1. Allergiya
2. Dəri xəstəlikləri
3. Xroniki iltibahlar
4. Astma
5. Ağ ciyərin iltihabı
6. Göz xəstəlikləri
7. Sinə xəstəlikləri
8. Qan damarı sistemi xəstəlikləri
07. Bədəndə zəhərli həşərata qarşı (P.T. 376)
08. Quduzluğa qarşı (P. T. səh. 376)
09. Ağrılı aybaşı (menctruasiya) (O Tmine)
9. Öd kisəsi xəstəliyi
10. Sümüklərdə ağrılar
11. Dalağın köpməsi
12. Diş ətinin və dişlərin iltihabı
13. Qaraciyər iltihabı
14. Dalağın iltihabı
15. Saçın tökülməsi
16. Dalağın keyliyi
17. Babasil (həm də P.T. 376)
18. Baş ağrısı
19. Baş gicəllənməsi
20. Qulaqda ağrılar.
21. Soyuqdəymə
22. Göz xəstəlikləri (çoxsaylı)
23. Sidikqovucu
24. Qan təzyiqinin yüksəldilməsi üçün
25. Qadın xəstəlikləri: qarın nahiyəsində tikiş yeri
26. Qadın xəstəlikləri: sinədə tikiş yeri
27. Öskürək
28. Burundan qanaxma
29. Dəridə şişlər
30. Qaraciyərin müxtəlif xəstəlikləri
31. Yüksək hərarət
32. Cinsiyyət zəifliyi
33. Diş ağrıları
34. Şəkərli diabet
35. Prostat vəzisi
36. Revmatizm
37. Yaddaş zəifliyi
38. Əzbərləmək qabiliyyətinin zəifliyi
39. Qanda xolesterinin aşağı düşməsi
40. Dəmirov (dəri xəstəliyi)
41. Ürək klapanlarının daralması
42. Zədələnmə (əzilmə, zədə almış yer)
43. Mədə yarası (xorası)
44. Baş beyin damarlarının sklerozu
45. Dəri xəstəlikləri
46. Baş gicəllənməsi
47. Qulaq ağrısı
48. Doğuşda ağrıların yüngülləşdirilməsi
49. Ürək qıcqırmaları
50. Dəri xəstəliklərində
51. Yüksək qan təzyiqində
52. Sinədə ağrılar.
53. Soyuqdəymə
54. Göz ağrısı
55. Xoralar
56. Tənbəllik
57. Yaddaşı təkmilləşdirmək
58. Diabet
59. Yuxusuzluq
60. Mədə və bağırsaq qurdları
61. İş qabiliyyətinin artırılması
62. Tonusun (məcazın) yüksəldilməsi
63. Öd kisəsində
64. Bəlğəm yarandıqda
65. Ağcaqanadlara və digər həşəratlara qarşı
66. Təzə çıxan xalın müalicəsi
67. Qotur xəstəliyi
68. Onurğa beyni hüceyrələrinin stimullaşdırılması
69. Xərçəngin müalicəsi
70. Boğaz xərçəngi
71. İshal xəstəliyi
72. İlan çalması
73. Limfobağlamalar
74. Tük örtüyünün bərpası
75. Hepatit xəstəliyi
76. Görmə qabiliyyətinin yaxşılaşdırılması
77. İltihablı qotur
78. Cüzam
79. Qaşınmalar
80. Köhnəlmiş bərk şişlər
81. Bağırsaq qurdları
82. Xroniki baş ağrıları
83. İmpotensiya
84. Damar tıxacları
85. Böyrəyin daşlaşması
86. Qızışdırıcı kompres
87. Əsəb sisteminin sakitləşdirilməsi
88. Qan dövranı yaxşılaşdırılması
89. Üzün rənginin yaxşılaşdırılması
90. Damar xəstəlikləri
91. Böyrəklərdəki daşlar
92. Sidik kisəsi daşları
93. Körpə əmizdirən ananın südünün yaxşılaşdırıl
ması
94. Ziyilə qarşı
95. Zökəm
96. Təngnəfəslik
97. Sarılıq
98. Üz siniri iflici
99. Bitlilik (məs: başın bit salması)
100. Angina (inaq)
101. Laringit (xirtdək iltihabı)
102. Sızanaq (Uqriyə bax)
103. Dəri xəstəlikləri
104. Dəriüstü xəstəliklər
105. Sınıqlar (Perelomı)
106. Nefrit
107. Daşlar
108. Sidiyin çətinliklə çıxması
109. Böyrəklərdə sancılar
110. Ürək
111. İshal (ponos)
112. Ürəkbulanma
113. Qusma
114. İfrat mədə qazları
115. Turşuluğun artması
116. Uşağı olmama
117. Xərçəng
118. İştahasızlıq
119. Əzginlik, tənbəllik
120. Yaddaşın zəifləməsi
121. Üz iflici
122. Zəhərli hörümçək sancması
Mükəmməl immun sisteminə malik olan bir insan ümumiyyətlə özünü sağlam və gümrah hiss edər və çox nadir hallarda xəstələnər. Çünki bu mükəmməllik onun narahatçılıqlara qarşı möhkəm müqavimətinin olmasına dəlalət edir. Məhz belə olduqda insan orqanizmi mikroblar, viruslar və göbələk yoluxucularına qarşı uğurla mübarizə aparır. Orqanizmin müdafiə sistemi olam immun sistemi zəiflədikdə yuxarıda göstərilən (saysız-hesabsız göstərilməyən) xəstəliklər meydana çıxır.
