Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ayrılmaq fiziki ağrı mərkəzinə təsir edir

Ayrılıq doğurdan da insana fiziki ağrı verir. Kolumbia Universitetinin psixoloqu Edvard Smit ayrılığın mənəvi ağrı ilə bərabər beyindəki fiziki ağrı mərkəzlərinidə fəaliyyətə keçirdiyini deyib.
Bunu müəyyən etmək üçün könüllülər üzərində kiçik bir araşdırma da aparılıb.

Belə ki, onlarla insana yaxın vaxtlarda ayrıldıqları sevgililərinin fotoları göstərilib və bu zaman beyinləri MR cihazı ilə çəkilib.

Nəticədə bəlli olub ki, ayrıldıqları şəxslərin fotolarına baxarkən yaşanan ağrı hissi qaynar fincan tutan zaman və ya dili dişləyən zaman yaranan hissə bənzəyir.


Tarix: 08.01.2015 / 17:52 Müəllif: Aziza Baxılıb: 18 Bölmə: Maraqlı Məlumatlar
loading...