Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Görəsən niyə?

Rəbbim mənə xoşbəxt ömür nəsib etdi, ömrümün qızıl günləri saatlara bərabər oldu.İllərimi sanki günlər içində itirdim.Amma qədrini bilmədim.Görəsən niyə?O zaman ki, yaşa doldum.Artıq geridə buraxdığım izləri bəzən sevinc, çox vaxt isə peşmanlıq hissi ilə xatırladım.Gənclik illərində çox asanlıqla gördüyüm işi artıq edə bilməmək məcburiyyətində qaldım.Bax, bu zaman anladım.Zamanın mənə hədər verilmədiyini, mən isə onları hədər etdiyimi.Artıq geriyə yol da yox idi.Geriyə dönsəydim belə, nəyi dəyişəcəkdim axı?!

Sağlam idim.Xəstəliyin nə olduğunu belə bilmirdim.Sanki heç vaxt xəstələnməyəcəkdim kimi yaşayırdım.Burada da sağlam keçən günlərimin qədrini bilmədim. Görəsən niyə?!

Lakin bir gün Rəbbim məni ağır bir xəstəlik ilə sınağa çəkdi.Sağalmağıma ümid belə yox idi.Bu zaman sağlam ikən oxuyub dərk etmədiyim, Rasulullahın (sas) bu sözlərini indi dərk etmişdim:

-“Sağlamlığınızdan xəstələnəcəyiniz günə qədər istifadə edin!”

Lakin Rəbbimə dua edib, şəfa diləyirdim.Çünki artıq həkimlər məndən, mən də onlardan əlimi üzmüşdüm.Həyatımdan ümidimi kəssəm də, Allahu təalədən ümidimi kəsməmişdim.Çünki bir gün Qurani-Kərimdən bu ayələri oxumuşdum:

-“Allahdan ümidinizi üzməyin.Çünki kafirlər toplusundan qeyrisi Allahdan ümidlərini üzməzlər!” (Yusif surəsi,87)

Rəbbim mənə çox şey nəsib etdi.Lakin az şükür etdim.Az şükrümlə bərabər Ondan çox şey diləyirdim.Mən nankorluq etdim, O isə böyük lütf sahibidir.Namazlarımı qəza etdiyim də düşünürəm, bu an Rəbbim canımı alsa, o zaman nə edəcəyəm? Rəbbimin hüzuruna necə çıxacağam? O isə böyük lütf sahibidir.Hələ də mənə möhlət verir.

Lakin bilirəm.Bu möhlətin də bir sonu olacaqdır.

Məscidimizə çox az gedirdim.Getmək istədikdə çox vaxt “Eh, məscid daim açıqdır, hər bir vaxt gedə bilərəm.Qoy işlərimi bitirim sonra gedərəm.” –deyə düşünürdüm. Amma düşündüyüm boşa çıxdı. Rəbbim qədrini bilmədiyim evini üzümə qapatdı.

Ömrümdən su kimi axan illər həyatımda çox izlər buraxdı, çox şeylər öyrətdi.Amma bir şey öyrəndimsə xoş mənim halıma...

Bəli. İndi çoxları qəflət içindədir.Onların qapısını döyüb “Ey qafil, oyan!” deyən də yoxdur. Çoxları oxuyaraq,öyrənərək İslam dinini qəbul etmişdir.Yoxsa bizim əxlaqımıza, davranışımıza, yaşayış tərzimizə, xarici görünüşümüzə baxsaydılar nə İslamı qəbul edər, nə də Allah rzası üçün hərəkət edərdilər.

Axı görəsən niyə, insan ona əmr ediləni yerinə yetirməkdə bu qədər səhlənkarlıq edir.Axı sən Allahu təalə tərəfindən yaradıldığını anlayırsan,dərk edirsən, amma fərqinə varmırsan.Düşünmürsən, bu dünyanın aldadıcı gözəlliyi fanidir.Axı əbədi dünya neməti haqda eşitmisənmi? Xeyr! Elə isə bu bir gün məhv olub gedəcək, fani gözəlliyin niyə ardınca düşmüsən.

Görəsən niyə, insan bir neçə anlıq zövqü əbədi zövqdən üstün tutur.Axı Axirət həyatı sənin üçün daha önəmlidir.Bilmirsənmi bu dünyada nəyi əkdinsə, onun bəhrəsini də Axirətdə görəcəksən.Ona görə əgər üstümüzə müsəlman adını, mömin adını alıb daşıyırıqsa onun məsuliyyətini hiss etməliyik.Daim imanımızı artırmağa çalışmalıyıq.

Vaxtımızı boş yerlərə sərf etməməli, dünya və Axirətdə fayda verəcək elm öyrənməklə keçirməliyik.Necə deyərlər “vaxt qılıncdır.Sən onu kəsməsən, o səni kəsəcəkdir.”

Allahu təalə bizi daim nəfsimizi hesaba çəkənlərdən etsin və bütün müsəlmanları dinində sabit etsin.Amin


Tarix: 11.04.2013 / 20:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 390 Bölmə: Maraqlı melumatlar
loading...