20-30 ildən sonra ölümsüzlük tarixi bir reallığa cevriləcək. Hazırda dünyanın 4 milyarddan artıq yaşı var. Amma insan oğlunun yaşı bu dünyada 150 min ilə 200 min il arasıda dəyişir. Türkiyə mətbuatı xəbər verir ki, insan doğulduğu gündən etibarən ən böyük arzusu ölümsüzlüyə qovuşmaqdır. Alimlər dəfələrlə bu sahədə saysız sayda fikirlər irəli sürüb, araşdırma aparıblar.
Buna baxmayaraq bu günə kimi tibb sahəsində fəaliyyət göstərən elm adamları xərçəng xəstəliyinə qarşı bir mübarizə üsulu tapa bilməyiblər. Belə olan halda elm adamları insanları ölümsüz edə biləcək bir üsul tapa biləcəklərmi? Stanford Universitetinin alimi Valter Bortza görə xeyr. Brotza fikirincə bir insan 120 ildən artıq yaşaya bilməz. Cambridge Universitetinin alimi Aubrey Də Qreydə görə isə 20-30 ildən sonra insanlar ölümsüz olacaq.
Aubrey Də Qreydə bildirib ki, insan bədənin yaşlanması orqanizimdə mövcud olan 7 müxtəlif molekulun fəaliyyətini dayandırması səbəbindən baş verir: "Əgər 7 müxtəlif molekulun fəaliyyətini dayandırmasının qarşısı alınsa o zaman insan ölümsüz olacaq. Buna isə ən az 20-30 ildən sonra nail olunacaq.
Tarix: 08.01.2015 / 17:15 Müəllif: Aziza Baxılıb: 33 Bölmə: Maraqlı Məlumatlar