Sual: Kim itaət edilməyə daha layiqdir: ər yoxsa ərin anası? Əgər kişinin anası göstəriş verirsə və ər isə başqa göstəriş verirsə qadın kimə tabe olmalıdır? Nəzərə alsaq ki, ər və arvad ərin atasının evində yaşayırlar. Ərin ata və anası oğullarına arvadının bir şey etməsini söyləyirlərsə və ər də buna etiraz edərsə necə? Belə olduğu halda qadın ərinin etirazlarına rəğmən qaynana və qaynatasına qulaq asmağa məcburdurmu?
Cavab:
Həmd Allaha məxsusdur.
Şəriətdəki bir çox mətnər dəlalət edir ki, qadının ərinə tabe olması onun digər insanlara tabe olmasından öncə gəlir, üstünlük təşkil edir. Hətta qadın öz valideynlərindən də öncə ərinə tabe olmalıdır. Elə isə digər insanlar necə?
Şeyxu-l İslam ibn Teymiyyə, Allah ona rəhmət etsin, demişdir: Qadın ərə getdikdə ərinin onun üzərindəki hüquqları, haqqı qadın və onun valideynlərin haqqından daha çoxdur. Qadının ərinə tabe olması daha vacibdir.
Həmçinin demişdir: Qadın evindən bayıra yalnız ərinin icazəsi ilə çıxmalıdır. İstər atası, istər anası, istərsə də başqa kimsə ondan bunu xahiş etsə belə fərq etməz. Bu imamların vardığı yekdil rəydir. Sitatın sonu.
Məcmu əl-Fətəvə, 32/361
Deməli, ərin ata və anasının onun zövcəsi üzərində hər hansı əmr vermək səlahiyyəti, hüququ yoxdur və qadın onların verdikləri əmrlərə tabe olmaq məcburiyyətində deyil, istər ər bunu bəyənsiin və yaxud bəyənməsin. Bu məsələdə ən uzağı onu söyləmək olar ki, qadın məsləhətdir ki, qaynatası və qaynanasının istəklərinə cavab versin, tələb olunan qədər onlar ilə xoş davransın və imkan daxilində, bacardıqca onlar ilə yaxşı münasibət qursun, lakin bunları edərkən baxmalıdır ki, bunlar ərinə itaət məsələsi ilə ziddiyyət təşkil etməsin.
Daimi Heyətin alimləri demişdirlər: İslam şəriətində qadının qaynanasına kömək etməyə məcbur olduğuna dair heç bir dəlil yoxdur. Sadəcə bütün bunları xoş münasibət, davranış çərçivəsində və imkan daxilində ərinə yaxşı davranmaq baxımından və ərinə qarşı vəzifələrinə hörmətlə yanaşmaq baxımından etməlidir.
Daimi Heyətin Fətvaları, 19/264, 265
Belə olduğu halda, hikmətli və ağıllı, dərrakəli ərin üzərinə ata-anası ilə söz söhbətin yaranmaması üçün həyat yoldaşına yardım etmək vəzifəsi düşür. Evliliyin başlanğıcından bu məsuliyyəti öz üzərinə götürməli və onların arasını islah edərkən gözəl davranmağa çalışmalı və onların arasında söz-söhbətin qarşısını almağa cəhd etməlidir.
Özü və zövcəsi üçün ayrıca mənzil olarsa bax bu onun etməli olduğu bir vəzifədir və yaxşı münasibətlərin davam etməsi və başağrılarından uzaq olmaq üçün bu daha yaxşıdır.
Ən doğrusunu Allah bilir.
Tarix: 02.04.2013 / 20:42 Müəllif: *Beyaz_Gul* Baxılıb: 191 Bölmə: Maraqlı melumatlar