Qeyd etdiyimiz xəstəliklərdən başqa, immun zəifliklərində aşağıdakı arzuolunmaz hallar da baş verir:
1.Mikrobdaşıyıcı xəstəliklər
2.Bilavasitə tez-tez soyuqdəymələr
3. Dəri, mikoz və bağırsaq göbələkləri
4.Herpes (uçuqlamalar)
5. Həzm etmə sistemində mədə pozğunluqlarından əmələ gələn islah və zəifləmə
6.Qaşınan dəri xəstəlikləri
7. Xroniki xəstəliklər
8.Qan dövranının pozğunluğu (üzün solğunluğu)
9.Xroniki yorğunluq
10.Cinsi tələbatın olmaması
11.Yuxu pozğunluqları
Az bir sayını göstərdiyimiz bu xəstəliklərə tutulmamaq üçün immun sistemimizin qüvvətli olması lazımdır ki, bunun çarəsinin qara zirədə olması, yəni onun immun sistemini tarazlaşdırması min illər bundan qabaq da məlum idi. Qara zirənin qəbul edilməsi immun sisteminin daima döyüş vəziyyətində - müdafiəyə hazır halda saxlayır.
Qeyd etdiklərimizə baxmayaraq, yenə də kimsə sual verə bilər ki, qara zirənin bu ideal xüsusiyyəti nədən qaynaqlanır?
Elm adamları bu sualın cavabını müasir texnologiyanın köməyi ilə tapmışlar. “Qara zirənin toxumunda orqanizmin normal fəaliyyətini təmin edən yüzlərlə maddələr vardır. Məhz bu maddələr, Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) tövsiyə etdiyi kimi “Ölümdən başqa bütün xəstəliklərə dərmandır”. Bu elmi gerçəklik 14 əsr bundan qabaq bəşəriyyətə açıqlanmışdır. Allahı tanıyan, Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun) itaət edən iman sahibləri bu həqiqəti (qara zirənin müalicəvi xassələrini) Allahın insanlara iltifatı və rəhmi sayaraq, ondan əminliklə bəhrələnməlidirlər.
Qara zirə, deyə bilərik ki, Peyğəmbərimizin (ona Allahın salavatı və salamı olsun) bizə bildirdiyi İlahi möcüzələrindən biridir və onun toxumunun tərkibində: təqribən 38% karbohidrat; 35% müxtəlif yağlar və 21% albumin aşkar edilmişdir. Buraya çox qiymətli doymamış yağ turşuları da daxildir. Linolen turşusu, alfa linolen turşusu və b. Bir sıra efirli yağlar da onların arasındadır. Az miqdarda B1, B2, B6 vitaminləri, minerallar (dəmir, kalsium, maqnezium, sink, selen) və amin turşuları da vardır. Doymamış yağ turşuları və efirli yağlar immun sistemi üçün çox yararlıdır. Vitamin və minerallar isə sistemin normal fəaliyyət göstərməsində əhəmiyyətli rol oynayır. Qara zirənin təsiri də məhz bu maddələrin məcmu gücündən qaynaqlanır. Bu gücü Qara zirə kimi kiçik bir məxluqa verən Əzəmətli, Qüdrət Sahibi, Müdrik Allahdır. O, hər şeyə Qadirdir!
