilə cihata qalxmalı insan
ALLAHI tərifə söz gərək deyil
Xudani görməyə göz gərək deyil
Axtarsan RƏBBINI bax hər yanına
Möcüzə gəzirsən? bax öz canına
Bax bir gözlərinə,kipriyə qaşa
Gör necə nizamla düzübdür başa
Bədəni saxlayan bir cüt ayaqdı
Ayağa dabanla pəncə dayaqdı
Insana köməkdir,sipərdir kürək
Birbaşa beyinə tabedir ürək.
ALLAHI beyinlə,qəlblə dərk elə
Günahı,qusuru sən tez tərk elə
Tovhidi görməkçün qəlbə göz lazım,
Basmağa nəfsinin üstə köz lazım
Əff elə bizləri,əff elə ya RƏBB,
Fərqi yox Azəri,Türk və ya ərəb
Əhli müsəlmanı mehriban eylə
Cəmiyyət düşmanı tarimar eylə, Ardı »

Maraqlı melumatlar → Bilirsinizmi?

1. İsti su ilə dəstəmaz almaq olar?
Bəli, bunun heç bir fərqi yoxdur, soyuq su ilə dəstəmaz ala bilmirsinizsə, isti su ilə dəstəmaz ala bilərsiniz.

2. Dəstəmaz ala-ala danışmaq olar? Bu, dəstəmazı pozur?
Bəli olar. Danışmaq, kiməsə cavab vermək dəstəmazı pozmur.

3. Dovşan əti haramdır? Qurani-Kərimdə bu barədə ayə var?
Salam. Bəli, bu belədir, dinimizə görə, dovşan əti haramdır. Qurani-Kərimdə bu barədə ayə olmasa da, onun haramlığına dair hökm Peyğəmbər (s.ə.s) və Məsum imamlar (ə) tərəfindən verilmişdir.

4. Toy axşamının xüsusi namazı var və onu necə qılmaq lazımdır?
Zifaf gecəsində qılınan namaz eyni ilə sübh namazı kimi qılınır, fərq yalnız Ardı »

Maraqlı melumatlar → Quran-i Kərim

Əvvəl insan kimi şəxsiyyətini başa düşərdin, sonra mədəniyyət ünvanını tapardın. Və ALLAHın xəlifəsi olardın. Özünü Qurandan soruşsaydın..
Haqq dininə xurafatlar qatmazdın. Hökm etməz, küfrə batmazdın. Dünya üçün axirəti satmazdın. İslamı Qurandan oxusaydın..
Ürəyin qaralmazdı hirslə, kinlə, əvvəl özün özünlə savaşardın. Onda sən heç kimə lağ etmə...zdin. Həddini Qurandan soruşsaydın..
İllərcə əcdadlarını günahlandırdın, geri qalmışlığı İslama yozdun. Oysa ki, ən qabaqda sən qaçardın. Əxlaqı Qurandan soruşsaydın..
Bu torpaq sənə mirasdır, tökülən Hər damla qana görə borclusan. Fərari olardınmı, vətən sevgisini Qurandan soruşsaydın?
Hələ o xəsis varlı, kasıblıqdan qorxduğu üçün sıxır kisəsini. Bilərdi ona ruzi verəni, şeytanı Qurandan soruşsaydı..
Övlad yetişdirdin, min müxtəlif nazla. Heç tanış etmədin Oruc və Ardı »