Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Akupunktura ilə siqareti tərgitmək

Akupunktur müalicəsi elmi müalicə üsullarından sayılır. Siqareti buraxmaq istəyən hər bir insan bu müalicədə iştirak edə bilər.
Bu baxımdan siqareti tərgitməyə qərar vermək insanın həyatında vacib amillərdən sayılır. Bu qərarı verdikdən sonra, akupunktur müalicəsini asan bir şəkildə tətbiq etmək olar. Belə ki, siqareti buraxanlarda ilk həftədə beyin serotonin ifrazat işini reallaşdıran bədən olduqca çətin anlar yaşayır. Beyin ancaq 72 saat sonra köhnə vəzifəsini icra etməyə başlayır. Bu 72 saatlıq müddət içində, xəstənin məhrumluq əlamətləri önlənərsə, siqareti buraxma işi asanlaşır. Məhrumluq simptomunun ortaya çıxması onsuz da nikotin ala bilməmə vəziyyətinin bir nəticəsidir.
Onuda qeyd etmək lazımdır ki, bu müalicədə yaş aralığı yoxdur. Həmçinin bu üsulla müalicə görən adamın siqaret çəkməkdən ötəri meydana gələ biləcək şikayətləri aradan qalxır. Beləcə siqaret çəkmədən qərar vermiş olan adam, bunu heç çətinlik çəkmədən bacarır. Çünki akupunktur müalicəsi, beyni yenidən siqaretə ehtiyac duymadan serotonin və endorfin ifraz etməsi üçün xəbərdar edir və bundan sonra da beyin köhnə vəziyyətini qazanır.
İlk üç seans hər gün və ya günaşırı olmaqla 2 həftə içərisində tətbiq edilir. Seans müddətləri 15-30 dəqiqə arasında dəyişə bilər.
Akupunktur müalicəsi 5 - 7 seans arasında effektini göstərməyə başlayır.


Tarix: 08.01.2015 / 17:12 Müəllif: Aziza Baxılıb: 40 Bölmə: Maraqlı Məlumatlar
loading...