Uca Allah qara zirəyə və bir çox başqa bitkilərə, bizə görə, möcüzə kimi görünən bu keyfiyyətləri insanları öz günahları sayəsində düşəcəkləri xəstəlik bəlalarından qorunmaq məqsədilə, onlara rəhmi gəldiyi üçün vermişdir. Allaha, Onun Peyğəmbərinə iman gətirib itaət edənlərə qara zirə və digər bitkilər ilk növbədə təsir göstərir. Çünki insanı nəzarətsiz qoymayan və onun sağlamlığını zəruri sayan Uca Rəbbimiz, bütün məxluqatın, o cümlədən bəşər övladının qayğısını çəkərək, ona ən sağlam bir həyat vasitəsi bəxş etmişdir – Quranı və Elçisinin Sünnəsini. Bu iki tükənməz çeşmədən faydalananlar hər dərdə çarə tapar – həm mənəvi və həm də cismani sağlamlıq əldə edərlər.
Amma bu saf mənbədən zaman-zaman ayrı düşən insanlar həmişə zillətə düçar olmuş, saysız-hesabsız xəstəliklərə məruz qalmış, bəzən də insanlar tərəfindən qarşısı alına bilməyən naməlum mərəzlər qarşısında aciz qalmışlar.
Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Hər dəfə xalq açıq-aydın əxlaqsızlığa qurşandıqda, onlara əvvəlki nəsillərə məlum olmayan xəstəliklər düçar olur”.
SPİD – Uca Allahdan insanlara cəza kimi verilmiş bir xəstəlikdir. Onun müalicəsi – birinci və sonuncu dəfə səmimi qəlbdən tövbə etməkdən və Allahın dininin ağuşuna qayıtmaqdan və habelə Onun müəyyən etdiyi dəlillərə müti olmaqdan və başqa sözlə desək, mümkün olduqca misilsiz müalicə vasitəsi olan qara zirədən istifadə etməkdən ibarətdir.
Tövsiyələr
Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) Sünnəsinə görə qara zirə ölümdən başqa bütün xəstəliklərin müalicə əlacıdır. O, Azərbaycan Respublikası ərazisində də yayılmışdır. Çətirçiçəklilər fəsiləsinə mənsubdur. Ölkəmizdə zirənin üç növü bitir ki, bunlardan adi zirə (qara zirə) təbabətdə istifadə edilir. Böyük Qafqazın şərq və qərb zonalarında (Quba, Qusar rayonlarında), Kiçik Qafqazın mərkəzində (Naxçıvan MR və Lənkəranda – Diabarda) yayılmışdır.
Qara zirədən təbabətdə dəmləmə, poroşoklar, ətirli su və efir yağları hazırlanır və onlardan xroniki mədə-bağırsaq xəstəliklərində - həzm prosesini yaxşılaşdırmaqda, köpmənin qarşısını almaqda, bağırsaq iltihabını aradan qaldırmaqda dərman kimi istifadə edilir. Qara zirə belə xəstəliklərin müalicəsində çox faydalı çarə hesab olunur.
Qara zirənin bir çay qaşığı yağını və ya toxumunu hər gün qəbul etmək çox tövsiyə edilir. Yağın ləzzətli olması üçün ona naringi şirəsi və ya yoğurt qatmaq olar. Bu yağın zahiri – sarğı və kompreslər şəklində dəriüstü tətbiqini də unutmamaq lazımdır.
Bir çay qaşığı qara zirə yarım stəkan su və bir xörək qaşığı balla qarışdırılaraq səhər və şam yeməyindən 15 dəqiqə öncə qəbul edilir. Hər dəfə qəbul edilməzdən qabaq şüşə qabdakı maye səylə çalxalanmalıdır. Uşaqlara yuxarıda qeyd olunan miqdarın yarısı verilir.
Qara zirə qəbul edilərkən müalicə edilənin xroniki xəstəliklərinin müəyyən qədər şiddətlənməsi ehtimal ola bilər. Bu, xəstə orqanizmin güclü stimul daşıyıcısı olan zirəyə qarşı adi reaksiyasıdır. Çünki qara zirə immun sisteminin fəallığına təkan verən tənzimləyici rolunu oynayır və orqanizmin müqavimətinin möhkəmləndirilməsi gedişində orqanizmdə sonadək sağalmamış xəstəliklərə qarşı müqavimət göstərməyə başlayır.
