Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sərxoşedici maddələr

O, ağlı sərxoş edən və örtən, yemək, içmək, narkotiklər kimi qoxu və iynə yolu ilə qəbul edilən hər bir maddədir.
Sərxoşedici maddələr bütün pisliklərin anasıdır. Allah taala Qurani Kərimdə onu haram edərək buyurur:
"Ey iman gətirənlər! Şərab da (sərxoşedicilər də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!" (əl-Maidə: 90).

Peyğəmbər  hədislərin birində buyurur:
"Çox miqdarı sərxoş edənin (maddənin və s.) azı da haramdır"
( Əbu Davud: 4\ 87\ ? 3681. Tirmizi: 4\ 258\ ? 1865. Ibn Macə: 2\1125\ ? 3393. Hədis səhihdir.)

Sərxoşedici təhlükəli dərdlərdəndir. Onun dini, maddi, cismani və s. zərərləri vardır. Bunlardan aşağıdakıları göstərmək olar:
Birinci: Dini zərərləri;
1. Bu işlərlə məşğul olanlar Allah taaladan uzaqdırlar. Onlar Allahın qəzəbinə düşmüş insanlardır. Peyğəmbər  buyurur:

"Kim şərab (sərxoşedici) içərək ölərsə, Allah taala ona cəhənnəm sakinlərinin içkisi olan irin içirdər"
(Müslim: 3\ 1587\ ? 2002.)

2. O, namaz qılmağa mane olur. Çünki şərab içən adam ağlını itirmiş və yaxud zehni zəifləmiş olur və onun belə halda namaz qılması doğru deyildir. Əslində onun ağlı bunu qavramır. Bu haqda Allah taala buyurur:
"Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər namaza (namaz qılınan yerə) yaxınlaşmayın..." (ən-Nisa: 43).
Ikinci: Maddi zərərləri;
Içki və ya hər-hansı sərxoşedici maddə faydalı qidalardan deyildir. O pis və şər məhsul sayılır. Ona pul xərcləmək malını havaya sovurmaq və israfçılıqdır.
Üçüncü: Cismani zərərləri;
Əvvəldə dediyimiz kimi, şərab bir dərd və zəhərdir. Onu qəbul etmək bir çox cismani, əqli və ruhi xəstə¬liklərə səbəb olur. Belə xəstəliklərdən aşağıdakıları demək olar:
1. Sərxoşediçi maddə böyrəkləri tələf edir. Içki içən adamların böyrəkləri içməyənlərə nisbətən daha böyük olur. Bu nisbət (6\1 və ya 8\1) kimi ölçülür. Həmçinin içki qanın tərkibində xolestirolun çoxalmasına səbəb olur. Onun həmçinin beyinə və sinir sisteminə göstərdiyi mənfi təsir açıq-aşkar görünür. Onu içən öz hərəkətlərini və danışığını idarə edə bilmir. Kim içkini uzun müddət çox içərsə, onun əzaları öz tarazlığını itirər və bu onun üçün davamlı xəstəliyə çevrilər. Nəticədə tarazlığını və sərbəst nitq qabiliyyətini itirər və s. kimi xəstəliklərə düçar olar. Bəzi tədqiqatlar göstərir ki, Avropa xəstəxanalarında hər üç çarpayıdan birində içkiyə görə xəstəliyə düşənlər yatırlar. Yəni, xəstələrin 3\1 hissəsi alkaqoldan xəstələniblər. Həmçinin ağlını itirmiş xəstələrin yarısını alkaqoliklər təşkil edir. Kaliforniya universitetinin tibbi elmi araşdırmalar mərkəzinin verdiyi məlumata görə ABŞ-ın ştatlarında içki (sərxişedicilər) siqaretdən sonra ikinci qatil sayılır. Uyuşdurucu maddələr hər il 100.000. adamın ölümünə səbəb olur. Həmçinin yol qəza hadisələrinin yarısı da içkiyə (sərxoşediciyə) görədir.
Britaniyada çap olunan Lafest jurnalı yazır: “Hər il Britaniyada 200.000. adam sərxoşedicələrdən ölür. Içkidən dəymiş tibbi xəsarətlər hər il 1.000.000. cüneyhə bərabərdir. Ümumiyyətlə sərxoşedicilərdən istifadə zamanı dəyən xəsarətin bir illik zərəri isə 20.000.000. cüneyh miqdarındadır.
Dördüncü: Ictimaiyyətə və əmin-əmanlığa dəyən ziyanları;
Içki, insanın əlindən onu digər canlılardan fərqləndirən ağılı alır. Insan içkini içdikdə onun ağlı qapanır və etdiyi hərəkətlərin qaydasını itirir. Onun nə ağlı, nə də hissiyyatı qalır. Ona görə də içki boşanmalara, ailəyə və uşaqlara əziyyət verməyə əsas olan amillərdəndir. Belə insan özü də bilmədən ailəsini döyər, onlara xətər yetirər. Onun ağlı başında olmadığına görə etdiyi hərəkətlərin fərqinə varmaz. Həmçinin içki müxtəlif cina¬yət¬¬lərin səbəbkarıdır. Bəziləri sərxoş olarkən öz ailəsini və uşaqlarını öldürmək həddinə gəlib çatır. Belə halda hətta özünü də öldürə bilər. Çünki içki onun ağlını əlindən almışdır.
Içkili adam öz ailəsini ruhi xəstəliklərə doğru sürükləyir. O, içkili olduğu halda övladlarının onunla davranışları onlara mənfi təsir göstərir.
"Safe Food" kitabında deyilir: Britaniyada baş verən cinayətlərin yarısını sərxoşlar edir. Yol qəza hadisələrinin 3\1, uşaqlara qarşı zorakılıq hallarının 5\1, ev hadisələrində ölənlərin və 3\1 yanğınlarda ölənlərin yarı hissəsi içkiyə görə baş verir. Bu lənətlənmiş içki nə qədər bədbəxtçiliklərə səbəb olmuş, nə qədər mal-dövləti tələf etmişdir!
Beşinci: Iqtisadi zərərləri;
Içkinin iqtisadiyyata da mənfi təsiri vardır. Şərab zavodlarının sahibkarları içkinin satışından faydalansalar da, digər orqanlar: səhiyyə, ümumi və xüsusi yardım mərkəzləri, sığorta şirkətləri, fərdlər və s. hamı bundan zərər çəkir. Onlar, içkinin verdiyi ziyanların qarşısını almaq üçün külli miqdarda pul xərcləyirlər. Həmçinin bu səbəblə zərər çəkənlərə də çox zərər dəyir. Britaniyada nəşr olunan jurnalların birində deyilir: Içkidən dəyən birillik tibbi ziyan 640.000.000. funt-sterlinqə bərabərdir. Ümumən sərxoşedi¬ci¬lər¬dən dəyən birillik ziyan isə 20.000.000. funt-sterlinqə bərabərdir.
Amerikanın təbabəti haqda yazılan kitabların birində deyilir: Sərxoşedicilərdən Səhiyyəyə dəyən illik ziyan 136.000.000. dollardır.
Içkiyə görə istehsalın azalması nəticəsində Amerikanın iqtisadiyyatına ildə 71.000.000. dollar zərər dəyir.
Bu, murdar içkinin dünya xalqlarına vurduğu ziyandır. Ağıllı insan dərk edir ki, hikmət və elm Sahibi olan Allah içkini öz məxluqatına mərhəmət olaraq haram etmişdir.


Tarix: 18.04.2013 / 14:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 237 Bölmə: Maraqlı melumatlar
loading...