Allah taala buyurur: “İnsanların eləsi vardır ki, onun dünya həyatı haqqındakı sözləri sənin xoşuna gələr. O, qəlbində olana da (dili ilə ürəyinin bir olmasına) Allahı şahid göstərər. Halbuki, o, düşmənlərin ən qəddarıdır. (O şəxs səndən) ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli (islam cəmiyyətini) məhv etməyə çalışar. Halbuki, Allah fitnə-fəsadı sevməz! Ona: "Allahdan qorx!" - deyildiyi zaman lovğalıq onu günah törətməyə vadar edər. Beləsinə cəhənnəm kifayətdir. Ora nə pis məskəndir!” (əl-Bəqərə, 204-206)
Aişədən (Allah ondan razı olsun!) rəvayət olunan hədisdə rəsullah (s) buyurur: “Həqiqətən, Allah qatında ən kinli olan insan, qəlbində sərt düşmənçilik hissi yaşadandır”. (Buxari 5/106 Müslim 4/2054) Sərt kəlməsi böyük və şiddətli ədavət hissidir. Düşmənçilik isə ətrafında olanlara və ya olmayanlara qarşı sərt mövqe nümayuş etdirmək, haqsız olaraq və haqqı qəbul etmədən onlara zərər yetirmək anlamına gəlir. (Bax; İbn Əsirin “Camiul usul” 2/752 “Fəthul Bari” 13/2166)
Cabir (Allah ondan razı olsun!) rəsulullahın (s) belə buyurduğunu rəvayət etmişdir: “Şeytan Ərəbistan yarımadasında namaz qılanların ona ibadət etməsindən artıq ümüdünü üzüb. Lakin, onlar arasında fitnə-fəsad törətmək istəyindən hələ əl çəkməmişdir”. (Müslim 4/2166) Həqiqətən, şeytan müxtəlif vasitələrdən istifadə edərək namaz qılanlar arasına düşmənçilik, ədavət və kin salmaqla onları bir-biri ilə müharibəyə və çaxnaşmaya sürükləyir. (Bax; İbn Əsirin “Camiul usul” 2/752, “Fəthul Bari” 13/181)
Əbu Hureyrədən (Allah ondan razı olsun!) rəvayət olunan hədisdə Allahın rəsulu (s) buyurur: “Həqiqətən, Allah təkəbbürlü, kobud, bazarlarda cilddən cildə girən, gecə leş, gündüz uzunqulaq olan, dünya işlərindən xəbərdar axirətdən isə xəbərsiz olanların hamısına qəzəblənər”. (Beyhaqi “əs-Sünənul Kubra” 10/194 İbn Hibban “Məvarid” 1975 səh 485 Bax; “Səhihul Cami” 1874, 2/144 “Səhih hədislər toplusu” 195, 1/171) Təkəbbürlü, kobud və kinli olan insanlar başqalarına nifrət edərlər. Allah da onlara bu xislətlərinə görə qəzəblənər. Həmçinin, peyğəmbər (s) hədisdə qeyd etdiyi leş və uzunqulaq sözləri ilə gündüz uzunqulaq kimi işləyib gecə hərəkətsiz leş kimi yatan Allahdan uzaqlaşdıran dünya üçün var güclə çalışıb Ona yaxınlaşdıran axirət barəsində fikirləşməyi tərk edən insanları nəzərdə tuturdu. (Bax; “əl-Əhədisus Səhihə” 1/172, “Feydul qadir şərhul Camius Sağir” 2/285)
Rəsulullah (s) başqa bir hədisdə belə buyurur: “Həqiqətən, Allah pis və həddini aşan insanları sevməz”. (Buxari “Fəthul Bari” 10/452 Müslim 4/2002 Əbu Davud 4/251) Pis və həddini aşan insanlar ona aid olmayan işlərə dil uzadan, nalayiq ifadələr işlədən özündən razı insanlardır. (Bax; İbn əl-Əsirin “Camiul usul” 11/739 “Feydul qadir şərhul Camius Sağir” 2/285)
Başqa bir hədisdə rəsulullah (s) üç dəfə təkrarlayaraq “Inadkarlar həlak oldular” buyurdu. (Müslim 4/2055) Burada işlədilən Inadkarlar hər şeyi bəyənmiyən, özündən razı, sözlərində və əməllərində hədlərini aşan kimsələrdir. (Bax; “Şərhun Nəvəvi”, İbn əl-Əsirin “Camiul usul” 11/733)
Həmçinin, rəsulullah (s) buyurur: “Həqiqətən, Allah o insanı sevməz ki, o, inəyin öz dili ilə qatib-qarışdırdığı kimi, o da başqalarının işini qatıb-qarışdırar”. (Tirmizi 5/141 Əhməd “Müsnəd” 2/165, 187 Bax; “Səhihut Tirmizi” 2/375) Həqiqətən də, inək qidalanarkən dilini dişlərinə və ağzına sürtür və fırladır. Insan da pis niyyətli, qəlbi nifrət və kinlə dolu olanda hər vəclə hər şeyi bir-birinə qatır. Onun dili həm özünə, həm də yaşadığı topluma bəla olur. (Bax; Əbdürrauf əl-Munəvinin “Feydul qadir şərhul Camius Sağir” 2/283)
Tarix: 15.04.2013 / 20:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 181 Bölmə: Maraqlı melumatlar