Ümumiyyətlə bütün hallarda orqanizminin ümumi möhkəmləndirilməsi qayğısına qalan hər bir şəxsə yeməkdən sonra 1 çay qaşığı qara zirə qəbul etməsi tövsiyə edilir. Bu gündəlik dozadır və onu artırmaq məsləhət görülmür.
Bəzən soruşurlar ki, qara zirənin yağı və ya toxumları daha faydalıdır?
Qara zirə yağı da, toxumu da, demək olar ki, bərabər ekvivalentlərdə təsirlidir.
Qara zirə və yağının müalicə
reseptləri
İzah:
1. Əvvəlcə xəstəliyin adı qalın şriftlə qeyd olunur, sonra isə imkan daxilində müxtəlif məxəzlərdən əldə etdiyimiz müalicə reseptləri, üsulları, qaydaları, qara zirə yağının və ya toxumlarının hazırlanması, miqdarı və sair məlumatlar verilir.
2. Xəstəliklər sıra nömrələri ilə düzülür. Lakin bu sıra nömrələri ikinci fəslin “Qara zirənin tətbiq edildiyi sahələr” başlığı altında verilmiş xəstəliklərin sırası ilə üst-üstə düşməyə bilər. Buna baxmayaraq göstərilən bütün xəstəliklər haqqında üçüncü fəsildə malik olduğumuz məlumatlar tam verilir.
3. Qara zirə qəbul edilərkən xəstəlik və ona məxsus müalicə qaydaları haqqında qeydlər diqqətlə oxunmalı və göstərilənlərə əməl olunmalıdır.
Reseptlərdən bəhs etməzdən öncə bir sıra məlumatlardan xəbərdar olmağınız da yerinə düşərdi. Belə ki, Qara zirə hüceyrələrdəki metabolizm fəaliyyətinə kömək edir. Hüceyrələrin inkişafı və yeniləşməsində qara zirəyə ehtiyac vardır. Bədənə lazım olan hormonların inkişafına təsir edir. Qara zirə allergiyanın yaranması ilə bağlı olan histamin kimi maddələrin artmasının qabağını alır. Hormonların yaranmasında iştirak etdiyi üçün möhkəm bir hormon müdafiəsi və sinir sisteminin fəaliyyətini təmin edir, immun blokadasının aradan götürülməsinə kömək edir, müdafiə hüceyrələrinin lazım olduğundan artıq iş görməsini əngəlləyir, hüceyrələrin məhv olması, yeniləşməsi və hüceyrə divarlarının möhkəmlənməsində iştirak edir, qanda xolesterolu normallaşdırır, qan damarlarındakı qanın sürətini tənzimləyir və tıxanmaların qarşısını alır, qan təzyiqini endirir, nəbzi normaya salır və ürəkdə ilk infarkt riskini azaldır, yaralanmış yerlərin tez yaxşılaşmasına və dərinin qüsurlarının aradan qaldırılmasına kömək göstərir.
İnsan orqanizmi doymamış yağ turşularının istehsal etmədiyi üçün onları xaricdən almağa məcburdur. 1 qram qara zirə yağı bu baxımdan gündəlik tələbatımızı təmin edir. Qara zirədəki niqellon və alfapinen kimi efirli yağlar tənəffüs borusunu genişləndirir, əzələlərin genişlənməsinin qarşısını alır. İfrazatı normaya salır və öskürəyi sakitləşdirir, iltihabı aradan qaldırır, ağrıları kəsir və sidiyi bayıra qovur. Uzun müddət ardıcıl qəbul edildikdə qara zirə qanda şəkəri aşağı salır.
Bu qədər ecazkar mahiyyətə malik və Allahın Peyğəmbərinin (ona Allahın salavatı və salamı olsun) tərifinə layiq olan qara zirə bundan öncə sadaladığımız özəllikləri ilə aşağıdakı xəstəliklərdə və çatışmazlıqlarda son dərəcə müsbət nəticələr almaq üçün faydalıdır.
(Xəstəliklər və onların qəbul edilməsi üçün zəruri olan proseduralara keçməzdən öncə deməliyəm ki, qara zirə toxumunu və ya yağını qəbul etməzdən əvvəl siqaret çəkən şəxslər siqareti atmalıdır.)
