Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qəribə bir maddədən kök hüceyrəsi

Məlumata görə Çində elm adamları, heç ağla gəlməyən bir maddədən kök hüceyrəsi düzəldiblər. Verilən xəbərdə onların insan sidiyindən kök hüceyrəsi hazırladıqları deyilir. Həmin hüceyrələrin beyin və sinir hüceyrələri istehsalında istifadəsi nəzərdə tutulub. Çində aparılan təcrübələrdə sidiyin tərkibində böyrək hüceyrələri təhlil edilərək, həmin hüceyrələr alınıb. Elm adamları, tapdıqları yeni üsulla, 12 gün içində kök hüceyrə çıxarmağı bacardıqlarını, qısa bir müddət sonra da kök hüceyrədən sinir hüceyrələri əldə etdiklərini ifadə ediblər.
Şərhə görə, sinir hüceyrələri, təcrübələr zamanı yeni doğulmuş bir siçanın beyninə inyeksiya olunub.
Bu hadisədən sonra onda bir şiş ya da deformasiya müşahidə olunmayıb.
Çinli elm adamları, indiki hədəflərinin, sidikdən əldə edilən kök hüceyrələri ilə, sinir sistemi ya da onurğası ziyan görmüş heyvanlara inyeksiya etmək və zədənin sağalıb sağalmadığını araşdırmaq olduğu bildirmişlər.
Bu üsulun müsbət nəticə verməsi halında, Parkinson və Altsheimer xəstələri üçün bir müalicə ümidinin yarana biləcəyi ifadə edilir.


Tarix: 08.01.2015 / 17:11 Müəllif: Aziza Baxılıb: 28 Bölmə: Maraqlı Məlumatlar
loading...