Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rüşvətdən dolayı necə tövbə edim?

Sual-Bir kişi rüşvət alırdı. Sonra Allah təala onu doğru yola hidayət etdi. Əvvəllər rüşvət yolu ilə qazandıqları pulu nə etməlidir?

Cavab-Burada iki vəziyyət ola bilər:

1. Rüşvət ya zülm olunan, məzlum insanlardan götürülmüşdür. Bu insanlar öz haqqlarını əldə etmək üçün rüşvət təklif etməyə məcbur olmuşdurlar. Bu halda tövbə edən insan götürdüyü məbləği onalra qaytarmalıdır. Çünki onlardan rüşvət olaraq götürdüyü məbləğ məcbur etməklə və yaxud aldatmaqla əldə olunan pul hesab edilir.

2. Və yaxud, rüşvət onun özü kimi zalım bir insan tərəfindən o tövbə etməmişdən qabaq alınmışdır. (Yəni, kimsə məqsədinə rüşvət yolu ilə nail olmuşdur, halbuki bu onun haqqı olmamışdır). Bu məbləğ ona qaytarılmır. Bunun əvəzinə tövbə edən kəs bunu xeyirxah işlərdə, kasıblara və miskinlərə xərcləməlidir. Eynilə, insanların haqqlarını haqqı olmayan digər kəslərə verməklə, rüşvətdən istifadə etməklə ona nail olmaq üçün onlara (zülm olunan kəslərə) verdiyi zərərdən dolayı tövbə etməlidir.



Muhammad Saleh əlMunəccid


Tarix: 06.04.2013 / 15:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 55 Bölmə: Maraqlı melumatlar
loading...