1.Baş ağrısı:
1 xörək qaşığı üyüdülmüş qara zirə, 1 xörək qaşığı üyüdülmüş cirə (anise seed) və 1 xörək qaşığı üyüdülmüş mixək qarışdırılaraq, yeməkdən öncə 1 çay qaşığı qəbul edilir. Əvvəlcə ağızda o qədər saxlanılır ki, yumşalsın və udulmaq üçün rahat olsun və bundan sonra udulur. Qarışığı qəbul edərkən qətiyyən üstündən su içilməməlidir.
Çay qaşığının yarısı qədər qara zirə yağını gündə iki-üç dəfə qəbul etmək.
2. REVMATİZM
Az miqdarda qara zirəni zeytun yağı ilə qarışdıraraq bir qədər qızdırmaq və tez-tez ağrıyan yerə çəkmək (sürtmək). Həmçinin yatmazdan qabaq qaynadılmış qara zirənin balla qarışdırılmış suyunu için.
3. ÜZDƏ DƏRİ XƏSTƏLİKLƏRİ
Gündə 2-3 dəfə yarım çay qaşığı qara zirə yağı için.
Yarım çay qaşığı qara zirə yağını 1 xörək qaşığı zeytun yağı ilə qarışdırın. Alınmış qarışığı üzə sürtmək və 1 saat saxladıqdan sonra su və sabunla yumaq.
4.BAŞ GİCƏLLƏNMƏSİ
Çaya qara zirə yağı qatıb içmək. Habelə yanaqların altına və boynun ardına qara zirə yağından sürtmək.
5.QULAQ AĞRISI
Yoluxduqda qulağa qara zirə yağından damcılamaq.
6. DOĞUŞ ZAMANI
Doğuş zamanı ağrıların yüngülləşdirilməsi üçün ən yaxşı vasitələrdən biridir. Qara zirə yağını balla qarışdırıb odda qızdırmaq və içmək.
7. ÜRƏK YANDIRMALARI:
Bir fincan qaynar südə bir neçə damcı qara zirə yağı damcılamaq, 1 çay qaşığı bal qatmaq və isti-isti içmək. Həm də çoxlu salat yemək məsləhət görülür.
8. DƏRİ XƏSTƏLİKLƏRİNDƏ:
Qara zirə yağının kiçik bir miqdarını götürüb bərabər miqdarda qızılgül suyu və 2 mislində buğda unu ilə qarışdırın. Sirkədə isladılmış əski parçası ilə dərinin xəstə səthini ovun, sonra isə hazırladığınız qatışığı ləngimədən dəriyə çəkin və günəş altında olmağa çalışın.
9. YüKSƏK QAN TƏZYİQİ:
Bu xəstəlikdə qara zirəni isti içki (çay, süd və s.) ilə qarışdırıb için və bədəninizi qara zirə yağı ilə ovuşdurun.
10.SİNƏDƏ AĞRILAR:
Qaynar suya 1 xörək qaşığı qara zirə əlavə edin və ondan qalxan buxarı nəfəsinizlə udun. Yatmazdan əvvəl başınızı bağlayın.
11. GÖZ AĞRISI:
Qara zirə yağını yatmazdan qabaq gözünüzün (və ya gözlərinizin) ətrafına sürtün və bir-neçə damcı qara zirə yağı qarışdırılmış isti çay için.
12. XORA:
1 fincan bala 10 damla qara zirə yağı qarışdırın. Hər gün səhərlər ac qarına alınmış qatışıqdan bir qaşıq için. Sonra 1 stəkan süd için. Fasiləsiz olaraq 2 ay bunu davam etdirin.
13. XƏRÇƏNG:
Qara zirə yağını yoluxmuş sahəyə çəkin. Habelə, gündə 3 dəfə 1 çay qaşığı qara zirə yağı və 1 stəkan yenicə sıxılmış yerkökü şirəsindən ibarət olan içki için (içməzdən öncə mayeni silkələyin ki, qarışsın). Belə qarışığı 3 ay qəbul edin.
(Məlumatın alındığı mənbədə rəvayət edilir ki, bir qadın boğazında çıxmış xərçəng şişini məhz qara zirənin köməyi ilə müvəffəqiyyətlə sağaltmışdı!)
Habelə, qara zirəni sarımsaqla qəbul etmək məsləhət görülür.
14. TƏNBƏLLİK:
Qara zirə yağının 10 damcısını 1 stəkan portağal şirəsinə qarışdırın və alınmış içkini 10 gün ərzində yuxudan durandan sonra qəbul edin. Bu zaman ən vacib olan: sübh namazından sonra yatmamaqdır.
