Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Miqrenə sürpriz müalicə

Stomatoloqların müalicə zamanı istifadə etdikləri keyitmə dərmanları, migren ağrılarını azaldırmış.
Miqren müalicəsi ilə əlaqədar edilən işlərin nəticələri bunu deməyə əsas verir.
Məlumatda bildirilir ki, xroniki baş ağrılarından əziyyət çəkən 78 xəstənin qulaq arxasına bir ay boyunca müəyyən aralıqlarda lokal keyidici dərmanlar inyeksiya edilib. 1 ay boyunca aparılan müşahidələr bu dərmanların miqreni 50% azaltdığını göstərib. Araşdırmanı Türk Nevrologiya Dərnəyinin üzvü Dos. Dr. Levent bəydə qiymətləndirib. Mütəxəssislər, həmin dərmanların terapiya ilə birlikdə daha da təsirli olduğunu bildirir. Belə olduqda 20-30 gün xəstə olanlarda ağrılar 14-15 günə enir.
Məlumata görə bu üsul terapiya ilə tətbiq olunduqda müvəffəqiyyət şansı 50-dən 80% yüksəlir.
Xarici ölkələrdə istifadə edilməyə başlanan bu üsulun yayılması planlaşdırılır.
Aparılan tədqiqatların nəticələri "Nevrologiya Konqresində" də işıqlandırılıb.


Tarix: 08.01.2015 / 16:57 Müəllif: Aziza Baxılıb: 23 Bölmə: Maraqlı Məlumatlar
loading...