Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Evdar xanımlara faydalı məsləhətlər

Günümüzdə müxtəlif ailə qayğıları ev xanımlarının yorulmasına gətirib çıxarır. Həmçinin unutmaq lazım deyil ki, bəzi qadınlar evdar qadın olmaqla yanaşı, müxtəlif ixtisas və peşə sahibidirlər. Bu baxımdan onlar gərgin gün keçirmiş olurlar. Ona görə də özlərindən aslı olmayan səbəblərdən vacib amillərə diqqət yetirmirlər. Vaxtı-vaxtında qidalanmaq, özünə qayğı göstərmək ailə üzvləri arasında ən çox onlara lazımdır. Məhz bu cəhətlərin yetərli olmaması onların sağlamlıqlarında və ailə həyatında müxtəlif problemlərin yaranmasına səbəb olur. Bu baxımdan evdar qadınlar öz sağlamlıqlarına xüsusi diqqət yetirməlidirlər.
Müasir dövrümüzdə səhv qidalanma nəticəsində artıq çəki problemindən əziyyət çəkənlər də az deyil. Məlumata görə Memorial Xidmət Xəstəxanasında qidalanma və pəhriz sahəsində fəaliyyət göstərdiyi bildirilən pəhriz mütəxəssisi Aysu Aydın, ev xanımlarına sağlam qidalanma və s. haqqında məlumat verib. Onun sözlərinə görə yuxu saatlarını nizama salmaq sözü gedən məsələdə olduqca vacibdir. Uzun televiziya serialları, gecənin gec saatlarına qədər davam edən qohum ya da dost tanış ziyarətləri adamı yuxusuz buraxıb, yuxu nizamının axsamasına yol açır. Ona görə də eyni saatda yatıb, oyanmağa bədəni öyrəşdirmək lazımdır.
Bu məsələdə vacib amillərdən biri də iştahı nəzarətdə saxlamaqdır. Nahardan sonra 2,5 - 3 saat müddətində qida qəbulu əhəmiyyətli hesab olunur.
Həmin vaxtlarda meyvə və quru meyvələrin qəbulu da önəmlidir. Yay aylarında bədənin suya olan ehtiyacı artdığından gündə lazımi miqdarda su içilməlidir.
İstəyə uyğun bir şəkildə kalorisi aşağı olan yeməklərdən dadmaq da pis olmaz.
Ev xanımı olmanın zövqlü tərəflərindən biri günün müəyyən saatlarını özünə qayğıya və müxtəlif idman məşqlərinə ayırmaqdır. Gündə 1 saat məşğul olmaq kifayətdir.


Tarix: 08.01.2015 / 17:47 Müəllif: Aziza Baxılıb: 65 Bölmə: Maraqlı Məlumatlar
loading...