15.YADDAŞIN YAXŞILAŞDIRILMASI:
7 damcı qara zirə yağını qaynama dərəcəsinə çatdırılmış nanəyə damcılayıb onu balla qarışdıraraq istənilən vaxtda isti-isti içmək. Eyni zamanda kofe və çay içməkdən çəkinmək məsləhətdir.
16.ASTMA:
Xəstənin sinəsini zeytun yağı ilə qarışdırılmış qara zirə yağında ovmaq (1 = 5 nisbətində, bütün hallarda: 1-ci rəqəm zirə yağını, ikinci rəqəm başqa komponentləri bildirir, yəni 1 hissə zirə və 5 hissə zeytun yağının qarışığı). Qara zirə yağının buxarını udmaq və çay qaşığının ¼ dilin altında saxlamaq tövsiyə edilir.
17.ŞƏKƏR XƏSTƏLİYİ:
1 stəkan qara zirə toxumunu, 1 stəkan vəzəri toxumunu və yarım stəkan nar qabığını qarışdırıb, onları toz halına gətirilənədək döymək. 1 ay ərzində səhər yeməyindən qabaq bu tozun yarım qaşığını 1 çay qaşığı qara zirə yağı ilə qəbul etmək.
18. QULAQ AĞRISI:
1 diş təzə sarımsağı 3 gün ərzində 1 unsiya qara zirə yağında islatmaq. Alınmış qarışıqdan bir neçə damcı bilavasitə ağrıyan qulağa damcılamaq və qulağın ətrafını da masaj etmək.
19. DİAREYA:
1 çay qaşığı qara zirə yağını 1 fincan yoğurt ilə qarışdırmaq. Alınan qarışığı gündə 2 dəfə 3 gün ərzində qəbul edin.
20. ƏZƏLƏ AĞRILARI:
Əzələ ağrılarının müalicəsi üçün öncə acqarına 5 diş sarımsaq yeyin. Bundan bir saat sonra dəmlənmiş 1 stəkan darçın çayına 5 damcı qara zirə yağı damcılayıb qəbul edin. Zeytun yağı ilə qarışdırılmış bir qədər qara zirəni azca qızdıraraq ağrılı yerə tez-tez çəkin. Habelə yatmazdan öncə qaynadılmış qara zirənin balla qarışdırılmış qarışığını için.
21. GÖZ AĞRISI:
Resept N 1:
Kompres qoymaq: 1 stəkan qara zirə toxumunu 8 unsiya suda qaynadmaq və 10 dəqiqə ərzində soyutmaq. Sonra onu ələkdən keçirmək. 2 pambıq tamponunu hazırlanmış həmin məhlulda isladıb ağrıyan gözün üstünə qoyub 10 dəqiqə saxlamaq.
Resept N 2:
Yatmazdan qabaq gicgahları qara zirə yağı ilə ovmaq.
22. YUXUSUZLUQ:
1 çay qaşığı qara zirə yağını balla və ya çayla qarışdırmaq və şam yeməyindən əvvəl qəbul etmək.
23. ÜRƏK BULANMASI:
Üyüdülmüş qara zirə toxumunun 1 çay qaşığını mentol həliminə əlavə edib gündə 3 dəfə qəbul etmək.
24. DİŞ AĞRISI:
Resept N 1:
Üyüdülmüş qara zirəni zeytun yağı ilə qarışdırıb onları yumşaq kütlə halına gətirmək və ağrıyan dişə (dişlərə) yaxmaq.
Resept N 2:
8 unsi alma sirkəsini 2 xörək qaşığı üyüdülmüş qara zirə bişirib süzgəcdən keçirmək. Alınmış maye ilə dişləri bir-neçə gün ərzində qarqara etmək.
Resept N 3:
Ağrıyan dişə (yerə) 1-2 damcı qara zirə yağı sürtmək.
25. MƏDƏ QAZLARININ İFRAT YARANMASI
Resept N 1:
Döyülmüş qara zirə, şirin şüyüd və istiotlu nana toxumlarından bərabər miqdarda qarışdırmaq, 3-7 damcı qara zirə yağı əlavə etmək və balla şirinləşdirib qəbul etmək
Resept N 2:
Kompres hazırlamaq. Kompresi alma sirkəsi və qara zirə yağında isladıb qarnın üstünə qoymaq.
