Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cırtdan boyluluq keçmişdə qalacaq

Boy qısalığının müalicə üsullarından biri əməliyyatdır.
Tükiyənin İzmir şəhərində cırtdan boyluluq kimi bilinən boy qısalığı türk mütəxəssisləri tərəfindən əməliyyatla da uzadılıb.
Məlumata görə ABŞ'da inkişaf etdirilən ''Paley''s Method'' üsulu ilə xəstənin boyunu düz 22 sm artırıb. Həmin əməliyyatlar bir dəfəyə edilməyib.
1 əməliyyatdan sonra 2-ci əməliyyat olub. Beləliklə arxa-arxaya edilən əməliyyatlar sayəsində boyun uzadılması reallaşıb.
Məlumatda oda bildirilir ki, doğuşdan yaranan bu problem akondroplazi adı verilən sümük narahatlıqları kimi qeyd olunur.
Bunu əməliyyatda iştirak edən həkim də bildirib. Onun sözlərinə görə xəstə doğuşdan hesab olunan cırtdan boyluluq xəstəliyindən əziyyət çəkib.
Sümüklərdə əyriliyin və narahatlıqların olduğunu bildirən həkim xəstənin boyunun əvvəllər 1.39-1.40 ətrafında olduğunu söyləyib.
Xəstə isə 3,5 il ərzində qıçlarına ilişən alətlərlə gəzdiyini bildirib. Hər gün boyunun uzanmasını gözləyən 20 yaşındakı gənc, çəkdiyi ağrılara baxmayaraq əldə edilən nəticədən məmnun qalıb.


Tarix: 08.01.2015 / 16:19 Müəllif: Aziza Baxılıb: 24 Bölmə: Maraqlı Məlumatlar
loading...