Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kompyuter oyunları yaşlı insanların zehninə müsbət təsir göstərir

Yaşlı insanlar adətən yaddaşlarından şikayət edir, yadda saxlama qabiliyyətinin gəncliklərində olduğudan daha zəif olduğunu deyirlər. Həkimlər beyinin uzun müddət aktiv saxlanması üçün yaşlılara müxtəlif təlimlər təklif edir.

NeuroRacer adlı kompyuter oyunu yeniyetmələr arasında çox populyardır. Oyunçular enişli və yoxuşlu yollarla gedən avtomobilin sürətini coystiklə idarə edir.
Oyun zamanı avtomobili tez və dəqiq idarə edən oyunçu xal qazanır. Beləliklə, bu oyunda bir neçə iş eyni zamanda görülür.

Hazırda aparılan yeni araşdırmanın nəticəsi kompyuter oyunlarının yaşlı insanların zehninə müsbət təsir etdiyini göstərir. Kaliforniya Universitetinin San Fransisko bölməsindən Ann Lesli araşdırmada iştirak edənlərdən biridir. "Mən əvvəllər bir neçə işi eyni zamadna görə bildiyimlə fəxr edirdim. Indi isə tez-tez unuduram, çaşıram." deyə, o bildirir.

Adam Qazzali San-Fransiskodakı Kaliforniya universitetində aparılan araşdırma qrupuna başçılıq edir. Qrup 65 və daha çox yaşlardakı 16 insan üzərində təhqiqat aparıb. Qazzali deyir ki, insan beyni yaşadığı müddətdə inkişaf edə bilər.
"Bizim beynimizin müəyyən vaxtdan sonra ətraf mühitəki dəyişiklikləri qavraması bitmir və bu, yaşadığımız müddətdə davam edir. Bizim araşdırmaların nəticələri təlimlərin beyinə müsbət təsirini göstərdi."

Beləliklə, əgər uşaq və ya yeniyetmə yeni kompyuter oyunlarını öyrənə bilirsə, bunu 70-80 yaşlarında insan da edə bilər. Beyinin oyunu necə qavranıldığını bilmək üçün iştirakçının başına araqçın formalı papaq qoyulur.

Elmi işçi Hokin Anqera deyir ki, araşdırmalar göstərir ki, kompüter oyunları yaşlıların eyni zamanda bir neçə iş görmələrinə yardım edir. "Bizim apardığımız bu elmi araşdırmanın nəticəsi, NeuroRacer oyunlarında iştirak edən yaşlı insanların eyni zamanda bir neçə iş görmələrinə yardım etdiyini göstərdi.

Alimlər yaşlı beynin fəaliyyətinin gücləndirilməsi üçün daha geniş araşdırmalar aparılmalı olduğunu deyir.


Tarix: 08.01.2015 / 17:11 Müəllif: Aziza Baxılıb: 34 Bölmə: Maraqlı Məlumatlar
loading...