26. QUSMA:
Qusmanın qarşısını almaq üçün 1 çay qaşığı üyüdülmüş qara zirəni mentol həliminə qarışdırıb gündə 3 dəfə qəbul etmək.
27. BADAMCIQLARIN İLTİHABI:
Yarım litr suda 10 qram (2 çay qaşığı) qara zirə toxumunu bişirmək və süzgəcdən keçirmək. Boğazı dündə 2 dəfə qarqara etmək.
28. ÖD KİSƏSİ DAŞLARI:
Üyüdülmüş qara zirə toxumlarını balla qarışdırıb qəbul etmək öd kisəsində yaranmış daşların əriməsinə səbəb olur.
29. BÖYRƏKLƏRDƏ DAŞ:
Böyrəklərdə yaranmış daşların ovulub düşməsinə qara zirə ovuntusu ilə balı qarışdırıb içmək kömək edir.
30. İŞ QABİLİYYƏTİNİN ARTMASI
Qara zirənin qəbulu iş qabiliyyətini və orqanizmin həyat fəaliyyətini (tonusunu) yüksəldir.
31.BƏLĞƏM
Bəlğəmi aradan qaldırmaq üçün qara zirəni limon şirəsi ilə qarışdırıb (bir qədər bal və şəkər əlavə edib) içmək.
32.AĞCAQANAD VƏ BAŞQA HƏŞƏRATA
QARŞI
Qara zirənin tüstüsü ağcaqanadları və başqa həşəratları uzaqlaşdırır.
33. ƏT XALLARI
Ət xallarına qarşı qara zirə kömək edir. Qara zirə ovuntusunu və ya yağını tənziflə xala bağladıqda onların inkişafının qarşısını alır və dərinin təmizlənməsinə səbəb olur.
34. TÜKLƏRİN TÖKÜLMƏSİ:
Üyüdülmüş qara zirə, vəzəri, bir qaşıq zəif sirkə və bir stəkan zeytun yağı götürüb onları xəmirəbənzər kütlə halına gələnə qədər qarışdırılır. Hazırlanmış kütləni başa yaxır və başın dərisinə yedirdirlər. Bu qaydada əməliyyat hər gün axşamlar təkrar olunur və sonra baş isti su və yuyucu vasitələrlə yuyulur.
35.BİTLİLİK:
Yaxşıca üyüdülmüş qara zirə toxumları krem kimi bir maddə alınması üçün lazım olan miqdarda sirkə ilə qarışdırılır və qırxılıb hazırlanmış başa yaxılır və yaxud başı qırxmaq istəmədikdə başın dərisinə elə sürtülür ki, dəriyə və tüklərin dibinə çatsın. Sonra günəş altında 15 dəqiqə dayanmaq lazımdır. Günəş şüalarının başa düş düşməsi arzu edilir, yəni günəş zenitdə olduqda bu əməliyyat daha əlverişli nəticə verir. Başı yaxın 5 saat ərzində yumaq məsləhət görülmür. Bu əməliyyatı 1 həftə təkrar etmək.
36.DAZLAŞMA:
Yaxşıca üyüdülmüş qara zirə toxumu, 1 stəkan zəif sirkə və 1 çay qaşığı sarımsaq suyu götürüb kreməbənzər hala gələnə qədər qarışdırmaq. Sarğı kimi qırxılmış başa bağlamaq və axşamadək saxlamaq. Sarğını açdıqdan sonra həmin sahəni qara zirə yağı ilə yağlayın və bu proseduranı 1 həftə təkrar edin.
37. DƏMROV:
Dərinizin dəmrov düşmüş sahəsinə bir neçə gün ərzində gündə 3 dəfə (Allahın rizası ilə) sağalana qədər qara zirə yağı sürtün.
38.CÜZAM:
1 qaşıq xına, qara zirə toxumu və üyüdülmüş quru buqələmun dərisini zəruri miqdarda zəif sirkə məhlulu ilə qarışdırın ki, kreməbənzər kütlə alınsın. Bu qarışıq melanini dəriyə qaytarmaq keyfiyyətinə malikdir. Bu proseduranı ay ərzində davam etdirin, Sarığı gecədən səhərə qədər saxlayın, gündüz günəşin düz düşən şüaları altında gəzin.
