Ağrıkəsici dərmanların yüksək dozada qəbulu epidemiya halını alıb
ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzinin bildirdiyinə görə, reseptli ağrıkəsici dərmanların yüksək dozada qəbulu epidemiya halını alıb. Xüsusilə qadınlar arasında.
1999-2010-cu illər ərzində 48 min qadın dərmanların yüksək dozasından həlak olub. 1999-cu ildən bu göstərici qadınlar arasında 400, kişilər arasında 265 faiz artıb.
XNM bildirir ki, kişilərin yüksək dozalı dərmanlardan ölmə riskinin yüksəklməsinə baxmayaraq, qadınlarla onlar arasındakı fərq azalmaqdadır.
Mərkəz səhiyyə işçilərinə qadınların risk altında olduğuna dair xəbərdarlıq verib.
Hidrokodon, Oxikodon, Oksimorfon və Metadon kimi ağrıkəsici dərman preparatlarılarının əksəriyyətinin tərkibində narkotik maddələr yer alır.
Tarix: 08.01.2015 / 17:43 Müəllif: Aziza Baxılıb: 39 Bölmə: Maraqlı Məlumatlar
loading...