Baykot və mühasirə tətbiqi
Müşriklər hər yolu sınamalarına baxmayaraq, bir şey əldə edə bilmədiklərini görürdülər. Haşim və Muttalib oğullarının da nə olursa olsun, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ı qorumadakı qərarlılıqları üzərinə Qureyş, Kinanə oğulları məclisində yığışaraq halhazırkı vəziyyəti fikirləşməyə başladılar. Uzun mübahisələrdən sonra, son dərəcə mərhəmətsiz bir qərar üzərində birləşib razılaşdılar. Qərara görə, bundan belə Haşim oğulları və Muttalib oğullarına baykot tətbiq olunaraq onlardan qız alıb verilməyəcək, alış-veriş edilməyəcək, onlarla qarışmaq olmayacaq, onlarla oturulmayacaq, evlərinə girilməyəcək, danışılmayacaq və Allahın elçisi Məhəmməd (Səllallahu Aleyhi və Səlləm)`i öldürməkçün onlara təslim etmədikləri müddətcə, əsla onlarla barış edilməyəcək və mərhəmət edilməyəcəkdi.
Bu andlaşmanı bir səhifəyə yazaraq, qüdsiyyət qazanması məqsədiylə Kəbəyə asdılar. Bu səhifəni Bağid bin Amir bin Haşim yazmışdı. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) bu şəxsin əleyhinə dua etmiş və səhifəni yazan əlləri iflic olmuşdur.
Qureyşin baykot qərarına gəlməyindən sonra, Haşim və Muttalib oğullarının müsəlman və kafir bütün mənsubları, Əbu Ləhəb istisna olmaqla, Əbu Talibin məhəlləsində yığışdılar. Əbu Ləhəb isə bundan sonra öz tayfası ilə bütün əlaqələrini kəsmişdir. Qureyşlilər tacirləri onlara bir şey satmaqdan çəkindirirdilər. Niyyətləri onları acından öldürmək idi. Müsəlmanlar çox sıxıntılı anlar yaşadılar. Acından ağac qabıqlarını, heyvan dərilərini yeyirdilər. Aclıqdan uşaq və qadınların qışqırıqları ətrafı inlədirdi. Ancaq, gizlicə bəzi qidalar əldə edə bilirdilər. Xədicənin qardaşı oğlu Hakim bin Hizam bəzən bibisinə gizlicə buğda gətirirdi. Müsəlmanlar və Haşim oğullarının digər fərdləri ancaq haram aylarda Əbu Talib məhəlləsindən çıxıb Məkkə xaricindən gələn karvanlardan alış-veriş edə bilirdilər. Ancaq, müşriklər bu tacirlərə də yüksək qiymətlər verərək, onların qida almalarına mane olmağa çalışırdılar. Allahın elçisi bütün bu çətin şərtlər altında belə tövhid dəvətini etməkdən geri çəkilmirdi. Xüsusilə də, Ərəb qəbilələrinin hər bir yerdən Məkkəyə axışdıqları Həcc mövsümlərində.
Tarix: 03.05.2013 / 19:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 111 Bölmə: Maraqlı melumatlar