39.SINIQLAR:
Bədəndə sınıqların tezliklə bitişməsi və sağalması üçün (heç olmasa günaşırı) mərci bozbaşı yeyin. Ona yumurta, soğan və 1 xörək qaşığı qara zirə toxumu əlavə edin. Bir də, sınıq yerinə qoyulmuş sarğının kənarlarından görünən yerlərə əlavə olaraq qara zirə yağı çəkin (sürtün). Sarğı açılıb götürüldükdən sonra, sınıq yerlərinə istiləşdirilmiş qara zirə yağı sürtüb masaj edin.
40.DAŞLAR:
Bir fincan üyüdülmüş qara zirəni bir stəkan təbii balla qarışdırın və ona ət maşınında çəkilmiş 3 diş sarımsaq da qarışdırın. Hər gün yeməkdən qabaq hazırladığınız qarışığın üçdə bir hissəsini qəbul edin. Qəti təklif olunur ki, bundan sonra hökmən bir neçə limon dilimini qabığı ilə yeyəsiniz. Bu, daşların düşməsinə səbəb olacaqdır.
41. SİDİK İFRAZININ ÇƏTİNLƏŞMƏSİ:
Hər gün yuxudan qabaq qasıq sahəsini qara zirə yağı ilə yağlayın və qara zirə yağını balla qarışdırıb isti-isti için.
42.SİDİYİN QEYRİ-İXTİYARI İFRAZI:
Təmizlənmiş yumurta qabığı götürün, bərk qızdırıb toz halına gətirin, sonra onu qara zirə toxumları ilə qarışdırın. Bir həftə ərzində hər gün hazırlanmış poroşokdan bir stəkan südə bir çay qaşığı əlavə edib için.
43.DALAQ:
Üyüdülmüş qara zirə toxumlarından və zeytun yağından ibarət qarışığı axşam çağı qızdırın, sonra onu qızdırma vasitəsi kimi sinə qəfəsindən aşağı sol böyür üstə qoyun.
44. SOYUQDƏYMƏ:
1 stəkan suya 1 xörək qaşığı qara zirə yağı tökün və od üstə qoyun. Su qaynayanda başınızı dəsmalla örtüb buxarı nəfəsinizə çəkin. Bu proseduranı yatana yaxın keçirin. Həmçinin səhər və axşam üyüdülmüş qara zirə toxumları ilə kəklikotundan dəmlənmiş bir stəkan çay için.
45.ÜRƏK SAĞLAMLIĞI:
Ürəyinizin sağlamlığı üçün mümkün qədər daha çox və daimi olmaq şərtilə qara zirəni istənilən formada təbii balla qəbul edin.
46.BÖYRƏK SANCILARI:
Cirə, nana və kumini bərbər miqdarda götürüb yaxşıca dəmləyin, bir qədər bal qatıb şirinləşdirin və 7 damcı qara zirə yağı əlavə edin. İsti-isti için və həmçinin ağrıyan yerə qara zirə yağından sürtün. Ağrı, Allahın köməyi ilə, çox keçməyən bir müddətdən sonra sakitləşəcəkdir.
47.İSHAL:
Vəzəri şirəsinə qara zirə qatın və hər gündə 3 dəfə 1 stəkan qəbul edin. İslah elə səhərisi gün və ya bir qədər əvvəl kəsilməlidir. Qəbzlik olmaması xatirinə bu qatışığın qəbulu ilə müalicəni dərhal kəsmək lazımdır.
48. YÜKSƏK TURŞULUQ:
Bir neçə damcı qara zirə yağını bir stəkan isti südə damızdırın, ona istədiyiniz qədər bal və ya şəkər qatın və için.
49. BİLQARSİOZ – SİDİK YOLLARININ
XƏSTƏLİYİ
Bu xəstəlik sidik yollarının parazit helmintozlarla yoluxmasından törəyir. Hər gün 1 qaşıq qara zirəni səhər və axşam (bir tikə çörək və pendirlə) yeyin. Yatmazdan əvvəl sağ böyrünüzə qara zirə yağı çəkin. Bu proqramı sonrakı üç ayda da yerinə yetirməyiniz tövsiyə edilir.
50. BAĞIRSAQ QURDLARI:
Bir qaşıq qara zirə yağı, 3 diş sarımsaq, 1 qaşıq zeytun yağı, bir qədər ədviyyat və 10 ədəd boranı tumu götürüb, çörək arasına qoyub hər səhər qaynadılmış suda saxlanmış şüyüdlə yeyin.
Tarix: 14.04.2013 / 14:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1006 Bölmə: Maraqlı melumatlar